az  |   tr
Fəlsəfə dünyası

Fəlsəfə və sosial-siyasi elmlər – 2017, № 1 (40)   –  [05.09.2017]

  Fəlsəfə və sosial-siyasi elmlər – 2017, № 1 (40)

    ÖN SÖZ

Müasir dünya çox sürətlə dəyişir və indiyidək istər dünya siyasəti, iqtisadiyyatı və mədəniyyətində baş verən hadisələr, istərsə də insanların həyat tərzi və ənənəvi dəyərlərin dəyərsizləşməsi istiqamətindəki təbəddülatlar fəlsəfə və sosial-siyasi elmlər qarşısında da çox ciddi vəzifələr qoyur.

Neyrofizioloji və neyropsixoloji sahələrdə əldə olunmuş son nailiyyətlər ənənəvi fəlsəfi təlimlərə yenidən baxılmasını tələb edir. İnsanın daxili aləminə yönəlik elmi-təcrübi araşdırmalar, genlərin və neyronların öyrənilməsi idrak nəzəriyyəsi üçün  yeni perspektivlər açır.

Ona görə də fəlsəfədə ən azı üç istiqamətdə aktuallaşma baş verməkdədir.

Birincisi, bütün klassik fəlsəfi irsin yeni elmi bilgilər və sosial-siyasi gerçəklik  əsasında yenidən dəyərlənirilməsi zərurəti.

İkincisi, dünyanın siyasi həyatında ortaya çıxan və klassik sosial-siyasi təlimlərlə bir araya sığmayan yeni meyllərin elmi-fəlsəfi izahını vermək zərurəti.

Üçüncüsü, XXI əsrdə meydana çıxmış yeni müstəmləkəçilik üsullarının, qeyri-hərbi, mental-siyasi metodların, kütlə psixologiyasına və beyinlərin idarə olunmasına əsaslanan qlobal təxribatların həyata keçirilməsi, mediyanın və virtual məkanın siyasi güc amilinə çevrilməsi, kütlələrin dini inanclarının süni yollarla yönləndirilməsi və  siyasi təxribat potensialı olaraq kullanılması, geri qalmış ölkələr üzərində aparılan siyasi-ideoloji  və psixoloji eksperimentlər – bir  sözlə,  XX əsrin nailiyyəti sayılan, renossans və maarifçilik zəminində  formalaşmış humanizm prinsiplərinə yad olan yeni qlobal proseslər hələ də elmi-fəlsəfi tədqiqat obyektinə çevrilməmişdir.

Hərbi müdaxilələri əvəz edən iqtisadi qlobalizm indi də insanların mənəvi-intellektual gücünün inhisara alınması istiqamətində addımlar atır. Amma bütün bu hadisələrin insanlığın indiyədək araşdırmış olduğu və əməli fəalıyyətində istinad etdiyi yüksək mənəvi prinsiplərlə heç bir əlaqəsi yoxdur. Yoxsa fəlsəfə sahəsində  “şərin fəlsəfəsi” kimi bəlli olan təlimlər yeni libaslara bürünüb və  gizlicə humanizmin yerini tutub, - xəbərimiz yoxdur?

Dünyanı getdikcə daha çox dərəcədə idarə edən böyük güclərin tətbiq etdikləri yeni siyasi-ideoloji və psıxoloji-militarist metodların öyrənilməsi müəlliflərimizin də diqqət mərkəzində olacaqdır.

Bununla belə, ənənəvi fəlsəfənin XXI əsrə transformasiyası davam edir. Nəticədə fəlsəfədə yeni dalğalarla əvvəlki dalğaların toqquşması baş ve­­rir. Militarist, siyasi və ideoloji qarşıdurmalar getdikcə şiddətləndiyi bir şə­­raitdə çoxlarının hələ də fərqində olmadığı daha böyük miqyaslı bir qar­şı­durma formalaşır ki, kim yeni dövrün bu özəlliyini vaxtında nəzərə ala bilsə, gə­ləcək də onundur.

