az  |   tr
Fəlsəfə dünyası

Ülvi gəncliyin fəlsəfəsi   –  [23.09.2009]

 

 

K.Marks antik dövrü bəşəriyyətin uşaqlıq çağına bənzədirdi. Bu müqayisənin çox uğurlu bir davamı vardır. İnsan ömrünü fəlsəfə tarixinə bənzətsək gəncliyi onun or­ta əsrləri hesab etmək olar. İdeyaların çoxusunun do­ğulub in­kişaf et­di­yi, bəzilərinin isə rüşeymlərinin ya­ran­­dığı orta əsr­lər! Hələ coğ­ra­fi məkanın Şərq Qərb de­ iki qütbə ­­nüb qarşı-qarşıya dayanmadığı, ­dim hikmətlərin yeni hik­mətlərlə üzvi şəkildə çul­ğa­la­şıb bir-birini ən kamil şəkildə ta­mamladığı orta əsrlər! İr­ra­sio­nal id­rakın, mistik təfəkkürün ra­sional təfəkkürlə sıx əla­qəli olduğu, ilahi duyğuların çox vaxt maddi tələbatlar da öz təsiri altına aldığı ruhani intibah dövrü.

Əlbəttə, orta əsrlər haqqında çox fikir söyləmək müm­­­kün­­dür, lakin onun gəncliklə müqayisəsi tə­sadüfi bir bən­zət­ deyil. Bu həm reallığın ­tün zid­diy­yət­­ri­ni öz nurlu ­­­viy­yat­ında əri­dib öz əza­, qüssələri ilə saf, tər-təmiz ide­ya­lar bitirən gəncliyin təsviridir. Yəni biz məhz orta əsrləri gəncliklə «ya­xın­laş­dıran» xüsusiyyətlərdən danışdıq.

 «Gənc» sözü fars dilindən tərcümədə (ﮔﻨﺞ ) «xəzinə, özündən sonra zəngin irs qoymaq», – deməkdir. Görünür, öm­­rün ən parlaq illəri, həyat enerjisinin aşıb-daşdığı vaxt­lar, istedadın, potensialın kəşf olunduğu dövr təsadüfən gənc­­lik adlandırılmır.

Qiymətli daş-qaşları əldə etmək asan deyil. Onu qa­­ra torpağın altından çıxarmaq, təmizləmək, cilalayıb için­dəki, mahiyyətindəki nuru aşkarlamağın özü bir us­ta­lıq, məharət tə­ləb edir. Gənc-i «cilalayan» barmaqlar ruh onu «çat vermiş», «zədələnmiş» bir varlığa da dön­dərə bilər, «qəlibə salınmış», adi, sıradan birinə , üzərinə ­şən hər işığa min bir bərqlə ca­vab verən, bütün varlığının nu­ru ilə göz qamaşdıran Kamil İnsana da. Bəli, söhbət həm çox vaxt ağı­na-bozuna baxmadan insanları «qəlibləşdirən», hətta bəzən öz məqsədləri üçün bir gənci mə­nəvi cəhətdən şikəst edən, boğan ictimai mühitdən gedir, həm ma­hir Us­tad­dan, Müəllimdən.

Cavanlıq, gənclik daha çox dəliqanlılıq, hərdəm­­yal­­lıq­la assosiasiya yaradır. Mənsur Həl­lac gəncin məhz qeyri-sabit ­bi­ə­tinə, ira­­siz­li­yi­, səbrsizliyinə işarə edərək deyir:

Aşiq gənclikdə kamala çatarsa,

Sərxoşluqdan həbibinin vüsalını unudar.

