az  |   tr
Fəlsəfə dünyası

Qadın: ideallar və gerçəklər   –  [25.04.2011]

 

Allah insanı yaratdı ona Öz ruhundan üflədi. Bu ruh insan üçün ilahi aləmə aparan bir vasitə, müqəddəs dünya ilə bağlayan bir əlaqə oldu.

İnsan kamilliyi, ülviyyəti, müqəddəsliyi öz ruhu ilə tanıyır. Gözəlliyi, ecazkarlığı öz ruhu ilə duyur. Paklığı, ucalığı öz ruhu ilə yaşayır. Öz ruhu ilə fiziki bədənini ali məqsədlərə aparır.

Allah insanı yaratdıİnsanlıq zirvəsindən sonra qadınlıq kişilik məqamlarını verdi. Bütün bəşər qadın kişi qütblərinə bölündü. Bölündü, rəqabət başlandı, barışıq nöqtələri arandı, oxşarlıqlar, fərqlər təhlil olunduZirvəİnsanlıq zirvəsi yada düşmədi.

Zirvə hər kəs üçün deyil. Seçilmişlər üçündür

Bir ingilis yazıçıCoş Makdauell özünün «Sevməyin sirri» kitabında yazdığına görə xristianlıqda bu zirvənin adı İsa Məsihdir ər-arvad bir-birinə yaxınlaşmaq üçün bu zirvəyə qalxmalıdırlar. İslamda isə bu zirvənin adı İnsanKamil İnsandır. Bu zirvəyə çatanın qadın ya kişi olması deyil, mənəviyyatı, imanı diqqət mərkəzində durur cinsinin ona verdiyi üstünlüklər, imkanlar deyil, öz insanlıq mahiyyətini dərəcədə reallaşdıra bilməsi müzakirə mövzusu olur.

Sosial qayğıların, maddi tələbatların təsiri təzyiqi altında insan tez-tez bir ruh daşıdığını unudur. Amma ən çox bunu unudan unutduran qadınlardır. Niyə?! Səbəb nədir?!

Deyilişi qəribə səslənir, ancaq bu bir həqiqətdir ki, qadınların ayrıca bir tarixi, bu tarixin özünəməxsus dövrləri, çiçəklənməsi, tənəzzülü var. Bu da bir həqiqətdir ki, qadınların tarixi kişilərin tarixinə nisbətdə yazılıb, tədqiq edilib. Qadınların apardıqları mübarizənin əsas obyekti kişi olub. Mübarizənin məqsədi çox aydın olub: səs hüququ, azadlıq, kişilərlə bərabər hüquq. Yeri gəlmişkən, onu da qeyd edək ki, bu mübarizə daha aktiv daha kəskin şəkildə Amerika Birləşmiş Ştatlarında aparılıb. Təsadüfi deyil ki, feminizm öz tarixini məhz buradan başlayır.

Düzdür, bu gün qadınların hüquqları müsəlman ölkələrində kobud şəkildə pozulur. Lakin, əvvəla, yalnız qadınların deyil, kişilərin, uşaqların da hüquqları pozulur. İkincisi, bütün bunlar insan hüquqlarına hörmətsizlikdən daha çox, insanın özünün savabsızlığının, öz mahiyyətindən, məsuliyyətindən hüquqlarından xəbərsizliyinin nəticəsidir.  

Qadınların Avropada Amerikada apardıqları mübarizələrin xarakterinə baxanda, məlum olur ki, qadınlar bəzən azadlıq deyə-deyə azadlıq hissinin özünün belə quluna çevriliblər nəticədə onlar ideyanı deyil, ideya onları idarə edibdir. Məhz maddi istəklərinin tələbləri ilə XVIII əsrin sonlarında qadın hərəkatları fəallaşmağa başlamışdır. Qərbdə qadın üsyanlar etdi, çünki buna ehtiyacı var idi. Çünki onun heç bir hüququ yox idi, insan kimi, qadın kimi. O, alət idi. Alət öz varlığını sübut etmək üçün inqilaba əl atmalı idi, bunu ondan içindəki ruh, fitrən aldığı mahiyyət tələb edirdi. Lakin tələblər əsasən maddi xarakter daşıyırdı, qadınların sosial həyatlarına aid olurdu təbii ki, bu tələblərin hökmünün yanında mənəviyyat arxa plana keçməyə məcbur idi. Məhz mənəviyyatın unudulmasının nəticəsi idi ki, qadın hərəkatlarının həm tələbləri, həm əldə etdikləri nəticələr get-gedə daha ağılasığmaz, daha dağıdıcı olurdu. Lakin bir daha təkrar edirik ki, Qərb qadınının buna ehtiyacı var idi.