Təəssüf ki, yaşlı nəsil virtual dünyadan və yeni texnologiyalardan, gənc nəsil isə fəlsəfədən yan keçməyə çalışır. Nəticədə dövrün bu iki nə­həng prosesi ya görüşü bilmir, ya da bu görüş yeni tipli konfliktlərə səbəb olur. Halbuki, insanlığın invariantları, sabit, dəyişməz şərtləri, təməl prin­sipləri yaxşı-yaxşı mənimsənilməsə, təməllər bir az da möhkəmləndirilməsə, hə­ya­tın hələ tarixin sınağından çıxmamış, sosial-siyasi təcrübədə yox­lanmamış yeni üzü özünü göstərir, mənəvə-intellektual proseslər insan­sızlaşır və insan hədəfi bəlli olmayan axınlara düşür.

Jurnalımızın bu sayında mənəviyyat məsələlərinə diqqətin artması da görünür, bu aktuallığın əks-sədasıdır. Amma məqalələrin çoxu fəlsəfə və ictimai-siyasi fikir tarixinə yönəlidir. Yeninin işığında keçilmiş yollara bir də nəzər salınmasına da ehtiyac var.

Yeni sayımızda dövrümüzün ab-havasını ifadə edən yeni mövzular diləyi ilə!

                                     İÇİNDEKİLER

Redaksiya Şurasından                                                                          .. 4

Fəlsəfə Tarİxİ

Turgut AKYÜZ – Fəxrəddin Razinin məntiq məktəbi: təmsilçilər və əsərləri6

Könül BÜNYADZADƏ - Rabiə əl-Ədəviyyə (VIII əsr) və Edith Stein (XX əsr). Eşqin fenomenologiyası27

Vahdettin IŞIK – Fatih Kərimi və İstanbul Məktubları44

Fulya BAYRAKTAR – Samiha Ayverdinin Mədəniyyət Fəlsəfəsinə Bir Giriş. 61

Ali Sertan BEŞER - Leo Ştraussa Görə Siyasət Fəlsəfəsinin Tarixsəlçi və Pozitivist Sosial Elmlər Anlayışından Təhlili 83

Həlimə QAFAROVA - Müasir Fəlsəfədə Rasionallıq Tipləri Haqqında. 104

Mənəvİyyat və sİyasət fəlsəfəsİ

Səlahəddin XƏLİLOV - Mənəviyyat  və onun konfiqurasiyası112

Hatice Nur Beyaz ERKIZAN – Fəlsəfə və həyat haqqında...129

Malenko Sergey ANATOLYEVİÇ, Nekita Andrey QRİQORYEVİÇ – Qorxu kinomatoqrafiyası: bio-siyasiləşdirilmiş patomifologiya kimi (I) 141

Gülsüm MEHDİYEV – Təfəkkür tərbiyəsi və ya uşaqlar üçün fəlsəfə. 163

Esselər və qeydlər.. 176

Elmİ-fəlsəfİ həyat

UFAD Fəlsəfə Təqvimi – 2017. 189

UFAD ilə Türkiyə Fəlsəfə Dərnəyi Arasında Protokol İmzalandı 190

“Şərqdən Qərbə Fəlsəfə Körpüsü” Seminarı 191

“Türk Dünyasının Çağdaş Gerçəkləri Ədəbi-Bədii və Fəlsəfi Konteksdə” Seminarı192

IV. Beynəlxalq İbn Xəldun Simpoziumu

Endir Endir

Baxılıb: 62


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
  Fəlsəfə və sosial-siyasi elmlər – 2017, № 1 (40) Müasir dünya çox sürətlə dəyişir və indiyidək istər dünya siyasəti, iqtisadiyyatı və mədəniyyətində baş verən hadisələr, istərsə də insanların həyat tərzi və ənənəvi dəyərlərin dəyərsizləşməsi istiqamətindəki təbəddülatlar fəlsəfə və sosial-siyasi elmlər qarşısında da çox ciddi vəzifələr qoyur.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.