Bununla yanaşı, insan ömrünün ən qısa, qısa ol­du­ğu üçün ən şirin, ən ziddiyyətli dövrü olan gənclik həm ­tün həyatın təyinatının verildiyi, ömür sa­ra­­nın təmə­li­nin atıldığı bir çağdır. Gənclik dövründə bəzən zəngin bir həyatın böyük yaradıcılıq prosesinin təməli qoyulur, bəzən də bütün bu zəngin həyat və yaradıcılıq bu dövrün qısa intervalına sığışdırılır. Ömür və yaradıcılıq arasında nisbətin müxtəlif variantlarını ilk dəfə tədqiq edən S.Xəlilov bu hadisəni “zamanın sıxılması effekti” kimi dəyərləndirir. Tarixdə bir sıra şəxsiyyətlər olub ki, öz gənclikləri ilə bizim dediklərimizə ən kamil nümunə ola bilərlər. Bütün ömrü gənc dövrü ilə tamamlanan, 37 il yaşamış Şi­ha­bəd­din Sührəvərdi və Alek­­sandr Puşkin, 36 yaşlı Corc Qordon Bay­ron və Cəfər Cabbarlı, 32 yaşlı Eynəlqüzat Mi­ya­­ci və Şelli, 30 yaşlı Sergey Yesenin və  Mikayıl Müş­fiq, 26 yaşlı Mi­xa­il Ler­mon­tov və Nikolay Dobrolyubov, 20 yaşlı Evarist Qalua və Ülvi Bün­yadzadə.   

Bu gənclərdən hər birinin taleyi bir faciə ilə yarıda ­­­lıb. Sührəvərdi, Miyanəci, Müşfiq edam olunub, Puş­kin, Ler­mon­tov, Ülvi namərd gülləyə tuş gəlib, Bayron Cabbarlının isə bu dünya ilə vidalaşmasına səbəb xəs­­lik olub.

Bəlkə kənardan baxana bu talelər qırıq görünür, əs­lin­ isə, onlar deyəcəkləri sözü söyləyə biliblər. Bu, hər ada­­ma, hətta uzun illər yaşayanlara belə qismət olan bir xoş­b­əxt­lik deyil. Yox, bunlar nakam tale, qırıq ömür deyillər. Onların fiziki həyatı qeyri-təbii şəkildə ­quta uğrasa da, ruhlarının bəşəriyyətə çatdırdıqları da­ha möhtəşəmdir onu unudub, arxa plana keçirib yalnız fa­ciəli bir ölümü, na­kam gənc ömrü ön plana çıxartmaq ­min gənclərin öz­­ri­ deyil, onların dedikləri sözə qar­şı ədalətsizlikdir. ­la­həd­din Xəlilov yazır: «Ölməzlik qa­zananlar ideya müəllifləridir. Baş­qasının ideyasının ic­ti­mai realizasiyası prosesinə qatılaraq re­al ictimai həyatın uza­dılması bir şeydir, sənin ideyanın icti­mai prosesə çev­ri­lərək yaşaması başqa şeydir. Bu, artıq sosial-­nəvi sfe­ra­da ölməzlikdir». Elə ideyalar var ki, onlar məhz öm­rün gənc çağı üçün nəzərdən tutulur. İllər ke­çən­dən sonra o, ­inki öz formasını, mənasını dəyişə bilir, hət­ta ümumiyyətlə ma­lik olduğu saflığı, ülviyyəti itirir, ma­hiyyəti dəyişir. Onların ­rinliyinə, əsl mənasına yalnız əq­lin, ruhun gənc yaşdakı ­viy­yəsi çata bilər.    