Sadə bir müqayisə aparaq: bu gün qadın Allahın onun üçün ayırdığı qismət payından dərəcədə yararlana bilir.

Tarix boyu qadının sosial çərçivədən kənara çıxa bilməyən mübarizəsinin təsiridir ki, İslam qadın deyəndə ilk yada düşən örtünmək çoxarvadlılıqdır. Qurani Kərim kimi dərin hərtərəfli bir hikməti oxuyanda ilk növbədə qadının məhz zahiri tərəfinə aid ayələr diqqət önünə çəkilir, yəni yenə sosial aspektlər olur. Bununla yanaşı, həm fəxr edirlər ki, Quranda qadına xüsusi diqqət hörmət kimi bir surə «Qadınlar» adlanır. Belə bir məntiqdən çıxış etsək Qurani Kərimdə yalnız bir surənin qadınların, bir neçəsinin isə kişilərin adı ilə əlaqəli olduğunu iddia etsək, tərəzinin ədalət prinsipi pozulmuş kimi görünər. Amma biz məsələyə fərqli prizmadan baxaq.

Bu gün İslam Şərqində qadınlar Qərbdən fərqli olaraq öz varlıqlarını təsdiqləmək üçün ətrafla, cəmiyyətlə deyil, daha çox öz özü ilə mübarizə aparmalıdır. Lakin təəssüf ki, bu gün Şərq Qərbi hər şeydə olduğu kimi, bu addım da təqlid etməyə çalışır, hətta öz ali qanunlarını, artıq neçə əsrdən bəri malik olduğu hüquqlarını Qərbin təqdim etdiyi məhdud çərçivələrə salıb, onların dar, birtərəfli prizmalarından qiymətləndirir.

Qurani Kərimdə qadınlara olduğu kimi, kişilərə ayrıca müracətlər vardır. Qalan bütün müraciətlər isə hər ikisinə, yəni insana ünvanlanıb bunların hər birində qadının da payı kişininki qədərdir. Allah Təala «bir düşünmürsünüzmüdeyəndə qadını da düşünməyə çağırır. Hələ doğulmamış insana müraciət edib «Mən sizin Rəbbinizəmmi?», (Quran 7/172) – deyə əhd bağlayanda da onun cinsi deyil, insanlığı, imanı, etiqadı Allaha sadiq olan ruhu ön plana çəkilir. «Ey insanlar, Sizə Rəbbinizdən açıq dəlil gəldi Sizə açıq-aydın bir nur endirdik», (Quran 4/174) – buyuranda da öyrənməyə, Haqqın dəlil hikmətlərini dərk etməyə kişilərlə yanaşı qadınları da məsul edir. İslamda Allah təala insanı kor-koranəliyə, fanatizmə deyil, öz seçiminin mahiyyətini, məsuliyyətini, ucalığını anlayan dərrakəli imana dəvət edir.

Bəs bu çağırışlara, buyuruqlara qadın necə cavab verir?

Qadın məişət qayğılarını aşa bilmir. Ər-uşaq-ev müqəddəs üçlüyünə səcdə edə-edə ömrünü yaşayır. Arzuları, planları, problemləri bu üçlük çərçivəsindən kənara çıxa bilmir. Çıxsaküfrdə günahlandırılır, cəzalanır. Ailə gözəldir, müqəddəsdir, lakin qadına insanlığını unutdurmamalıdır. Gələcək nəslin qayğısına qalmaq vacibdir, ancaq gələcək boş yer üzərində qurula bilməz. Qadın öz varlığını, insanlığını ilk növbədə özü dərk etməli bunu öz həyatında göstərməlidir ki, övladı da bundan nümunə götürə bilsin.     

