az  |   tr
Fəlsəfə dünyası


Sual: Azərbaycan fəlsəfi düşüncə tarixində və fəlsəfi düşünənlərin həyatında əlamətdar gün yaşanıldı – hikmətin, müdrikiliyin təntənəsi günü! “Şöhrət” ordeni dərin təfəkkürlə geniş qəlbin vəhdətinin təntənəsidir və belə vəhdətdən doğan sevincin şöhrətidir. Bu şöhrət bir zəhmətkeş insanın mənəviyyatının məğrur abidəsididr. Onun pyedestalı isə ağıl, sevgi, əziyyət, iradə və cəsarətdən tökülmüş möhkəm əsasdır. Bu, sağlığında klassikə çevrilmiş bir filosofun – aqil insanın fəlsəfə məkanında yaratdığı abidədir. Filosof cəsarəti və hikməti ilə yatmış qəlbləri və beyinləri oyadır, o “heç kəsin qorxudan boylana bilmədiyi yerlərə baxa bilən cəsarətli insan” olaraq qaranlıqda qəlbini Danko kimi məşəl edib insanlara yol göstərən bələdçı, hünər sahibidir. İnsanların həyatını işıqlı etmək üçün atılan hər bir addım hünərdir – günorta hündür bir yerdən çilçıraq asmaq da hünərdir, gecənin qaranlığında bir şam yandırmaq da. Ancaq qaranlıqda yandırılan şamın sevinci çilçırağın gunorta yandırılmış işığından ölçüyə gəlməz dərəcədə böyükdür. Səlahəddin müəllimin zəhmətini şamla müqayisə etmək olar. Deyirlər ki, şam özü üçün o qədər işıqlı deyil, nə qədər ki ətrafı üçün. Müdruk insan da o cürdür (Nitşe). Əziz filosofumuz, böyük alim və müəllim Səlahəddin Xəlilovun ağlının və qəlbinin ziyası fəlsəfəmizi şöhrətləndirir. Yubileyiniz mübarək olsun!
Cavab:
5736 dəfə baxılıb

 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.