Gəncliyin xüsusi bir keyfiyyəti kimi yəqin ilk növbədə onun bol enerjisi, cəngavər ruhu, qısa müddətdə çox şeyə nail ol­maq iddiası vurğulanar. Təsadüfi deyil ki, məhz bu gənclik enerjisi qarşısıalınmaz sel kimi inqilabların, üsyanların aparıcı qüv­vəsinə çevrilir. Lakin bu enerjinin ən neqativ tərəfi onun təsir altına tez düş­məsi, kor-koranəliyə, fanatlığa meylli olmasıdır. Həm təbiətin qəribə bir təzadıdır ki, enerji qədər çox olursa, ­fək­kür bir o qədər passiv olur, yerini hisslərə daha tez verir. Baş­qa sözlə de­sək, bu, nəinki təsadüf deyil, əksinə, az qala qa­nu­nauyğun­luq­dur ki, bir ideyanın real­laş­masında fanatik qüv­­ ehtiyac yara­nan­da məhz gənclərdən istifadə edirlər. Gəncin təfəkkürü hələ ki­fa­yət qə­dər formalaşmadığına görə, ­ni onun gücü, imkan­ları enerjisindən çox geri qaldığına görə, bu enerji özü üçün şü­urlu-şüursuz şəkildə güclü təfəkkür, is­ti­qa­mətve­ri­ci qüv­və axtarır. Məhz burada cəmiyyətin rolu əhəmiyyəti özünü gös­tərir: gənclərin həyat yolunun seçicisi kimi. Nəhəng bir enerjinin quruculuğamı, yara­dı­cı­lı­ğamı, yoxsa dağıdıcılığamı ­nəlməsi bir bələdçi ola­raq cəmiyyətdən çox asılı olur. Bu­ra­da dağıdıcı deyəndə biz yalnız cə­miy­yə­tə, bəşəriy­­ deyil, həm gəncin özü­nə, öz mən-inə yönələn əməllərini, fəa­liy­­tini nəzərdə tu­turuq. Söhbət on­dan gedir ki, cəmiyyətin ­si­ri ilə yalnış ye­rə isti­qa­mət­lən­miş gəncin yüz cür işlərlə məşğul ol­ma­sına bax­ma­ya­raq, onun əsl potensialı bir növ reallaşma­mış, özü olaraq təs­diqlən­­miş qalır, o, öz mən-indən xə­bər­siz, özünə yad bir şəxsiyyət kimi yetişir. Ülvinin sözləri ilə de­sək, gənclər «bütün olmamış» «sökülüb, uçulur» bunun  ilk başlıca səbəbi cəmiyyət olur. Bu gün terror qrupların toruna düşən gənclərin sa­yı han­ isə bir fəlsəfə məktəbinə, ədəbiyyat dərnəyinə ge­dən­­lərin sa­yından qat-qat çoxdur. Kimlərinsə məna­fe­lə­ri­nə xərclənən enerjilərin çəkisi, öz mən-inin dərkinə, ya­ra­dı­­­cılıq istedadının ax­tarışına sərf edilən enerji­dən tərəziyə gəl­­məyəcək qədər ağır­dır. Bu gün maddi is­tək­lər üçün qa­la­­nan od mənəviyyatın nu­ru­nu söndürəcək qədər gur yanır.

Gəncliyin keyfiyyətindən biri onların bütün ax­ta­rış­la­­­nın, istəklərinin kökündə hisslərin, duyğuların dur­masıdır. ­ni on­ların təqdim etdikləri bütün problem­lər­də , onların həll yol­la­rında da lirika, romantika üs­tün­lük təşkil edir. Bəlkə elə bu ­bəb­dəndir ki, onların təq­dim etdiyi yol təhlükəli, ­li-dolu olsa da, ca­zibəli, can­lı al-əlvan olur.

Mən – insanda Allahdan olan ilahi zərrədir və ya in­sa­nı Allahla vasitəsiz olaraq əlaqələndirən ilahi bağdır. Ler­mon­tov «Mənim evim» şeirində yazır:

İnsanın ürəyində əbədiyyətin

Toxumu varhəqiqət hissi deyildir.

Əsrlər axınını, ənginlikləri

İnsan ancaq onunla qavraya bilir.