Qadın nəfsinin qulu olmaqdan xilas ola bilmir. Allah təala: «Mal oğullarınız dünya həyatının zinətidir. Əbədi qalan gözəl işlər isə Rəbbinin yanında daha xeyirli, daha savabdır (Quran 18/46), – deyə buyursa da, zər-ziba, dəbdəbə, qır-qızıl, övlad-uşaq məhəbbəti qadının bütün ağlını, şüurunu, düşüncəsini istiqamətləndirir, dininə-imanına, sevgisinin, sədaqətinin ölçüsünə çevrilir. Qadın unudur ki, Allah təala: «Ey inananlar, Allahdan qorxun, Onun Rəsuluna inanın ki, sizə rəhmətindən iki pay versin, sizin üçün işığında yeriyəcəyiniz bir nur var etsin sizi bağışlasın. Allah çox bağışlayan, rəhmlidir, (Quran 57/28), – deyəndə insanıhəm kişini, həm qadını ilk növbədə öz mənəvi dünyasına, könlünə baxmağı oranı Allahdan alacağı nur, hikmət üçün açıq, təmiz sağlamağı tövsiyə edir. Öz quluna qarşı çox şəfqətli, çox mərhəmətli olan Allah təala ona açıq ayələr göndərir ki, onu qaranlıqdan aydınlığa çıxartsın (Quran 57/9). Allahdan aldığı nur qadına onun əsl mənəviyyatını, mahiyyətini tanıdır, onu nəinki nəfsinin hökmündən qurtarır, həm nəfsinin özünü maddi istəklərə qul olmaqdan xilas edir.

Qadının insanlıq meyarı kişidir. Ən uca zirvə «kişi kimi» olmaq hesab edilir. Qadın hey kişinin ardınca çatmaq, onun keçdiyi yolu keçmək, onun düşüncəsi ilə düşünmək istəyir. Bacarmırsa, özünü əskik, naqis bilir. Təbii ki, bacarmır təbii ki, «əskik» qalır. Çünki o, kişi deyil, qadındır.

Yeri gəlmişkən, oxşar bir aldanış ümumiyyətlə Şərqə xasdır: şərqli bütün cəhdləri ilə qərbliyə bənzəməyə çalışıronun dilində danışır, öz maraq dairəsini onun maraq dairəsinə uyğunlaşdırır s. Lakin heç vaxt şərqli qərbli ola bilməz qədər ki, şərqli öz şərqliliyindən xəcalət çəkib ondan qurtulmağa çalışacaq, daim qərblinin istehza saymazlığı ilə rastlaşacaq.

Özünün bu meyarından əl çəkə bilməyən, bütün həyatını onunla nizamlayan qadının zirvəyə gedən yolu da kişidən keçir! Zirvəyə çatmaq üçün əvvəlcə digər qütbə çatmaq, sonra dönüb zirvəyə qalxmaqUzun mənasız bir yolYəqin buna görə tarixdə adı qalan bir filosof qadın, bir qadın rəssam, bir qadın şair var. Amma bioqrafik əsərlərdə yaradıcı kişilərin sevgililərinin adlarına tez-tez rast gəlmək olur bu, böyük maraqla oxunur. Qadın kişinin ilham pərisi olmağı özünün ən uca məqamı bilir!

Qadın unudur ki, o da zirvəyə kişi ilə eyni məsafədədiro, qadın qütbündədir bu zirvəyə ən yaxın real yol yalnız qadın kimi mümkündür. Qadın bu həqiqətləri ona öyrədən Qurani Kərimdəki hikmətləri unudur yeni, modern üsullara üz tuturQərbin təqdim etdiyi üsullara.

