Ön söz XXI əsr insan intellektinin misilsiz uğurları ilə yanaşı, həm də bir çox qlobal problemlərin kəskinləşməsi, böhranların dərinləşməsi ilə səciyyələnir. Həm elmi-texnoloji, həm də ictimai-siyasi proseslərin həddən artıq sürətlənməsi bəşəriyyəti Şərq və Qərb mədəniyyətləri və düşüncə tərzləri arasında, duyğusal və rasional həyat arasında qərarlaşmaqda olan ahəngin, dünya nizamının pozulması və neçə min illər ərzində əldə olunmuş mənəvi-ruhsal təkamülün itirilməsi təhlükəsi ilə üz-üzə qoymuşdur. Sadaladığımız problemlər bütövlükdə İnsan-Dünya münasibətlərinin, həyatın mənası, insanın və bəşəriyyətin ali missiyası ilə bağlı təsəvvürlərin bir daha nəzərdən keçirilməsini, tərəqqinin meyarları, əxlaqi-mənəvi kriterlər və prioritetlərin yenidən dəyərləndirilməsini tələb edir. Bu isə ancaq yeni dünyagörüşü və yeni fəlsəfi sistemlərin oluşdurulması sayəsində mümkün ola bilər. UFAD - Uluslararsı Felsefe Araştırmaları Derneği – məhz belə bir şəraitdə fəaliyyətə başlamış, bütün bəşəriyyəti, insanlığı ilgiləndirən kürəsəl məsələlərin yenidən təhlili və bu dəyişən dünyada Türk Cümhuriyyətlərinin yeri və rolu, Şərq ilə Qərb arasında sadəcə coğrafi-siyasi müstəvidə deyil, həm də fikir müstəvisində körpü oluşdura biləcək araşdırmaların önə çəkilməsi kimi önəmli bir missiyanı gerçəkləşdirmək vəzifəsini qarşıya qoymuşdur. Buna uyğun olaraq jurnalımız da böyük fəlsəfi yaradıcılıq üfüqlərini, həm coğrafi anlamda, həm də fikir və müəllif arealının genişləndirilməsi sahəsində açılmış yeni imkanları dəyərləndirmək, vəzifəsini qarşıya qoyur. Bu baxımdan, dil məhdudiyyətləri də götürülmüş və indi ən azı dörd dildə - Azərbaycan, Türk, İngilis və Rus dillərində məqalələr işıq üzü görə biləcəkdir. Bu sayda Türk müəlliflərin məqalələrinə daha çox yer ayrılmışdır ki, bu da Azərbaycan fəlsəfəçilərinə Türkiyəli həmkarlarını daha yaxından tanımaq inkanı verəcəkdir.
M Ü N D Ə R İ C A T Redaksiya ŞurasIndan – Ön söz. 5 Fəlsəfə tarixi və müasirlərimiz Könül BÜNYADZADƏ - Şərqdə düşüncə tarixi və musiqi (muğam əsasında) 7 Varis ÇAKAN - Çağdaş Uygur Düşünürü Abduşükür Muhammed Emin Epistemoloji Səlahəddin XƏLİLOV – Mən-Dünya münasibətində mərkəzi elementin dəyişkənliyi məsələsi 38 Sosial epistemoloji Ayhan BIÇAK - Düşüncə prosesində zaman fəhminin yeri 56 Nəbi MEHDİYEV – Fəlsəfə və Tarix epistemoloji üsul kimi Elmi-fəlsəfi həyat UFAD-ın elan etdiyi Fəlsəfi Araşdırmalar müsabiqəsinin nəticələri 85 Qazaxıstan Fəlsəfə və Politologiya İnstitutu ilə UFAD arasında əməkdaşlıq müqaviləsi 90 “Türk Düşüncəsi tarixi” mövzusunda DƏYİRMİ MASA. 91 “Beynəlxalq İpək Yolu'nun Yüksəlişi və Türk Dünyası” (bilik festivalı) 91 “Türk fəlsəfəsinin perspektivləri” mövzusunda konfrans. 92 ''Fəlsəfənin dili'' mövzusunda DƏYİRMİ MASA. 93 İstanbul Ədəbiyyatçılar Dərnəyində (İSEDER) “Fəlsəfə və Ədəbiyyat” mövzusunda konfrans 94 “Sekülerleşme ve Din Çalıştayı”. 94 “Tanzimat`dan Günümüze Türk Düşünürleri” kitabının təqdimatı 96 Aristotel fəlsəfəsi. Ümumdünya Fəlsəfə Konqresi 97 Asiya Fəlsəfə Assosiasiyasının (İCAPA) 9-cu Beynəlxalq Konqresi 98
Fəlsəfi etüdlər .. 99 Rəylər və mülahizələr Leo Strauss’s Defense of the Philosophic Life: Reading What Is Political Philosophy?(A.S.Beşer) 109 Müslim Akdemir. Düş’ün Felsefesi Ütopyalar (H. Atmaca) 119
TABLE OF CONTENTS. 127 .. 72 24
|