Mən-in səsi əslində ilahidən gələn məhz bu ruh üçün ­zərdə tutulan hik­mətin, həqiqətin səsidir. Onun səsini vaxtında eşi­dəndə, dediklərini vaxtında ol­du­ğu kimi dəqiq həyata ke­çi­rən­ buna istedad deyillər. ­zi­­rinə bu səs musiqi ilə, bəzilərinə rəqəmlərlə, bir baş­qa­­na rənglə, birinə şeir mis­ra­ları ilə çatdırılır buna ­vafiq olaraq bəstəkarlıq, rəs­sam­lıq, riyaziyyatçılıq, şa­ir­lik istedadı ortaya çıxır. Lakin bu, yal­nız böyük bir nu­run ilk işartısıdır. Ən çətini isə onun ma­hiy­yətindəki hik­­ti sezib, onu çatdırmağı bacarmaq lazım­dır. Axı qeyd et­diyimiz kimi, bunların heç biri boş, mənasız in­for­ma­si­ya­lar olmayıb, özlərində əhəmiyyətli, dərin ­qəd­dəs bir hikmət daşıyırlar. Baş­qa sözlə de­sək, Allahın ver­diyi istedadı duymaqdan əla­və, onun daşıdığı hik­məti də dərk etmək həmin is­te­da­dın tamamlanmasıdır. Bu, isə ar­tıq filosofluq zirvəsidir.

Mən bir andır, məh­dud bədəndə ilahi başlanğıcın ara-­ra özünü büruzə verdiyi an. Bu anın ver­diyi gözəl şeirlər, ecazkar tablolar, dərin hikmətli əsərlər şək­lində or­taya çıxır. Bu anın hökmüdür ki, 20, 30 yaşında bir gənc min illərin hikmətindən xəbər verə bilir. Bu anın in­san ­yatındakı əhəmiyyətini hiss edən Ülvi yazır:

İnsan ömrü

      dəqiqələr, saniyələr

Bu anların biri boşsa,

İnsan ömrü

      bu boşluqdan,

             soyuq çəkər.

Bu anın sehridir ki, ona bənd olan gənc bir daha on­­dan aralanmaq istəmir, onun arzusu ilə yaşayır. Bu anın qüdrətidir ki, gəncdə bəşəriyyət qarşısında bir ca­vab­­dehlik yaradırgənc özündə bəşəriyyəti xilas edə b­i­­cək bir güc, yenilik gətirə bi­ləcək bir əzm hiss edir.

İki hiss qarışır bir-birinə: güclü enerji sonsuzluqla əla­ im­kanı. Ziddiyyətin dialektikasının tələbi, hökmü ilə gənc ax­ta­­şa çıxırbu ikisini birləşdirən, hər ikisini tam əhatə edə bi­lən bir şeyin axtarışına. Bu, naməlum, so­nu görünməyən bir ax­tarışdır ilk addımını atan gənc əvvəlcə qarşıda duran bu yo­lun uzun­lu­ğundan qorxur. Ülvi yazır:

Yollara baxıram gözüm qaralır,

Görəsən hayana gedir bu yollar?

Vallah, qınamayın, sona çatınca

Ayağı demirəm, ürək yorular.

Hayanadı bu yollar?  

Lakin axtarış toxumu gəncin qəlbinə düşəndən ­cər­­­ başlayır onun rahatlığını əlindən alır. Bu sə­bəb­dəndir ki, Şi­ha­bəddin Sührəvərdi 37 yaşına kimi yaz­dı­ğı 52 əsərində döv­­­nün az qala bütün fəlsəfi cə­rə­yan­la­rı­na toxunur, hər biri haq­qında öz fik­rini bildirməyə ça­lı­şıb. Şellinq 37 yaşına kimi yara­dıcılığında artıq üç mər­hə­lə keçir. Bu axtarışlar idi ki, Bay­ronu, Lermontovu rahat yat­ma­­ğa qoymurdu, Müşfiqi bu söz­ləri deməyə məcbur edirdi:

Fikrim qasırğalı dəryalar kimi

İstənilən qədər dalğalanmamış,

Könlüm uzaq gedən xülyalar kimi

İncə buludlarla çulğalanmamış.

Bu elə bir axtarış odudur ki, gəncin bütün anlarını dol­du­rur. Ülvi öləziyən közün sakit həyatını istəmir:

Bilirəm: qığılcım, alov tək deyil,

Alovun peşəsi şəfəq saçmaqdır.