Bu gün Qərb bizə özünə xas qadınlıq kişilik meyarlarını öyrədir, bizə insanlığı deyil, iki qütblülüyü, qütblər arasında münaqişə yaradıb, sonra bu münaqişəni sakitləşdirməyi öyrədir, mənəviyyatsızlığı azadlıq, qarşılıqlı hörmətsizliyi öz hüquqlarını tanımaq kimi təqdim edir. Hazırda ən çox keçirilən beynəlxalq səviyyəli konfranslar genderə həsr edilir, ən iri pullar, qrantlar bu sahəyə ayrılır. Bu təqdimatlarda insanlığın ən yüksək zirvəsi qadınlıq ya kişilik olaraq qalır, halbuki islamda bu, kamilləşmə yolunun ən aşağı pilləsidir. Lakin bu da həqiqətdir ki, müsəlman qadını bütün bu hüquqlara ta əvvəldən sahib ola-ola indi onları təhrif olunmuş şəkildə qərblidən öyrənmək məcburiyyətindədir. Əbu Turxan deyir: «Başqasının getdiyi yol bizi sabaha apara bilməz». Bizə yolumuzu azdırırlar, çünki öz yolumuzla gedəndə onlardan ucada dayanır, onlardan müdrik oluruq, bu da onları qane etmir.

Qadın unutduqlarında, səhvlərində kişini günahlandırır ona düşmən kəsilir, ona meydan oxuyur. Məhz bu yanılmanın nəticəsidir ki, tarixdə təşəkkül tapan qadın hərəkatları bəzən çox kəskin xarakter almışdır. Məsələn, İnternet saytlarından birindən alınan məlumata görə, «90- illərin əvvəllərində universitetlərdə feminizmin təxminən 15000-dən 30000-dək dərnəkləri yaranmışdır. Onlar əhəmiyyətli bir dəstəyə təsirə malikdirlər. Bunu müəllim-professor heyətinin 90%-inin liberal baxışlı şəxslərdən ibarət olması da deyir. Eyni zamanda bu, həm cavan kadrlara, xüsusilə qız-tələbələrə təsir göstərmə imkanı deməkdir. Bu gün hətta onu (feminizmi) məktəblərə yerləşdirməyə cəhd göstərirlər». İnternet saytlarındakı məlumatlara reallığa baxanda isə qadının min bir əziyyətlə qazandıqlarının yanında ruhunun itirdikləri daha dəhşətli görünür. Ən azından ürəyindəki nifrət, dağıtmaq, üstələmək, əvəzləmək istəyi qadına öz mənəviyyatını işıqlı saxlamağa mane olur. Əbu Turxan deyir: «Hər kəs öz dünyasını özü yaşadır». Qadın unudur ki, doğulmamışdan qabaq Allah hər kəslə fərdi əhd bağlayır. Deməli, hər kəsin günahı da fərdidir, savabı da, xatırlaması da, unutması da.

Bəzi hallarda qadın kişilərin eyni hüquqları o dərəcədə qabardılır ki, Qərb alimi Mişel Fukonun «cins yoxdur» fikri reallaşmağa başlayır. Qərbə qarşılıq Şərq müdrikliyinə müraciət edək. «Kitabi Dədə Qorqud»da ərlərinin, qardaşlarının birinci köməkçisi, kişinin «başının baxtı, evinin taxtı» olan qadın onu da unutmur ki,

Öyünərsə, ər öyünsün, - aslandır!

Lovğalanmaq arvad üçün nöqsandır.

Öyünməklə arvaddan kişi olmaz

Qadın kişiyə düşmən kəsilə-kəsilə yenə unudur ki, Allah iki qütbü bərabər yaradıb. Bir qütbün zirvəyə gedən yolu digərinin tapdalanmasından keçmir. Digər qütbü məhv etmək yenə iki qütb arasında baş verən bir əməldirzirvəni unutduran bir əməl.

