az  |   tr
Fəlsəfə dünyası

Könül Bünyadzadə

Könül Bünyadzadə

Könül Yusif qızı Bünyadzadə - şərqşünas alim, fəlsəfə elmləri doktoru (2008).
         2 noyabr 1974-cü ildə Göyçə mahalının Zod kəndində doğulub. Orta təhsilini 1981-1991-ci illərdə Daşkəsən rayonu A.S.Puşkin adına 2 saylı məktəbdə alıb, 1992-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb mütərcimliyi bölməsinə qəbul olunub və 1997-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. Elə həmin il Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda böyük laborant vəzifəsinə işə götürülüb, eyni zamanda həmin institutun dissertanturasına qəbul olunub. Hal-hazırda həmin institutun baş elmi işçi vəzifəsində çalışır. 2002-ci ildə “Sərrac Tusinin “əl-Lümə'” əsərində sufi-fəlsəfi məsələlər” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri namizədi , 2008-ci ildə isə “Şərq və Qərb fəlsəfə tarixində irrasional idrak (orta əsrlər)” adlı doktorluq dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri doktoru elmi dərəcəsini almışdır. 2009-cu ildə mühazirəçi kimi çalışdığı universitetin professoru vəzifəsinə keçmişdir.

5 monoqrafiya, iki tərcümə kitabının müəllifidir, bunlarla yanaşı, xaricdə bir kitabı tərcümə edilərək nəşr olunub.

Türkiyə, Fransa, Belçika, İtaliya, İndoneziya, Koreya, Əlcəzair və s. ölkələrdə keçirilən beynəlxalq konfrans və simpoziumlarda həm məruzəçi, həm də moderator kimi Azərbaycanı təmsil etmişdir. Dünyanın bir sıra tanınmış beynəlxalq jurnallarında türk, rus, ingilis, ərəb və s. dillərdə elmi məqalələri çıxıb. Ümumiyyətlə isə, Azərbaycanda və xaricdə 100-ə yaxın məqaləsi işıq üzü görüb.

         Şərq-Qərb Tədqiqat Mərkəzinin direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun baş elmi işçisi, Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının “Fəlsəfə və sosial-siyasi elmlər” jurnalının məsul katibi, Fəlsəfə, Politologiya və Sosiologiya elmləri üzrə Problem Şurasının elmi katibi, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının eksperti, Beynəlxalq Fenomenologiya İnstitutunun, Nyu-York Akademiyasının, Beynəlxalq Oksford “Mühyiddin İbn Ərəbi Cəmiyyəti”nin, Amerika Fəlsəfə Assosiasiyasının  və UNESKO-nun nəzdindəki Filosof Qadınlar cəmiyyətinin üzvüdür.

 

Əsərləri:

· Təsəvvüf fəlsəfəsinin ilk mənbələ­ri. Sərrac Tusinin «əl-Lümə‘» əsəri, Bakı «Qamma servis», 2002.

· Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk, Bakı, Nurlan, 2006.

· Mənsur Həllacın sirli dünyası, Bakı, Adiloğlu, 2006. (“Əxbar əl-Həllac” kitabının tərcüməsi və geniş giriş məqaləsi).

· Təsəvvüf nurunun iki çırağı: Mənsur Həllac və Sərrac Tusi, Bakı, Adiloğlu, 2007, 190 səh. (Mənsur Həllacın “Kitab ət-Təvasin” traktatının və Sərrac Tusinin “əl-Lümə'” əsərindən bəzi hissələrin tərcüməsi və geniş giriş məqalələri).

·  Doğu'da ve Batı'da irrasyonel düşüncenin boyutları, İstanbul, Ötüken, 2009. (türk dilində).

·  Gəncliyin fəlsəfəsi, Bakı, Nurlar, 2009.
             ·  İslam fəlsəfəsi: tarix və müasirlik, Bakı, Çaşıoğlu, 2010.

 

 


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2017, № 2  (41) Dünya getdikcə daha çox fəlsəfəsizləşir və sanki göylər yerə enir. Amma fəlsəfi düşüncələr və polemikalar səngimək bilmir və “Fəlsəfə” jurnalı da hələ çıxmaqda davam edir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.