az  |   tr
Fəlsəfə dünyası

Ramiz Mehdiyev

Ramiz Mehdiyev

Akademik Ramiz Mehdiyev müasir Azərbaycanda ictimai-siyasi və fəlsəfi elmlərin bu səviyyəyə qalxmasında müstəsna xidmətləri olan görkəmli alim, ictimai elmlərin alter­na­tiv­siz lideridir. O, Azərbaycanda müstəqil dövlət quruculuğu prosesində fəal iştirak etməklə bə­rabər, elmi-fəlsəfi yaradıcılığını da mün­təzəm surətdə davam etdirir. Ramiz Mehdiyev Azər­baycan Respub­li­ka­sının Prezi­denti Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən döv­lət quruculu­ğunun nəzəri və praktik problemlərinə həsr olunmuş bir sıra kitabların və elmi mə­qalələrin müəllifi ki­mi ölkəmizdə siyasətşünaslığın müstəqil elm sahəsi kimi forma­laşmasında bö­yük rol oynamışdır. İndi isə o, Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi islahatlar proqramının və ölkənin modernləşdirilməsi prosesinin nəzəri-fəlsəfi aspektlərinin işlə­nib-ha­zır­lanmasına rəhbərlik edir. Ramiz Mehdi­ye­vin tədqiqat mövzuları geniş və rənga­rəngdir. O, dövlət quruculuğu, qlo­ballaşma, demokratik inkişaf model­lə­ri, milli münasibətlər sa­hə­sin­də, habelə milli ideya və ideologiya ilə bağlı bir sıra fundamental el­mi təd­qiqat əsərlərinin müəllifidir.

Ramiz Mehdiyevin «Azərbaycanın inkişaf dialek­tikası» (Bakı, 2000), «XXI əsrdə milli dövlətçilik» (Bakı, 2003) ki­tabla­rı Azərbaycanda fəlsəfi və ictimai-siyasi fikrin inkişafında yeni mərhələ hesab oluna bilər. Azərbaycanda gedən müasir quruculuq prosesinin nəzəri özünüdərki və fəlsəfi təhlili məhz onun yaradıcılığı ilə bağlıdır.

 

«Azərbaycanın inkişaf dialek­tikası» kitabı müasir Azərbaycanın ictimai-siyasi reallıqlarını fəlsəfi müstəvidə əks etdirmək cəmiyyətimizdə gedən proseslərin elmi təhlilini vermək baxımından xüsusi əhəmiyyətə malikdir. Əsər üç əsas mövzu istiqamətini əhatə edir: Azərbaycanşünaslıq, dövlətşünaslıq Əliyevşünaslıq. Həm bu üç istiqamət bir-biri ilə üzvi surətdə bağlıdır. Belə ki, 1993 – 2000-ci illər Azərbaycanda, bir tərəfdən, milli özünüdərk azərbaycançılıq ideologiyasının inkişafı, digər tərəfdən yeni ictimai-iqtisadi münasibətlərə keçid hüquqi dövlət quruculuğu ilə əlamətdardır ki, hər iki istiqamətdə fəaliyyət Heydər Əliyevin ideyaları bilavasitə rəhbərliyi ilə həyata keçirmişdir. Ona görə Ramiz Mehdiyev cəmiyyətdə gedən proseslərin mahiyyətini ideya əsaslarını açarkən istər-istəməz həm Heydər Əliyevin fəaliyyətini işıqlandırmış olur. Digər tərəfdən, bilavasitə Heydər Əliyevdən bəhs edən məqalələr əslində Azərbaycanda dövlət quruculuğunun mühüm mərhələlərini əhatə edir.

 

Qloballaşma dövründə, Avropaya inteqrasiya olunduğumuz bir vaxtda milli ideo­lo­giyamızın dünyanın aparıcı ictimai-siyasi fikirləri kontekstinə salınması böyük əhəmiyyətə malikdir. Azərbaycan inkişaf yoluna yekun vurmaqla bərabər, həm özünüdərk mərhələsinə qədəm qoyur. Ona görə , bu dövrdə gedən ictimai-siyasi proseslərin təkcə tarixi müstəvidə deyil, həm ideya-siyasi müstəvidə nəzərdən keçirilməsi tarixin ibrət dərslərinin ictimai inkişafın proqozlaş­dırıl­masında nəzərə alınması çox vacibdir.