Qadın bəzən öz qütbünü zirvə bilir. Beləcə özünü səcdəgah bilə-bilə tapdaq altına çevrilir. Reklam oluna-oluna hətta cansız şeylərin belə fonuna çevrilir. Acınacaqlı bir haldır ki, Avropada bu gün qadın hətta vitrinə qoyulan bir «satış obyektinə» çevrilib. Daha acınacaqlı olanı isə bu, qadını azad, hüquqlarını tanıyan, kişilərlə eyni hüquqlara malik bir vətəndaşı kimi qəbul edən bir cəmiyyətdə baş verir. Bu nədir? Qadının azad seçiminin nəticəsi?

Hər qütb yalnız öz tərəfinin həqiqətlərindən agah ola bilmək qüdrətindədir. Bu qütblər birləşməklə həqiqəti olduğu kimi, tam şəkildə dərk edə bilərlər. Bunun üçün fiziki varlıq çox azdır. Ruh lazımdır. Qadın isə ruhunu unudub, … qarşı tərəfə unutdurub.

Qadınla ilk assosiasiya yaradan sözgözəllikdir. Gözəllik deyəndə isə ilk növbədə zahiri görkəm yada düşür. Nadir qadın tapılar ki, öz zahiri görkəminə laqeyd qalsın maraqlıdır ki, belə laqeyd qadınları qadınlıqdan uzaq hesab edirlər. Allah hər şeyi gözəl yaradıb, sadəcə bu gözəlliyi doğru yerdə düzgün qiymətləndirməyi bacarmaq lazımdır, yəni gözəl olan həmin varlığın daşıdığı mahiyyət, ruhundakı Allah nurunun səviyyəsidir. Əbu Turxan deyir: «Zahiri parıltı göz qamaşdırır, daxili parıltı gözləri açır». Zahiri görkəmlə mənəviyyatın üst-üstə düşməsi, bir-birini tamamlaması isə kamillikdir. Bunlardan biri digəri ilə ziddiyyət təşkil edəndə insanın özündə, sözündə, ümumiyyətlə, bütün varlığında naqislik, yarımçıqlıq yaranır bu, özünü istər cəmiyyətdə, istər seçdiyi peşə sahəsində, istərsə şəxsi həyatında göstərir.

Bu səbəbdən zahiri görkəmi, fiziki varlığı ilə kişilər üçün «ilham pərisi» olmaq qadını cılızlaşdırırhalbuki, ruhu ilə kişi üçün aydın bir güzgü olmaq qadına daha böyük məqam bəxş edə bilər. Sufi hikmətinə görə, «mömin möminin aynasıdır». Tamamlanma hissi bütün insanlara, həm qadınlara, həm kişilərə xasdır. «Məhəbbət intellekt» kitabında məhəbbətləri növlərə bölən Səlahəddin Xəlilov yazır: «Eyni olanlardan isə yeni bir şey əmələ gələ bilməz. Fərqli olanlar da hər hansı bir münasibətə, əlaqəyə girməsələr yeni heç yaranmaz. Ona görə , söhbət fərqli tərəflərin təmasından, əksliklərin vəhdəti mübarizəsindən gedir». Qadın yalnız zahirən deyil, ruhən kişini tamamlamağı bacarmalıdır. Bu isə, yuxarıda qeyd etdiyimiz kimi, zahirlə batinin bir-birini tamamlaması, yəni kamillikdir.

Qütblər haqqında fikirlərimizə yekun vuraraq bildirək ki, qadın kişi arasındakı münasibətləri iki növə ayırmaq mümkündür: yalnız Qadın-Kişi Qadın-Zirvə-Kişi. Birinci halda onlar fiziki baxımdan daha yaxın olsalar da, ruhən çox uzaqdırlar. İkincidə isə münasibətlər ruhən , fiziki baxımdan da həm yaxın, həm möhkəm olur, çünki Zirvədə birləşirlər. Əks təqdirdə isə boş mübahisələr, mübarizələr, inqilablar, hüquq tələbləri, qarşı tərəfin qurduqlarını vurub dağıtmaq s. hallar baş alıb gedir. Zirvədə isə kamillik var, tamamlanma, yaradıcılıq sevinci ali harmoniyaya qoşulma səadəti var.      