Düz yolda çarpışmaq igidlik deyil,

İgidlik balaca cığır açmaqdır.

Uşaq bir süngər kimi gör­dük­­­rini, eşit­diklərini içinə çəkir, gələcəkdə qurulacaq bi­na­nın özülünü ha­zırlayır. Artıq kamillik çağına çatmış bir in­san müşahidəçi, hət­ta istiqamətverici ola bilər. Gənc isə ilk növbədə güzgü ki­mi üzərinə düşən işığı əks etdirir, mum kimi öz döv­­­­nün «formasını» alır. Yalnız sonradan, buna ­fək­kürü çatarsa, həmin hadisəni təh­lil edir, mənfi müsbət ­rəflərini dəyərləndirir. ­sa­­fi deyil ki, cəmiyyətin hansı is­ti­qamətdə inkişaf etdiyini gənclərin əxlaqından, təfəkkür tər­zindən bilmək müm­kündür.

Təbii ki, ilahi missiya daşıyıcısı olan gənclər ­miy­yət­ gedən proseslərə reaksiya verirlər. Lakin burada fərqli bir reaksiya müzakirə mövzusudur. Gənc ruhuna, da­şıdığı əma­nətinə yad olan bu təzyiqlər altında nəinki «for­­masını ­yişmir», buqələmun kimi rəngdən rəngə düş­­mür, əksinə on­lar­la mübarizəyə qalxır. Şellinqin dediyi kimi, «O, yolayrıcındadır. O, seçirsə seçsin, qərar onun əmə­lidir. Am­­ma qərar qəbul etməyə bilməz, çünki Allah ­ruri olaraq açıl­malıdır, çünki məxluqda ümu­miy­yət­ heç ikili qal­ma­ma­lıdır». gənc aşkar, yaxud gizlişeirlərilə, əsərləri ilə ­barizəyə qalxır. Lakin danmaq olmaz ki, bu da bir növ inikasdır. ­­ni bir var yüksək inkişaflı bir cəmiyyətin, bir var zid­­­diyyət, nöq­san dolu bir «toplum»un nümayəndəsinin re­­ak­siyası. Bu ba­xımdan, Ülvinin dedikləri obyektiv bir həqiqətdir:

Atam, anam zəmanədi,

Mən zəmanə uşağıyam.

Lakin bir həqiqət var ki, gənclərin daşıdıqları mis­­siya vahid bir aləmə aid olduğununa görə, onların re­ak­­si­ya­la­rın­da, mübarizə üsullarında oxşar cəhətlər çox­dur. Əlbəttə, ­miy­yət qədər az inkişaf olursa, təzyiqi bir o qədər artıq olur. Bu baxımdan, naqis cəmiyyətdə gənc üçün fəaliyyət gös­tərmək, yaratmaq, ümumiyyətlə, var olmaq həddindən ar­tıq çətindir, ağırdır.

Bunlar XVIII əsrin çaxnaşma, «zəhər» dolu ingilis ­miy­yəti haqqında Bayronun dedikləridir:

Ey həyatımız! Sən kainat xorunda

Yalançı səssən! Sən nəsildən nəsilə

Atalarımızın bizə vəsiyyət etdiyi bəlasan,

Nəhəng ançarsan, meyvəsi zəhər!

Bu, XIX əsrin inqilab ruhlu Rusiyası Puşkinin dilində:

Yanırıq azadlıq anları üçün,

Ürəyimiz qeyrət üçün döyünür.

Dostum, qəlbimizin hər döyüntüsü,

Xalqa həsr olunub deyə öyünür. 

Bu, XX əsrin əvvəllərində milli təfəkkürün, milli ru­hun qalx­­dığı savaşın şahidi olan Azərbaycan cəmiyyəti Müşfiq qələmi ilə:

Bir parça atəşim, bir parça yanğın,

Qəlbim örnəyidir yanar bir dağın.