Problemin tarixi, siyasi, iqtisadi, mədəni-mənəvi aspektlərinin ayrı-ayrılıqda öyrənilməsi bir şeydir, onun kompleks halda, mahiyyət müstəvisində tədqiqi başqa bir şeydir. Ramiz Mehdiyev öz əsərlərində ictimai-siyasi gerçəkliyin bütün əsas aspektlərini mahiyyət müstəvisində nəzərdən keçirir. Onun əsərlərində Azərbaycanda gedən proseslərin öyrənilməsi bütövlükdə dünyanın ictimai-siyasi ideya-nəzəri mənzərəsində baş verən yeni keyfiyyətli meyllərin aşkara çıxarılması yeni əsrin əvvəlində dünyada gedən ideoloji proseslərə yenidən baxılması kontekstində həyata keçirilir. O, Qərb ölkələrində neçə əsrlik ənənəsi olan liberalizmi konservatizmi qloballaşma şəraitində yenidən dəyərləndirir postsovet məkanında gedən ideoloji proseslərin mahiyyətini açmağa, burada müxtəlif ideoloji meyllərin kəsişməsindən yaranan yeni sinkretik ideoloji formaları ortaya çıxarmağa Azərbaycanın ictimai-siyasi gerçəkliyini daha obyektiv əks etdirən inteqrativ proseslərin təhlilini verməyə nail olur.

Müəllif müasir dövrdə dünya miqyasında bərqərar olan özünü doğruldan siyasi kurslar ideoloji sistemlər sırasından çağdaş Azərbaycan gerçəkliyinə ən çox uyğun olan neokonservatizmin geniş təhlilini verir «azərbaycançılıq» məfkurəsini neokonservatizmin konkret ictimai-siyasi milli-etnik şəraitdə özünəməxsus istiqamətlərindən biri kimi nəzərdən keçirir.  

«Azərbaycan: qloballaşma dövrünün tələbləri» (Bakı, 2005) kitabı qloballaşma şəra­i­tin­də Azərbacan dövlətçiliyinin təşəkkülü məsələlərinə həsr edilmişdir. Tədqiqat Azərbay­ca­nın sosial-iqtisadi və siyasi inkişafının dərin təhlilinə əsaslanır və qlobal transformasiyalar, ye­ni dünya nizamının yaranması və XX əsrin axırları – XXI əsrin əvvəllərində baş vermiş si­ya­si proseslərin yenidən qurulan cəmiyyətlərə intensiv təsiri dövründə dövlətin və cəmiy­yə­tin mümkün inkişaf yollarını müəyyənləşdirmək təşəbbüsüdür. Əsərdə qloballaşan dün­ya­nın yeni reallıqları fikir süzgəcindən keçirilərək yenidən mənalandırılır, qərbləşmə pro­se­si­nin Azərbaycan cəmiyyətinə təsiri təhlil olunur.  

«Vətəndaş cəmiyyətinə yol açan ideyalar» (Bakı, 2006)«Demokratiya yolunda: irs haq­qında düşünərkən» (Bakı, 2007) kitabları ölkəmizdə ictimai in­kişafın yeni mərhələsində de­mokratikləşdirmə problemlərinə həsr olunmuşdur. Kitabda öz əksini tapan geniş miq­yas­lı nəzəri və praktik problemlərin qoyuluşu və izahı göstərir ki, belə bir əsəri hansı isə bir döv­lət qurumunda çalışan adam, hətta böyük dövlətçilik təcrübəsi olsa da, ancaq praktik-əməli fəaliyyətinin nəticəsi kimi yaza bilməzdi. Habelə hansı isə böyük nəzəriyyəçi və ya fi­lo­sof da ancaq nəzəri tədqiqatlarla belə bir kitabı ərsəyə gətirə bilməzdi. Nəzəriyyə ilə prak­ti­kanın vəhdətindən doğan belə bir əsəri yalnız Azərbaycan ictimai-siyasi reallığında baş ve­rən hadisələrin bütün təfərrüatını, detallarını bilən və eyni zamanda dünya fəlsəfi fikrinin in­cəliklərinə bələd olan, yüksək səviyyədə fəlsəfi ümumiləşdirmələr aparan yetkin bir filosof ya­za bilərdi. Təsadüfi deyildir ki, kitabda həm nəzəri-fəlsəfi, həm də empirik-faktiki baza çox zəngindir. Müəllif Azərbaycanda gedən dövlət quruculuğu proseslərinin memarı olan Hey­­dər Əliyevin fəaliyyətini ideya qaynaqları baxımından da dəyərləndirir və Azər­bay­can­da demokratikləş­dirmə prosesinin böyük nəzəri baza əsasında həyata keçdiyini vurğulayır.