İnsanları bir-birindən fərqləndirən onların cinsi, irqi, milliyyəti deyil, onların təfəkkürüdür. Məhz təfəkkürünün səviyyəsinə uyğun olaraq insan istər öz mənəvi aləminə, istərsə xarici mühitə münasibət göstərir, onu dərk etmək vasitəsi seçir. Qısa şəkildə desək, primitiv düşüncənin seçdiyi obyekt , ona

aparan vasitəsi primitiv olur. Təfəkkür səviyyəsi yüksəldikcə obyekt yüksəlir, aliləşir, vasitələr . İnsanın gördüyü təhsil, oxuduğu ədəbiyyat, ədəb-əxlaqı, eyni zamanda, ətraf mühit, cəmiyyət onun təfəkkürünü for­ma­laşdıran maddi mənəvi amillərdir. Bununla belə, hər bir amildən yüksəkdə duran, onlara güclü təsir göstərə bilən aparıcı bir faktor da var: ilahi qüvvə. Burada əhəmiyyətli bir cəhət xüsusilə vurğulanmalıdır: ilahi qüvvənin təsiri insanın təfəkkür səviyyəsindən asılıdır. Yəni əslində ilahi qüvvə eynidir, onu qəbul edən obyekt isə fərqlidir. Günəş eyni şəkildə işıq sacır, ancaq fərqli məkanlar bu şüalardan eyni qidalana bilmir, təbii ki, fərqli nəticələr ortaya çıxır: bir məkanın qarı-buzu heç cür ərimək bilmir, bəzi yerlər isə yanıb kül olur, hətta eyni məkanda bir yerdən gül bitir, başqa yerdən qanqal, üçüncü bir yerdə isə ümumiyyətlə həyat yoxdur. Qurani kərimin ayələrindən birində deyilir: «Göydən su endirdi çaylar öz arxlarına görə çağlayıb axdı» (Quran 13/17). Hər arx öz ölçüsünə görə su qəbul etdiyi kimi, hər insan da öz təfəkkürünə görə ilahi qüvvə ilə ünsiyyətdə olmaq bacarığına malikdir. Mənbələrin verdiyi məlumata görə, ilk sufi qadın olan Rabiə əl-Ədəviyyədən: «Böyük işləri hər zaman kişilər görür, qadınlardan heç peyğəmbər yoxdur, dediyin sözləri hardan alıb deyirsən?», - deyə soruşanda belə cavab verir: «Tarixdə heç bir qadın da Firon kimi «Mən sizin Rəbbinizəm» deməyib».

Qadın nəfsini ruhundan daha yaxşı tanıyır, ona görə nəfsinin verdiyini daha ürəklə, həvəslə qəbul edir, nəinki ruhunun.

Əslində isə

Qadın bir insan kimi Allahdan ruh alıb, yalnız Onun bildiyi adlardan agah edilib, Allahın onun üçün nəzərdə tutduğu ali insanlıq məqamı qarşısında bütün yaradılanlar səcdə edilib, dağın-daşın götürə bilmədiyi ilahi əmanəti daşımağa razılıq verib, ruhu doğulmamışdan qabaq Allahla əhd bağlayıb. Bu qədər böyük bir məsuliyyətə boyun olan bir İnsan bunların hamısını unudub yalnız qadınlıq missiyası ilə necə kifayətlənə bilər?

Qurani Kərimdə yalnız seçilmiş kişilərdənpeyğəmbərlərdən deyil, həm seçilmiş qadınlardanpeyğəmbər anasından ya qoruyucusundan da söz açılır. Məryəm surəsində deyilir: «Mələk Məryəmə dedi: Ey Məryəm, Allah səni öz kəlamı ilə mücdələyir, adı Məsih İsa Məryəm oğludur» (Quran 3/45) ya «Həqiqətən, Məsih İsa Məryəm oğlu Allahın rəsulu, Onun Məryəmə çatdırdığı kəlamıdır» (Quran 4/171). Qadın da kişi kimi Allahın kəlamını qəbul etməyə qadir bir varlıqdır. Qadın da bu kəlamı insanlara çatdırmağa məsuldur. Qadının bütün varlığını, zahiri batini mahiyyətini Mövlana öz «Məsnəvi»sində belə tərənnüm edir: «QadınHaqq nurudur, sevgili deyil; sanki yaradıcıdır, yaradılmış deyil».

