az  |   tr
Fəlsəfə dünyası

Fəlsəfə və sosial-siyasi elmlər – 2016, № 2   –  [30.01.2017]

Fəlsəfə və sosial-siyasi elmlər – 2016, № 2

Önsöz

Jurnalımızın bu sayı ilk növbədə Aristotelin 2400 illik yubileyinə həsr olunur. Bu il bütün dünya bu böyük mütəfəkkiri hörmət və ehtiramla yad etdi, onun hərtərəfli yaradıcılığı, fundamental əsərləri zəmanəmizin baxış bucağından bir daha müzakirəobyektinə çevrildi. Ən böyük tədbir, təbii ki, Afinada keçirildi:

 – Ümumdünya Aristotel Konqresi.

Jurnalımızın baş redaktoru da məruzəçilər sırasında idi. Mövzusu: “Aristotel: Alim, yoxsa filosof?!”

Jurnalımızın bu sayında Türkiyədə Aristotel Cəmiyyəti Başkanı Prof. Dr.Hatice Nur Erkızan da giriş məqaləsi ilə çıxış edir. 2016-cı ildə onun təşəbbüsü və rəhbərliyi ilə Türkiyədə və Şimali Kiprdə bir sıra təntənəli mərasim, elmi konfrans və simpoziumlar keçirildi ki, jurnalımızda bu barədə də məlumatlar dərc ediləcəkdir. Aristotelə həsr olunmuş hər iki məqalədə məqsəd sadəcə bu böyük filosofun elmi-nəzəri irsini bir daha xatırlamaq olmayıb, onun Ortaçağ Türk- Islam fəlsəfəsinin və onun da sayəsində Yeni Dövr Qərb fəlsəfəsinin oluşmasında  rolunu göstərmək, habelə bu antik irsin müasir fəlsəfi sisütemlərlə rəqabətdə yaşamaq əzmini təsdiqləməkdir.

Bu sayımız habelə Türkiyə və Azərbaycan Fəlsəfə Cəmiyyətlərinin əməkdaşlığı şəraitində keçən bir sıra elmi-fəlsəfi tədbirlərin işıqlandırılma­sı­na  yer ayrılması və türk həmkarlarımızın geniş miqyasda təmsil olunması ilə səciyyələnir. Güman edirik ki,   Prof. Dr. Hatice Nur Erkızanla yanaşı jur­nalımızda digər tanınmış türk alimləri Prof.Dr. Rəhim Acar, Prof.Dr. Er­dinç Yazıcı və digər nüfuzlu alimlərin və araşdırmaçıların əsərləri oxucuların böyük marağına səbəb olacaqdır. Biz bu əsərlərin çoxunu Türki­yə türkcəsində çap edir və Azəarbaycan türkcəsində sadəcə qısa xülasə veririk. Düşünürük ki, orijinalda oxumaq “məcburiyyəti”  ortaq Türk fəlsəfi terminolojisini oluşdurmaq işinə də yardımçı olacaqdır. Bu məqsədlə gələcəkdə hər məqalənin sonuna müvafiq terminoloji lüğətin də əlavə edilməsini nəzərdə tuturuq.

Jurnalın bir rubrikası da Türk Cümhuriyyətlərində nəşr olunan yeni fəlsəfi kitablar haqqında məlumat verilməsinə, onları ortaq meyarlar baxımından dəyərləndirilməsinə və gələcəkdə vahid indeksasiya, ortaq məlumat bazası yaratmaq üçün ilk addımların  atılmasına xidmət  edir.