Fəl­səfi fikrin nəzəri ümumiləşdirmə və ictimai dəyişdiricilik funksiyasını saxlamaqla ya­naşı konkret sosial-siyasi və ideoloji problemlərlə əlaqə­lən­di­ril­mə­si onun praktik dəyərini da­ha da artırır. Akademik Ramiz Mehdiyevin əsərləri mü­asir Azər­baycan fəlsəfi fikrinin praq­matik məcraya yönəldilməsi və nəzəriy­yə ilə praktikanın uzlaşdırılması baxımdan xü­su­si əhəmiyyətə malikdir.

Transformasiya dövründə ictimai gerçəkliyin inkişaf tendensiyalarını düz­­gün əks etdirən yeni fəlsəfi bazisin yaradılması olduqca çətin və mə­su­liy­yət­li bir işdir. Bu, təkcə Azərbaycanda deyil, bütün postsovet ­ka­nında və in­ki­şaf etmiş sosializmin bazasında kapitalist cəmiyyəti quran bütün ölkələrdə filosof­lar qarşısında duran ən mühüm vəzifələrdən biridir. Bu problemlə Qərbi Av­ro­pa və ABŞ-ın da görkəmli politoloqları və fəlsəfə mütəxəssisləri ciddi məşğul olur­lar. ­rəhləndirici haldır ki, postkommunist ideologiyası fəlsəfəsinin for­ma­­laşdırılmasında Azərbaycan öncül mövqelərdən birini tutur bu sa­hədə isti­qamətləndirici rolu akademik Ramiz Mehdiyevin təd­qiqatları oy­nayır. Bu təd­qiqatlar ölkəmizdə əvvəllər analoqu olma­yan möv­zu­lara həsr edilmişdir. Əs­lində beynəlxalq miqyasda götür­dükdə post­­sovet erasının fəlsəfi tədqiqi ye­ni tipli metodoloji yanaş­ma tələb edir bu baxımdan Ramiz müəllim sadəcə olaraq konkret ictimai-siyasi ger­çək­liyin araşdırılması ilə məşğul olmayıb, həm bunun üçün ən op­timal fəlsəfi metodoloji əsasların işlənib-ha­zır­lan­ma­ yükünü öz üzə­rinə götürmüşdür.

Ramiz Mehdiyevin qloballaşma milli varlıq probleminin tədqiqinə həsr olunmuş əsərləri təkcə Azərbaycan üçün deyil, bir tərəfdən bütün MDB ölkələri üçün, digər tərəfdən bütün türk cümhuriyyətləri üçün böyük əhəmiyyətə malikdir. Təsadüfi deyildir ki, onun bu mövzudakı kitabları Türkiyədə geniş yayılmışdır. İstanbulda nəşr olunan «Azerbaycan: küreselleşmenin talepleri. Geçmişten dersler, bugünün gerçekleri ve geleceğin perspektifleri.» (İstanbul, «Da» yayıncılıq, 2005) kitabı Türkiyənin elmi ictimaiyyəti siyasi dairələri tərəfindən böyük maraqla qarşılanmışdır.

Akademik Ramiz Mehdiyevin əsərlərində demokratiya haqqında klassik fəlsəfi sosial-siyasi təlimlərlə ya­naşı, bilavasitə son dövrlərin ictimai gerçəkliyinin empirik araş­dırmaları üzə­rində qurulmuş yeni konseptual sistemdən istifadə olu­nur ki, bu da tarixiliklə müasirliyin vəhdətinə nail olmaq üçün ­hüm şərtdir. O, təkcə müstəqil Azər­baycan Res­publikasının, hətta postsovet döv­lətlərinin yox, həm Şərqi Av­ro­pa dövlətlərinin sosialist sistemindən, kom­munist ideolo­giyasından qur­tul­­duqdan sonra seçdikləri inkişaf yolunun prak­tikasını ümumi­ləş­dirməklə demo­kra­ti­yanın vətəndaş cəmiyyəti quruculuğunun yeni tipli təlimini formalaşdırmağa çalışır buna nail olur. Yəni söhbət Avropada forma­laşmış təlimlərin sadəcə mənimsənilməsindən Azərbaycan ger­çək­liyinə tətbiqindən deyil, Şərqi Avropa da daxil olmaqla böyük bir region üçün optimal sayıla bi­­cək yeni konsepsiyanın yaradılmasından gedir. Bundan əlavə, iqtisadi inkişafın de­mokra­tikləşdirmə prosesində oynadığı rol təhlil edilir göstərilir ki, cəmiyyətdə möhkəm iqtisadi təməl olmadan ideya-siyasi islahatlar müsbət nəticə verə bilməz. Məhz buna görə , müəllif son illərdəprezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanda əldə edilmiş böyük iqtisadi nailiyyətləri demokratik islahatların cəmiyyətin modernləşdirilməsinin mühüm amili kimi qeyd edir.

