az  |   tr
Fəlsəfə dünyası

Fəlsəfə və sosial-siyasi elmlər – 2014, № 1   –  [18.06.2014]

Fəlsəfə və sosial-siyasi elmlər – 2014, № 1

12 il öncə – 2002-ci ildə, müstəqil Azərbaycanın öz gələcəyini özü qur­­maq əzmindən çıxış edərək, millətin fəlsəfi özünüdərk poten­sialını səfər­bər etmək, dünyada gedən proseslərin ideya əsaslarını müəyyən­ləş­dirmək və Azərbaycanın, hətta bütövlükdə türk dünyasının bu mürəkkəb zəmanədə tutmalı olduğu mənəvi-intellektual unkişaf yoluna işıq salmaq məqsədi ilə ölkəmizdə Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası qurduq və onun orqanı olan bu jurnalın nəşrinə başladıq.

Maləsəf, bütün dünyada gedən və Azərbaycanın da qeyd-şərtsiz qatıl­dığı fəlsəfəsizləşmə tendensiyası elə vüsət aldı ki, biz hələ nəyin nə oldu­ğu­nu müəyyən edənə qədər, intellektual potensialın fəlsəfi düşüncə oxundan əks istiqamətdə səpələnməsinin şahidi olduq.

Dünyada pozitivizm və praqmatizm dalğalarının tuşuna gələn ənənəvi fəl­­səfi fikir səngidikcə və mövqelərini itirdikcə intellektual xəritə yenidən çə­­kildi və fəlsəfi fikirlə birlikdə onun təmsilçiləri də əyalət bölgəsində qal­dı­lar.

300 ildən artıq hökm sürən rasionalizm və rasional fəlsəfi fikirdən bəh­rələnmiş Avropa indi daha artıq bu ənənəvi fəlsəfədən üz döndərsə də, əv­vəlki böyük prosesin sadəcə ətaləti də onları mənəvi iflasdan xilas edir. Am­ma ətraf xalqlar Yeni Dövr fəlsəfəsini hələ təzə-təzə mənimsəməyə baş­ladığı halda, çağdaş Avropanın anti-rasionalist və postmodernist düşüncə tərzinin felinə uyur ki, bu da Qərbin vaxtilə keçdiyi özünüdərk yolunu bizim də keçməyimizə mane olur. Onlar artıq bəh­rə­lən­miş olduqları,  üzərində ne­çə-neçə dayanıqlı mədəni-intellektual təsisat qurduqları bir fikir potensialın­dan qismən imtina etdikləri halda, biz də onlara ba­xaraq, hələ heç yetişdirə bil­mədiyimiz, necə deyərlər, heç dadına da baxmadığımız bir nemət­dən, ru­ha­ni sərvətdən imtina edirik. Di­gər tərəfdən, bazar iqtisadiyyatının ilk dönə­min­də qa­çıl­maz olan kapital kultu fəlsəfi fikrin antitezi kimi çıxış edir və mil­li fəl­səfi fikir poten­si­a­lın realizasiyasına imkan vermir. Azərbaycanda fəl­səfənin təd­risi mini­mu­ma endirilmiş, fəlsəfə elm və ədəbiyyatla paralel, müs­təqil bir fi­kir sahə­si kimi formalaşmaq əvəzinə, elmin ikincidərəcəli əla­vəsinə çevrilmiş və beləliklə də iste­dad­lı gənclərin fəlsəfi fikrə cəlb olun­ma­sı perspektivi kölgədə qalmışdır.

Dərc etdiyimiz fəlsəfə jurnalı müəyyən uğurlar qazansa da, dünya miq­­­yasında tanınaraq, xülasələri Philosophy İndex-də dərc olunmaq hüququ qazansa da, orijinal fəlsəfi tədqiqatların nəticəsi olan məqalələr getdikcə aza­­lır və fəlsəfi fikir də icmalçılıq və plagiatçılıq tendensiyalarının qurbanı­na çev­ri­lir. Belə bir şəraitdə biz xarici müəlliflərin məqalələrinə üstünlük ver­­­mə­li oluruq ki, bu da jurnalın qarşıya qoyduğu məqsədə tam cavab ver­mir.

Bir xalqın milli-fəlsəfi fikrinin ifadəsinə xidmət edən elmi yurnalın dünya miqyasında tanınması, qəbul edilməsi böyük işin ancaq başlanğıcıdır. Bu səviyyədə fəaliyyətin davamlı prosesə çevrilməsi üçün müvafiq elmi-fəlsəfi mühit olmalıdır.  Mühit olmayanda isə ya gərək jurnal elmi imitasiya edən saxta mühitin səviyyəsinə ensin, ya da gerçək elmi mühit yetişənədək fəaliyyətinə ara versin.

Endir Endir

Baxılıb: 2017


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.