İÇİNDEKİLER

 

Redaksiya şurasından.. 5

Arİstotel – 2400

Hatice Nur ERKIZAN Aristoteldə Ousia və Energeia: Varlığın/Var Olanın ‘Var oluşu’ Haqqında (I)

 7

Səlahəddin XƏLİLOV Aristoteldə ruh-bədən təlimi və onun Şərq-İslam  fəlsəfəsi üzərindən müasir Qərb düşüncəsinə  transformasiyasi 30

Fəlsəfə tarixi

Fulya BAYRAKTAR Homo Viatorun İslam Mistisizmi İşığında Oxunması (in English) 43

Ali Sertan BEŞER Leo Straussun Düşüncesində Tarixi və Fəlsəfi  Problem Olarak Sokrat 55

Rabia DIRICAN, Levent BAYRAKTAR Türk Düşüncəsi Dərgisində  Fəlsəfi Cərəyanlar. 79

Epistemoloji

A. Suat GÖZCÜ – Temporal Parçalar Metafizikası II: Temporal Keçiş Problemi 100

Din fəlsəfəsİ

Rahim ACAR – Bəşəri Hüdudlar Daxilində Dini Müxtəlifliyin Şərhi 112

Müasir siyasət

Erdinç YAZICI – Türkiydə 15 iyul Çevriliş Cəhdini dayandıran güc: Yeni Orta Sinif 132

Elmi-fəlsəfi həyat

65-ci Fenomenologiya Konqresi // “Kultivasiya insan ekoloji formasiyasının və dayanıqlı məhsulunun paradiqması kimi”. 146

İlahi ve bəşəri eşqProf.Dr. Könül Bünyadzadənin konfransı 147

Türkiyədə Aristotel Simpoziumu keçirildi 148

Türk Dünyasının Təhsil Problemləri və Həll Yolları 148

Rəylər və mülahİzələr

Fahri Türk, Balkanlarda Yaşayan Türk Azınlıkları ve Türkçeye Yönelik Dil Politikaları (A.Balcı) 151 

 

..

İndir İndir

okundu: 1983


Doğa ruhun maddi görüntüsü olduğundan, insan onu yalnız ruhun yardımı ile anlayabilir
Ebu Turhan
 
 Felsefi müzakere
Yanıtla
 
  Elmi konfranslar və faydalı linklər
 
 DERGİ
2017 - 2 Dünya getdikcə daha çox fəlsəfəsizləşir və sanki göylər yerə enir. Amma fəlsəfi düşüncələr və polemikalar səngimək bilmir və “Fəlsəfə” jurnalı da hələ çıxmaqda davam edir.
Devamı
 KİTAP
MEDENİYET ve KÜLTÜR Modern hayatı mazi üzerine inşa etme çabaları ifrat düzeye vardığında zararlı sonuçlar doğurmaktadır. Bu durum, muhteşem bir sarayı kadim bir mabet üzerine inşa etme girişimine benzer.
Devamı
AŞKIN RENKLERİ ''Aşkın Renkleri'' Kitabı Aşk konusu yüzyıllarca düşünen ve seven insanların temel konusu olmuştur.Tabii ki bu konuda hiç düşünmeden sevenlerde, çok düşünüp fakat bütün yaşamı boyunca hiç sevmeyenlerde var.
Devamı
Romantik Şiirde Doğu Batı Meseleleri Azerbaycan'da çok sayıda ünlü müsteşrik bulunmaktadır. Dünyaca ünlü olan müsteşrikler... Arapça Farsça ve Türkçe'nin meşhur dil bilimcileri, bu dillerde yazılan manzumelerin uzman araştırmacıları, Azerbaycan'ın ve bütün İslam aleminin ünlü tarihçileri İslam üzerine araştırma yapan akademisyenler, metin uzmanları vb. birkaç yıl öncesine kadar Azerbaycan'da şarkiyat alanında öncülüğünü yapan Aida İmankuliyeva da, ilk bakışta sadece, bu tür ünlü müsteşriklerden biri olarak gözükmektedir.
Devamı
"swfobject.js"

© 2010 Felsefe Dünyası- Tüm hakları saklıdır. Sitede bulunan bilgiler ancak kaynak gösterilerek kullanılabilir. Site Elshad100 tarafından hazırlandı.