 Akademik Ramiz Mehdiyevin «Modernləşmə xətti yenə də gündəmdədir» (Bakı, 2008) adlı pro­qram xarakterli əsəri ölkəmizdə modernləşmə və dayanıqlı inkişafın fəlsəfi konsepsiyası ki­mi də dəyərləndirilə bilər. 

Modernləşmə xəttinə həsr olunmuş əvvəlki əsərlərində akademik Ramiz Mehdiyev ic­ti­mai-siyasi gerçəklikdə baş verən proseslərin inkişaf tendensiyalarını və qanunauyğun­luq­la­­rı­nı tədqiq edərək belə nəticəyə gəlmişdir ki, Avropa məkanına daxil olmaq  heç də siyasi akt kimi başa düşülməməlidir. Bu məkanı səciyyələndirən əsas əlamətlər sırasına həm də so­si­al-iqtisadi, mədəni-mənəvi və intellektual faktorlar daxildir. İnkişaf etmiş Avropa döv­lət­lə­ri ilə bərabərhüquqlu tərəfdaş ola bilmək üçün əvvəlcə onların neçə əsrlər ərzində keçdiyi yo­lu qısa bir müddətdə keçərək iqtisadi münasibətlərin mexanizmi, sənayenin texniki stan­dart­ları və müasir texnoloji sistemlərin tətbiqi, elm, təhsil və xidmət sahələrinin modernliyi ba­­xı­mından onlara çatmaq və adekvat təşkilati strukturlar yaratmaq tələb olunur. Bu ba­xım­dan, qar­şı­mız­da, bir tərəfdən, dövlət quruculuğunun demokratik prinsiplər əsasında hə­ya­ta keçirilməsi sahəsində əldə edilən nailiyyətlər, insan haqlarının təmin edil­məsi, vətəndaş cə­miyyətinin optimal fəaliyyəti üçün zəruri təsisatların ya­ra­dıl­ması vəzifəsi durursa, digər tə­­rəfdən, iqtisadiyyatın müasir elmi-texniki inkişaf səviyyəsinə qaldırılması, onun məzmun və formasının modernləşdiril­mə­si, tex­no­gen cəmiyyətin tələblərinə uyğun infrastruktur ya­ra­­dılması vacib­dir. «İq­ti­sa­di və siyasi inkişaf arasındakı qarşılıqlı əlaqə bizim belə bir tezisimizi bir daha təsdiqləyir ki, demokratikləşmə intensiv iqtisadi inkişafın tərkib hissəsidir. Lakin bu­nun­­la yanaşı, bizim seçdiyimiz yol Azərbaycan cəmiyyətinin öz hüquq və azadlıqlarının təmin olun­­masına mədəni-tarixi və mənəvi-əxlaqi baxımdan ya­naş­ma­sının kompleksini təcəssüm et­di­rir». Bu ideya müəllifin modernləşmə xəttinə da­ir əvvəlki əsərində də aparıcı yer tu­tur­du. Tə­sadüfi deyildir ki, akademik Ra­miz Mehdiyev həmin əsərində təkcə de­mokra­tik is­la­hat­la­rın transfor­ma­si­yasından yox, həm də iqtisadi mexanizmlərin transformasiya­sın­dan bəhs edə­rək bütövlükdə Şərqi Avropa və MDB ölkələrində həyata keçirilən islahatların yeni mər­hələsini elmi-fəlsəfi cəhətdən ümumiləşdirmiş, konkret proqnozlar və tövsiyələr vermişdi.

Bu əsərində isə müəllif həmin islahatları həyata keçirmək, cəmiyyəti modern­ləş­dir­mək iqtidarında olan yeni tipli kadrların hazırlanması və onların üzərinə düşən vəzifələrin mü­əyyənləşdirilməsi istiqamətində konkret araşdırmalar aparmışdır. Belə ki, modernləşmə tək­cə texnologiya sahəsinə aid olmayıb, ilk növbədə insanların elmi-intellektual səviyyəsinə və bütövlükdə düşüncə tərzinə aid olmalıdır. Əvvəlki qaydada düşünən insan yeni texnika metodlarla çalışa bilməz. Dəyişdirilmiş texnogen mühit, habelə sosial mədəni-­­vi iqlim adekvat idarəçilik sistemi subyektin müvafiq düşüncə tərzinə yiyələnməsini ­ləb edir. Burada tələb təklif bir-birinə uyğun gəlməlidir. Bir tərəfdən, yeni elmi-texniki bi­lik­lər idarəçilik metodları ilə zənginləşmiş insan üçün əv­vəlki fəaliyyət meydanı optimal ­rünmür o, mühitin dəyişdirilməsini, modernləşdi­ril­­sini tələb edir. Digər tərəfdən, mo­dern mühitin müasir düşüncəli insanlara ehtiyacı yaranır. Görünür, buna görə , in­di­ki dövrdə təhsilin bütün yaş məhdudiyyətlərini keçərək gənclərlə yanaşı, yaşlı nəsli əha­ etməsi bir zərurətə çevrilmişdir. Başqa sözlə desək, Avropada geniş yayılmış olan «yaşlı nəs­lin təhsili» məsələsi indiki Azərbaycanda da aktuallaşmaqdadır. Əgər sovet dövrünün ilk il­­rində yaşlı nəsil «savadsızlığını ləğvi» proqramı çərçivəsində təhsilə cəlb edilirdisə, indi ar­tıq savadlı insanlar da öz biliklərini zənginləşdirmək zamanla ayaqlaşmaq üçün vaxt­a­şı­ olaraq təhsilə cəlb edilməlidirlər. İnformasiyanın sürətlə artması ondan istifadənin ye­ni texnologiyalarının yaranması həm insanların mütəmadi olaraq öz üzərlərində ça­lış­ma­­, həm yeni yerləri üçün kadrların hazırlanması zamanı onlara müvafiq biliklərin sis­temli şəkildə öyrədilməsini tələb edir.