Allah insana öz ruhundan üfləyir. Qadın bu müqəddəs missiya üçün Allah tərəfindən seçilmiş saf, ülvi məkandır. Allahdan gələn ruhu qəbul etməyi, gələcək nəslin davamçısı olmağı bütün bunlarla da Haqqın nuru olmağı qadın üçün necə bir cəza, kişilərdən aşağı səviyyə hesab etmək olar? Özünün bu keyfiyyətini ön plana çəkib həm Allahın kəlamını qəbul edib dərk edə bilmək qüdrətini qadın necə unuda bilər?     

Fəridəddin Əttar «Təzkirətü‘-övliya» əsərində sufi qadın Rabiə əl-Ədəviyyə haqqında yazanda bildirir ki, o, öz ruhi inkişafında elə bir səviyyəyə çatmışdı ki, orada qadın kişi fərqi qalmamışdı, yalnız insanlıq məqamı var idi.

İslam mütəfəkkirləri insanın bioloji sosioloji xüsusiyyətlərini nəzərə alaraq onun ruhunun üçnəbati, heyvani natiq (insani) səviyyəsi olduğu fikrini irəli sürmüşlər. Ümumiyyətlə, bu barədə bir çox fikir vardır, ancaq biz məhz bunun üzərində duraq.

Bir bioloji varlıq kimi doğuluşundan nəbati heyvani ruhlara malik olan insanın şüuru formalaşmağa, inkişaf etməyə başladıqca ruh bədən arasındakı hissi əlaqəyə təfəkkür vasitəsilə olan əlaqə əlavə edilir bunun sayəsində ruhun növbətiinsani qatı açılır.

Nəbati heyvani ruh bədənə daha yaxındır, nəinki insani. Başqa sözlə desək, ilk iki mərtəbədə ruh bədənə tabedir, sonuncuda isə bədən ruha. İnsan mürəkkəb varlıqdır gün ərzində həyatın ən müxtəlif şəraitlərində ruhun mərhələləri bir neçə dəfə bir-birini əvəz edirBurada əhəmiyyətli bir məqam da vurğulanmalıdır: ruhun mərhələləri arasında «gəzişmə» məhz özünün sonuncu mərhələsiniinsani ruhunu kəşf edən insan üçün mümkündür, yəni maddi məkandan, hisslər aləmindən kənara çıxıb ruhun daha geniş imkanlarından istifadə edənlər ən əhəmiyyətlisi, ruh bədəni arasındakı təfəkkür əlaqəsini dərk edənlər, öz nəbati heyvani hissləri ilə kifayətlənməyən, onların əsirinə çevrilməyənlər üçün.   

İnsan eyni bir hadisə ilə bağlı ruhunun müxtəlif mərhələlərində verdiyi qərarlar, təbii ki, bir-birindən kəskin fərqlənə bilər. Hətta bu qərar heyvani ya nəbati mərhələyə aid olsa belə, onun məhz heyvani, yaxud insani ruhda olan şəxsin verməsi böyük əhəmiyyət daşıyır.

Allahın hikmətinə gedən yollar saysızdır insan öz mahiyyətindən doğan bir istəklə bu hikmətə gedən yolları arayıb-axtarır. Qadın üçün bu yollar daha çoxdur. Bəlkə məni belə deməyə vadar edən yalnız öz qütbümdən xəbərdar olmağım zirvəyə bu qütbdən qalxmaq istəyimdır.  Bədəni ilə ruhu arasındakı vəhdətin dərkindən başlayan bu yol Kamilləşməyə, ən əsası isə ətrafı üçün bir Kamillik nümunəsi olmağa aparır.

 

Könül Bünyadzadə

Baxılıb: 6021    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.