az  |   tr
Fəlsəfə dünyası

“Fəlsəfi Diskurs”un yekunları   –  [15.12.2010]

“Fəlsəfi Diskurs”un yekunları

 

Müsabiqədə Əbu Turxanın “Kimdir müqəssir: əzən, yoxsa əzilən?” sualına verilən cavabların dəyərləndirilməsi yekunlaşdırılmışdır. Suala 45 iştirakçı cavab vermiş və 15 bəyənilən cavab saytda yerləşdirilmişdir. Bunlardan 3 ən yaxşı cavabın müəllifi mükafata layiq görülmüşdür.

I yer – Sərraf Balaxan: “Nə əzən, nə də əzilən günahkardır. Birincisi cəhalətin, ikincisi səfalətin qurbanıdır. Hər ikisinə yazıqlar olsun!”

II yer – Fəridə: “Həyatda hər şey nisbi olduğu kimi bu da nisbidir, yəni şəraitə görə, mühitə görə, insanlara görə, vəziyyətə görə və s. bu dəyişir məncə burda məqsəd kimisə əzmək deyil və buna birmənalı cavab vermək də mümkün deyil, məncə hər kəs öz arzularının arxasınca gedir və ya getməyə çalışır. Bu yolda kimisə əzmək acizlik əlamətidir, çünki bu yemə birinci çatmaq istəyən heyvanın digərini tapdalamasına bənzəyir, fikrimcə bu yolda qələbə hər kəsin müəyyən dərəcədə marağını nəzərə almaqla (çünki yenə də hər şey nisbidir) istədiyin hədəfə çatmaqdır. Müqəssir deməzdim, sadəcə buna səbəb bizim istəklərimiz və bunu istəməyə məcbur edən cəmiyyətimizdir, yəni yenə özümüzük”.

III yer – Fidan Məcidli:  “Həyatın nisbi qanunlarında müqəssir yoxdur!”

Əlavə mükafat – Qönçə Məmmədova:  Müqəssirin kim olduğu aydındır. Çünki əzilən (məzlum) əzənin (zalımın) zülmünə dözürsə və baş qaldırmırsa günah elə özündədi. Və sonda şərəfli həyatın əsasını biganəlik və mütilik yox, mübarizə təşkil edir.

Müsabiqədə göstərdiyi xüsusi fəallığa görə mükafata layiq görülür.

Qaliblər mükafatlandırılmaq üçün dekabr ayının 18-də saat 15.00-da Fəlsəfə Dünyasına dəvət edilirlər.

Ümumiləşdirmə:

“Fəlsəfi Diskurs”un nəticələrini qənaətbəxş saymaq olarmı? İştirakçıların düşüncə tərzi haqqında nə kimi təsəvvür yaranır?

Bizim gənclər problemdə, situasiyada müəyyən bir məqamı önə çə­kə­rək, digərlərini sanki unudurlar. Yəni ən böyük çatışmazlıq mü­cər­rəd düşüncədən konkretə keçid mərhələsindədir. Məsələn, “əzən və əzilən” görüntüsünün arxasında olduqca fərqli mahiyyətlər dayana bilər:

1.     “Eyni çəki dərəcəsindən olan” tərəf-müqabillərin könüllü döyüşündə kim üstündürsə o da qalib gəlir. Qalib və məğlub “əzən-əzilən” görüntüsü yaradır. Əslində isə bu bir mübarizədir. Burada şəhid olurlar, məğlub olurlar, amma əzilmirlər. Burada üstünlük nəticəyə görə yox, motivə görə verilməlidir. Haqq uğrunda mübarizə aparan nəticədən asılı olmayaraq həmişə qalibdir. Onun qalibiyyəti Haqq yolunu seçməsində, Haqqı müdafiə etməsindədir. “Haqq nazilər, üzülməz”.

2.     Qeyri-bərabər tərəflərin qarşılaşması: nəticə öncədən bəllidir. Kim isə öz tayı ilə vuruşmaq əvəzinə, özündən qat-qat zəif olanı əzməkdən çəkinmir. (Yeri gəlmişkən, iştirakçıların çoxu bu variantdan çıxış etmişdir). Burada da iki halı fərqləndirmək olar. Birincisi, əzənin yaşayışı, həyatının təminatı bunu tələb edir (şirin öz ovuna münasibəti: ac qalmamaq üçün nə qədər lazımdırsa, o qədər ovlayır). İkincisi, sadəcə həzz almaq üçün əzmək (canavar-qoyun; gəlincik-toyuq münasibəti: doymaqla kifayətlənməyib, digərlərini də “əzir”). Burada əzmək prosesi mübarizəsiz baş verir. “Əzilən gərək özünü qorusun, əzilməsin” məntiqi qüsurludur. Əzilənin mühafizəsini üçüncü tərəf həyata keçirməlidir. Sivilizasiya qoyunu canavardan qorumaqla başlayır. Cəmiyyətin formalaşması, dövlətin yaranması həm də məhz zəiflərin mühafizə olunması ehtiyacından doğur.

3.     Dəmir döyülərək qılınca, xəmir yoğrularaq çörəyə, gil əzilərək qaba çevrilir. Burada əzilən tərəfin pozitiv perspektivi var. “Müqəssir” həyatın hərəkətverici qüvvəsi olur. Bir cəhətə də diqqət yetirək ki, bu şərafətli yolun məşəqqəti təkcə əzilməklə, döyülməklə bitmir, gərək həm də oddan keçəsən.

4.     “Kim güclüdürsə, o haqlıdır” məntiqindən “Kim haqlıdırsa, o güclüdür” məntiqinə keçidin dialektikası açılmalıdır.

5.     Və s.

Müxtəlif variantları bir yığcam cavabda ifadə etmək, əlbəttə, çətindir. Ona görə də, gələn dəfədən cavabları esse şəklində yazanlara üstünlük veriləcək. Məqsəd təhlil qabiliyyətini inkişaf etdirməkdir.

 

Baxılıb: 5504    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.