Akademik Ramiz Mehdiyevin müasir siyasi-fəlsəfi təlimlərin beynəl­xalq səviyyədə formalaş­dırıl­ması prosesində fəal iştirakı Azər­baycan fəlsəfi fik­rinin hüdudlarının geniş­lən­mə­sindən və apa­­cı mövqe tutmasından xəbər ve­rir. Lakin, bizcə, belə ümumi­ləşdi­rici və is­ti­qamət­ləndirici təd­qi­qat­la­rın daha ge­niş miqyasda davam etdirilməsi üçün Milli Elmlər Aka­demiyasında və ali məktəblərin fəlsəfə kafed­ralarında bu problematika üzrə geniş mü­za­kirələr və konfranslar keçirilməlidir. «Keçid cəmiyyətlərində demokratiya» möv­zusunda bey­nəlxalq elmi-praktik konfransın Bakıda keçirilməsi də məhz akademik Ramiz Meh­di­ye­vin tədqiqatlarının beynəlxalq miqyasda dəyərləndirilməsindən xəbər verir. 2007-ci ilin ma­yın 23-də Bakıda keçirilən bu beynəlxalq elmi-praktik kon­frans­da ABŞ, Rusiya, Ukrayna, Al­maniya, Polşa, Gürcüstan və sair ölkələrdən gəlmiş gör­kəmli mütəxəssislər iştirak etmiş, aka­demik Ramiz Mehdiyevin qaldır­dığı problemlərə münasibətlərini bildirmişlər. Kon­frans­da bir sıra məsələlər üzrə yekdil rəy söylənsə də, fikir ayrılıqları və mübahisələrin də ol­ması problemin aktuallığına və demokratiya haqqında təsəvvürlərin hələ də inkişaf etməkdə ol­duğuna dəlalət edir. Ənənəvi Qərb demokra­tiyasından fərqli olaraq keçid cəmiyyələrində özü­nəməxsus demokratik institutların formalaşması, demokratik düşüncənin milli mə­də­niy­yətlər və mentalitetlə də əlaqədar olması bu sahədə yeni tədqiqatlara ehtiyac olduğunu bir daha sübut edir.

Diqqətəlayiq haldır ki, Rusiyanın görkəmli politoloqu və iqtisadçı alimi professor Vla­di­slav İnozemtsevin «demokra­ti­ya ya var, ya da yoxdur, onun müxtəlif formalarından da­nışmaq düzgün deyil» mövqeyi, bu konfransda Ukraynadan gəlmiş politoloq Oles Doniy tə­rəfindən təkzib edildi və o, öz mövqeyini əsas­landırmaq üçün akademik Ramiz Meh­di­ye­vin tədqiqatlarına müraciət etdi. ABŞ-ın Con Hopkins Universitetinin Orta Asiya və Qaf­qaz İnstitutunun İpək Yolu tədqiqatları proqramının direktoru Svante Kornelin və digər gör­kəmli mütəxəssislərin də öz çıxışlarında akademik Ramiz Mehdiyevin qaldırdığı mə­sə­lə­lə­rə müraciət etməsi və onun tədqiqatlarını bu sahədə nüfuzlu elmi mənbə kimi qəbul et­mələri əlamətdar bir məqam idi. Biz bu faktları ona görə vurğulayırıq ki, akademik Ramiz Meh­diyevin keçən il işıq üzü görmüş «Demokratiya yolunda: irs haqqında düşünərkən» adlı fun­damental əsəri artıq dünyanın bir sıra tanınmış politoloqları üçün mötəbər mənbə hesab olu­nur. Beləliklə, postsovet məkanında məhz Azərbaycanın ictimai-siyasi və iqtisadi pro­seslərin önündə getməsi beynəlxalq elmi-fəlsəfi ictimaiyyət tərəfindən də qəbul edilmiş olur.   

