az  |   tr
Fəlsəfə dünyası

"Mənliyin hüdudları və azadlıq" mövzusunda fəlsəfi-elmi seminar   –  [21.02.2011]

"Mənliyin hüdudları və azadlıq" mövzusunda fəlsəfi-elmi seminar



         Fevral ayının 19-da Fəlsəfə Dünyasında “Mənliyin hüdudları və azadlıq” mövzusunda elmi-fəlsəfi seminar keçirildi.

Tədbirdə Prof. Dr. Səlahəddin Xəlilov, Prof. Dr. Rəbiyyət Aslanova, Prof. Hamlet İsaxanlı, Prof. Dr. Fərman İsmayılov, Prof. Aydın Şirinov, Prof. Dr. Könül Bünyadzadə, Dos. Dr. Lətafət Hümmətova, Dos. Dr. Qəmər Mürşüdlü, Dr. Mehriban Qasımova, Dos. Dr. Nuridə Novruzova, Dr. Sevda Sadıqova, Dr. Mətanət Abdullayeva, Türkiyə və İrandan gəlmiş qonaqlar, aspirant və magistrlər, jurnalistlər iştirak edirdilər.

Seminarı giriş sözü ilə Prof. Dr. Səlahəddin Xəlilov açdı. O qeyd etdi ki, bugünkü seminar Fəlsəfi Diskursda ərəb mühacir şairi Cübran Xəlil Cübranın “Azad olmaq üçün qırıb atmaq istədikləriniz məgər sizin mənliyinizin parçaları deyilmi?” sualından yaranmış “Mənliyin hüdudları və azadlıq” mövzusuna həsr edilmişdir. İlk növbədə maddi və mənəvi azadlığın bir-birindən fərqləndirilməyinin zəruriliyini vurğulayan S.Xəlilov onu da bildirdi ki, hazırda bir çox xarici amillər insan azadlığına mənfi təsir göstərir və maddi azadlığın əhəmiyyəti mənəvi azadlığı üstələyir. Rəbiyyət Aslanova

S.Xəlilov göstərdi ki, bəzən maddi azadlığı maddi cəhətdən təmin olunmaq kimi bağa düşürlər. Lakin tamamilə mümkündür ki, çox varlı bir adam maddi cəhətdən varlı olmasın və əksinə, ondan xeyli kasıb adam azad olsun. Belə ki, maddi azadlıq insanın maddi təminat səviyyəsi ilə maddi tələbat səviyyəsi arasında nisbətdən doğur. Minimal maddi ehtiyaclarını ödəmiş olan bir adam maddi iddiaları az olduğundan, gözü tox olduğundan, maddi cəhətdən də azad olacaqdır. Zəngin isə, əgər iddiaları imkanlarını üstələyirsə, həm öz maddi hərisliyinin ucbatından, həm də başqaları ilə qurduğu öz imkanlarına adekvat olmayan münasibətlərdən dolayı öz azadlığını itirəcəkdir.

Cəmiyyətin mənəvi həyatı ilə əlaqədar formalaşmış meyarlar sistemi də azadlığa təsirə edən mühüm amillər sırasındadır. Stereotiplərin, adət-ənənənin möhkəm kök atdığı konservativ cəmiyyətlərdə fərdin mənəvi azadlıq dərəcəsi də təbii ki, aşağı olur. Fikir sahəsində də şablonlar insanı sərbəst düşünməyə qoymur. Aydın Şirinov, Hamlet İsaxanlı, Fərman İsmayılov, Səlahəddin XəlilovƏslində “paradiqma” da azadlığı məhdudlaşdıran bir amil kimi götürülə bilər. Lakin ən önəmli olan insanın könüllü surətdə öz azadlıqlarını məhdudlaşdırmasıdır.     

Prof. Dr.Rəbiyyət Aslanova Qərb modelinin azadlıq üçün daha düzgün olmasından bəhs etdi. Onun fikrinə görə, müasir Qərb dəyərləri əslində azadlıq və demokratiya axtarışları üzərində formalaşmışdır. O cəmiyyət azaddır ki, orada insan haqları təmin olunur. 
Prof. Dr. Hamlet İsaxanlı da bu fikirlə razılaşdığını və Qərbin müsbət deyil, mənfi tərəflərini mənimsəməkdə özümüzün günahkar olduğumuzu bildirdi. Qərb sivilizasiyasına nə isə sabit dəyişilməz bir şey kimi baxmaq olmaz. Sevda Sadıqava, Mətanət Abdullayeva, Günay Piriyeva, Xəyalə İbrahimovaZaman keçdikcə, o da inkişaf edir və həm də başqa ölkələrə yayılır. Məsələn, müasir Yaponiya əslində Şərq olmaqdan daha çox, Qərb mədəniyyətini mənimsəmişdir.

Müzakirəyə qoşulan Aydın Şirinov, Fərman İsmayılov, Qəmər Mürşüdlü və başqaları azadlıq probleminin müxtəlif aspektlərindən bəhs etdilər. Mənən azad olmağın daha əhəmiyyətli olduğunu bildirən Dr. Sevda Sadıqova Nəsimidən, Füzulidən, Caviddən gətirdiyi şeir nümunələrilə öz fikrini təsdiqlədi. Müzakirə zamanıXXI əsr poeziyasına nümunə olaraq Hamlet İsaxanlının azad ruhun ifadəsi olan şeirləri dinlənildi.


Gənclərdən Dr. Mehriban Qasımova, Faiq Xudanlı, Osman Hacıyev və başqaları müzakirədə fəal iştirak etdilər.


Tədbirin sonunda Fəlsəfi Diskursun qalibləri elan olundu, diplom və mükafatlar təqdim edildi, xatirə şəkilləri çəkildi.

Mətanət Abdullayeva, Səlahəddin Xəlilov















Sahil Şirinov, Səlahəddin Xəlilov

















Səlahəddin Xəlilov, Osman Hacıyev 

 















Səlahəddin Xəlilov, Sevda Hüseynova







Baxılıb: 7803    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.