az  |   tr
Fəlsəfə dünyası

Fuad Qasımzadə

Fuad Qasımzadə

Fuad Feyzulla oğlu Qasımzadə 1930-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1937-ci ildə Bakı şəhərinin 4 saylı məktəbinə daxil olmuş, 1947-ci ildə Bakının 1 saylı oğlan orta məktəbini bitirmişdir. O vaxt məktəbi bitirənlər may, iyun ayında 40 gün ərzində 14 fəndən imtahan verirdilər.

Fuad Qasımzadə bütün fənlərdə əla qiymət almışdır. O, əvvəlcə Bakı Dövlət Universitetində əla qiymətlərlə oxumuşdur. 1952-ci ildə fəlsəfə şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin ildə fəlsəfə üzrə aspiranturada saxlanılmışdır.

Aspirantlığının ikinci ilində dissertasiyasını müdafiəyə təqdim etmişdir. Sonrakı illərdə öz həyatını Bakı Dövlət Universitetinə həsr etmişdir. O, namizədlikdən sonra uğurla diktorluq dissertasiasını müdafiə etmişdir.

Onun doktorluq dissertasiyası "Füzulinin dünyagörüşü" adlanır. 1966-cı ildə o, bu əsəri müdafiyə etmişdir. 1968-ci ildə "Füzulinin dünyagörüşü"nə həsr olunan geniş tədqiqat əsərini çap etdirmişdir.

1968-ci ildə "Qəm karvanı", yaxud "Zülmətdə nur" monoqrafiyası çap edilmişdir. Sonrakı illərdə onun Füzuli haqqında 20-dən çox elmi məqaləsi işıq üzü görmüşdür.

1970-ci ildə Fuad Qasımzadənin "İdman, gözəllik və estetika" adlı əsəri çap edilmişdir. Azərbaycanda çıxan fəlsəfə əsərlərinin müəlliflərindən biri də Fuad Qasımzadə olmuşdur.

Fuad Qasımzadə əvvəlcə AMEA-nın müxbir üzvü, sonra həqiqi üzvü seçilmişdir. Akademik Fuad Qasımzadə uzun müddət müdafiə şuralarının üzvü və sədri olmuşdur(hazırda Bakı Dövlət Universitetində fəaliyyət göstərən daimi şuranın sədridir). Çoxsaylı aspirant və dissertantların elmi rəhbəri olmuşdur. F.Qasımzadə BDU-nun Texniki fakültələr üzrə fəlsəfə kafedrasının müdiridir.

 


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.