Müstəqil dövlət quruculuğu illərində Azərbaycanın ictimai həyatında si­ya­si və hüquqi bi­liklərə tələbat daha da artmışdır. SSRİ tərkibində olarkən nə müs­təqil xarici siyasəti, nə öz milli maraqlarına uyğun iqtisadi siyasəti, nə də öz qa­nunvericilik sistemi olan Azər­bay­can indi bütün bu istiqamətlərdə müstəqil qu­ruculuq fəaliyyəti göstərmək imkanı əldə et­miş­dir. Elə ilk illərdən başlayaraq bütün bu fəaliyyət sahələrinin elmi-nəzəri əsaslarını ya­rat­maq mümkün olmasa da, ölkəyə başçılıq edən şəxsin – Heydər Əli­yevin böyük bilik və təc­rübəsi düzgün istiqamət seçməyə, beynəlxalq miq­yasda Azərbaycanın milli maraqlarını uğur­la təmsil etməyə imkan yaratdı. İlk əsas məqsəd keçid dövrünün doğurduğu prob­lem­ləri həll etmək, yeni ictimai-iqtisadi münasibətlər sisteminə qədəm qoymaq idi.

Keçid dövrünün xüsusiyyətlərindən irəli gələn təxirəsalınmaz islahatlar həyata keçi­ril­dik­dən sonra daha uzun müddətli strateci inkişaf yoluna qədəm qoyan ölkəmizin milli ma­raq­larını təmin etmək üçün elmi-nəzəri araşdırmalara, xüsusən fəlsəfi istiqamətli, fun­da­men­tal tədqiqatlara böyük ehtiyac yaranmışdır. Daha çox praktik yönümlü, operativ isla­hat­larla səciyyələnən keçid dövründə xeyli dərəcədə sıxışdırılmış fəlsəfi elmlərin inkişafı üçün artıq müəyyən zəmin hazırlanmışdır.

Xalq öz milli-siyasi varlığını hüquqi və siyasi müstəvidə təsbit etsə də, onu ictimai şüur sə­viyyəsində mənimsəyə bilməsə, geniş miqyaslı və uzun müddətli fəaliyyət proqramlarının hə­yata keçirilməsi mümkün ola bilməz. Yeni dünyagörüşünün formalaşması, ictimai şü­u­run daha yüksək səviyyəyə yüksəlməsi milli ideologiyanın və onun nəzəri əsasını təşkil edən el­mi-fəlsəfi biliklərin inkişafını tələb edir.

Fəlsəfə bütün elmlərin metodoloji əsasını təşkil etməklə bərabər, həm də inteqrativ funksiyaya malikdir. Siyasət, iqtisadiyyat, hüquq, elm, incəsənət və mədəni-mənəvi quru­cu­luq sahələrinin bir-birini tamamlaması və vahid milli maraqlar sisteminin strukturuna daxil olması üçün əvvəlcə milli dünyagörüşünün əsasları işlənib hazırlanmalı, milli-fəlsəfi fikrin inkişafına şərait yaradılmalı idi.

Azərbaycanın ictimai həyatında fəlsəfəyə ehtiyac getdikcə artır və onun əla­mə­t­lə­rin­dən biri də Prezidentin İcra Aparatının rəhbəri, fəlsəfə elmləri doktoru, akademik Ramiz Meh­diyevin yeni dövrün milli-fəlsəfi fikrinin formalaşdırılmasına bilavasitə rəhbərlik et­mə­si, aktual fəlsəfi problemlər üzrə tədqiqatlar aparması və fəlsəfə sahəsində çalışan elm adam­larının fəaliyyətini milli dövlətçiliyin aktual problemləri istiqamətinə yönəltmək təşəbbüsləridir. Onun rəhbərliyi ilə yaradılan Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası (AFSEA) ayrı-ayrı ali məktəblərdə və tədqiqat insti­tutlarında çox vaxt bir-birilə əlaqəsiz şəkildə fəaliyyət göstərən fəlsəfə tədqiqatçılarının fəaliyyətini əlaqələndirmək və təşkil etmək, onların elmi araşdırmalarını çağdaş dövlət quruculuğu problemlərinə yönəltmək, habelə bu sahədəki elmi tədqiqat işlərinə şərait yaratmaq məqsədini daşıyır. AFSEA filosof-alimlərimizin 2000, 2003 və 2006-cı illərdə Romada keçiril­miş Beynəlxalq Metafizika Konfranslarında, 2003-cü ildə İstanbulda, 2008-ci ildə Seulda keçirilmiş Ümumdün­ya Fəlsəfə Konqreslərinin fəaliyyətində fəal iştirakını tə­min etmək üçün ciddi təşkilati iş aparmışdır. Bakıda Rusiya və Türkiyə Fəlsəfə Cəmiy­yət­ləri rəhbərlərinin iştirakı ilə beynəlxalq konfrans keçirilmiş və Azərbaycanda fəlsəfi təd­qi­qatların qonşu ölkələrlə əlaqəli şəkildə həyata keçirilməsi üçün zəmin hazırlanmışdır.

Akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə AFSEA-nın həyata keçirdiyi ən mühüm işlərdən biri də müstəqil Azərbaycanda ilk dəfə fəlsəfə jurnalının nəşr olunmasıdır. Elmi jurnal olmadan elmi fəaliyyətin səmərəli təşkili mümkün deyil. «Fəlsəfə və sosial-siyasi jurnalı»nın 6 il ərzindəki fəaliyyəti alimlərimizin Azərbaycanın çağdaş ictimai-siyasi gerçəkliyi ilə bağlı ciddi tədqiqatlar üzərində çalışdığını göstərir. AFSEA habelə gör­kəm­li filosofların yubileylərini təşkil etməklə elmi ictimaiyyətin diqqətini bir daha fəlsəfi prob­le­matikaya yönəltmiş oldu. C.-P.Sartrın və K.Popperin 100, Feyerbaxın 200, Con Lokkun 300, C.Ruminin 800, Ş.Y.Sührəvərdinin 850 illik yubileyləri böyük təntənə ilə qeyd edildi. İ.Kanta həsr olunmuş beynəlxalq konfransda bir neçə ölkənin nümayəndələrinin iştirak etməsi bu sahədə təd­qi­qat­ların əlaqələndirilməsinə imkan yaratdı. Akademik Ramiz Mehdiyevin rəhbərliyi və təşkilatçılığı ilə Cübran Xəlil Cübranın 125, Heydər Hüseynovun və Merlo-Pontinin 100 illik yubileyləri müna­si­bəti ilə tədqiqat işləri aparılır.

Heydər Əliyevin ictimai-siyasi və elmi-fəlsəfi irsinin öyrənilməsi sahəsindəki tədqiqatların mü­tə­şəkkil xarakter alması üçün Ramiz Mehdiyevin təşəbbüsü ilə AFSEA-nın nəzdində yeni elmi təd­qi­qat mərkəzinin – Əliyevşünaslıq İnstitutunun yaradılması xüsusi diqqətə layiqdir. İnstitut Hey­dər Əliyevin fəlsəfi fikirlərinin, ictimai-siyasi görüşlərinin elmi-nəzəri səpkidə araşdırılması istiqa­mə­tin­də ciddi fəaliyyət aparır. Heydər Əliyevin 80 illik yubileyinə həsr olunmuş Ümumrespublika El­mi-Fəlsəfi Konfransında Əliyevşünaslıq İnstitutunda aparılan araşdırmaların bir qismi elmi icti­ma­iy­yə­tin diqqətinə çatdırıldı. O vaxtdan bəri bu sahədə aparılan tədqiqatlar Heydər Əliyevin elmi-nəzəri ir­sini öyrənmək miqyasından kənara çıxaraq, bütövlükdə yeni Azərbaycanda dövlət quruculuğunun elmi-fəlsəfi əsaslarının öyrənilməsini də əhatə edir.

Ölkəmizdə fəlsəfi fikrin inkişaf etdirilməsində vacib məsələlərdən biri də təhsil müəssisələrində fəl­səfi biliklərin öyrənilməsinə geniş yer verilməsidir. Təəssüf ki, xeyli müddət keçməsinə bax­ma­ya­raq, kommunist ideologiyasının tərkib hissəsi olan marksist-leninçi fəlsəfədən tam şəkildə uzaq­laş­maq və yeni dövrün tələblərinə uyğun fəlsəfi təlimin əsaslarını gənc nəslə çatdırmaq sahəsində hələ bu yaxınlara qədər ciddi addımlar atmaq mümkün olmamışdır. Yenə də Moskvada çıxan dərsliklərin və monoqrafiyaların təsiri açıq-aşkar hiss olunmaqdadır. Düzdür, indi Rusiyada da marksizmdən uzaqlaşmağa, yeni dünyagörüşünü yeni fəlsəfi təlimlər əsasında formalaşdırmağa çalışırlar. Lakin orada kommunistlərin təsiri hələ də böyükdür və bu vəziyyət Moskvada çıxan fəlsəfə dərsliklərində də özünü göstərməkdədir. Azərbaycan isə müstəqillik əldə etdikdən sonra kommunist ideologiyasından qəti şəkildə uzaqlaşmış, bazar iqtisadiyyatına keçid yolunda daha ardıcıl mövqe tutmuş və Heydər Əliyevin rəhbərliyi ilə yeni ideologiyanın formalaşmasının təməlini qoymuşdur. Ona görə də Bakıda çıxan dərsliklərin öz milli ideologiyamızın təməlində, müstəqil şəkildə yazılmasına böyük ehtiyac yaranmışdır. Ramiz Mehdiyevin rus dilində çapdan çıxmış «Fəlsəfə» kitabı yeni tələblərə uyğun bir dərs vəsaiti olaraq məhz Azərbaycan dövlətçiliyinin və milli məfkurəmizin tələblərinə uyğun surətdə yazılmaqla bu boşluğun aradan qaldırılmasına xidmət edir. Bu vəsait Azərbaycanda müasir tələblər səviyyəsində fəlsəfə dərsliyinin yazılması üçün təməl rolunu oynayır. Burada müasir dünya fəlsəfi fikrinin aktual problemlərinin çox geniş spektri öz əksini tapmış, bir çox yeni cərəyanlara və indi aktual olan fəlsəfi problemlərə qısa və yığcam izah verilmişdir. Bununla yanaşı dərs vəsaitinin ən önəmli cəhəti qoyulan problemlərə Azərbaycan filosoflarının mövqeyindən izah verilməsi, böyük Azərbaycan mütəfəkkirlərinin elmi-fəlsəfi fəaliyyətlərinin işıqlandırılması və bu baxımdan tarixiliklə müasirliyin üzvi vəhdətinin təmin olunmasıdır. Kitabda fəlsəfə sadəcə ümumi, abstrakt bir təlim kimi təqdim olunmur, onun konkret praktiki əhəmiyyətinə, real həyatla əlaqə aspektlərinə geniş yer verilir. Fəlsəfə ilə siyasətin əlaqəsi araşdırılır, XX əsrin sonu, XXI əsrin əvvəllərində dünyada gedən siyasi proseslərin fəlsəfi mahiyyəti ön plana çəkilir. Qloballaşma, iqtisadi proseslər, konfliktlər və onların həlli yolları ilə bağlı məsələlərin şərhi dərs vəsaitinin aktuallığını daha da artırır. Bu cəhətlərinə görədir ki, dərs vəsaiti müasir azərbaycanlının ictimai-siyasi mövqeyinin, fəlsəfi dünyagörüşünün formalaşdırılması baxımından da böyük əhəmiyyət kəsb edir.

Biz Azərbaycanda fəlsəfi fikrin inkişafına, fəlsəfi biliklərin təbliği və tədrisinə dövlət qayğısının bundan sonra da artacağına, ali məktəblərdə fəlsəfənin tədrisinin bərpa edi­lə­cə­yinə, nəzəri-fəlsəfi fikirlə əməli fəaliyyətin daim əlaqələndiriləcəyinə böyük ümid bəsləyirik.

Fəlsəfi fikir əməli fəaliyyəti qabaqlamasa, dünyada gedən proseslərin ideya-nəzəri əsaslarını vaxtında mənimsəyə bilməsək, gənc nəslin tərbiyəsini müasir elmi-fəlsəfi dünyagörüşü milli ideo­lo­giya zəminində həyata keçirməsək qarşıda duran böyük vəzifələri uğurla yerinə yetirə bilmərik. Bu baxımdan, qloballaşma şəraitində milli dövlətlər qarşısında duran vəzifələrin öyrənilməsi, xarici si­ya­sət kursunun beynəlxalq proseslərə adekvat şəkildə qurulması iqtisadi inteqrasiyanın Azər­bay­canın milli maraqlarına uyğun aparılması xeyli dərəcədə fəlsəfi dünyagörüşündən, ölkəmizdə fəlsəfi elmlərin inkişaf səviyyəsindən fəlsəfi biliklərin müasir tələblər səviyyəsində tədrisindən asılıdır.

Akademik Ramiz Mehdiyev ictimai-siyasi elmlərin fəlsəfənin müasir problemləri sahəsində ciddi tədqiqatlar aparmaqla yanaşı, ölkəmizdə bu fənlərə olan münasibətin formalaşmasında fəal ­ti­rak edir ümid edirik ki, onların nüfuzunun artması üçün bundan sonra da səylərini davam etdirəcəkdir.

 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.