Qarşımda duramaz sel, daşqın,

Təbiətlə mənim zərafətim var.

 Bu da torpaqları işğal olunun, üzbəüz dayandığı xa­in düş­­mən­ deyil, onun arxasında daya­nan hansı isə ­zəgö­rün­­yən qara bir qüvvə ilə mübarizə aparmalı olan XX əsrin son­larının Azər­bay­canı Ülvinin mis­ra­larında:

Qarabağdı mənim dinim-imanım

O torpağın

nişanəsi, iziyəm.

Məni belə

         aciz görmə qəbirdə,

Qəbirdə

          Qarabağın özüyəm.

Gerçəkliklə, yaşadığı cəmiyyətlə uyuşmayan ruh özü bi­lir ki, bu qeyri-bərabər bir ­ba­ri­­dir. O, na­ra­hat­­­­dır, qor­xur, lakin içindəki ilahi hiss daha güclüdür. Bu, əliyalın düş­­nin üzərinə ye­ri­yən qəhrəmanın qor­xu­su­­­dur. Bu, insanlığa yönəli, acizlikdən doğan bir nif­rət deyil. Bu, inkişafa, ucalığa qarşı duran quruluşa nif­rət­dir. Bu, ge­riliyə, müqəddəsliyə təhlükə yaradan hər şe­ üsyandır. Bu, için­dəki bütün nuru, işığı heç cürə ­töv­lükdə insanlara çat­­ra bilməyən özünə qarşı üsyan­dır. Bu üsyan gəncdə möhkəm bir iradə, mübarizə əzmi, cis­mani ölümün dik gözlərinə bax­maq cəsarəti yaradır, çə­kic dəmiri döyəcləyib qılınca çevirdiyi ki­mi, qorxu da bu gənci cilalayıb bir cəngavərə çevirir.

Bu qo­ca dünyada özünün tək deyil, mil­yon­lar­dan biri olduğunu, bu həqiqətlərin sən­dən əvvəl, hətta da­ha gözəl şəkildə de­yil­di­yi­ni qəbul etmək o qədər asan de­yil və bir çox gənc ömrünün «odlu-alovlu», böyük ideyalarla aşıb-da­şan mər­­hə­lə­sini «başa vuranda» ağır depressiya yaşayır.. Özünü, öz ma­hiy­­ti­ni, bu həyata gəlişinin səbəbini an­lamağa çalışan bunun üçün «varlıq badəsini göz­yaş­ları ilə is­ladaraq gözüyumulu içib» yal­nız ölüm ayağında gözlərini açan Lermontov böyük bir çaş­qınlıqla deyir:

Görürük ki, o qızıl badə

Boşuymuş elə əzəldən.

Onun içindəki meyarzularıymış,

Sən demə, heç o da bizim deyilmiş.

Bu ­bəb­dən­dir ki, Ülvinin dalğaları «at kimi minib çapan», dal­ğa­la­rın bağrını yaran qəhrəmanı fırtınanın asanlıqla onun suda açdığı izləri sildiyini görəndə qol-qanadı sınır və «açdiği izlər kimi, kədərli gözlər kimi, firtinada boğulur».

Bəli, qəribədir ki, illərnən gəlməli olan bu ruh düş­kün­­­­­, «depressiyanı» bu gənclər enerjili, coş­qu­lu vaxt­­la­rın­da ya­şa­yır­lar. Lakin onların digər gənclərdən üs­tün­lüyü on­dadır ki, söy­­ biləcəkləri bir arxalarıAl­lah ­yat­la­rını mənasızlaş­ma­ya qoy­mayan bir mis­si­ya­ları var. Yaradıcılığı gəncin həm qorxu yeri, həm xi­la­­dır, həm əbədiyyətə, həm ölümə aparan yoludur. Ya­ra­dıcılığı gəncin özüdürqaçıb qur­tarmaq, onu qəbul et­mək istəməyən insanlar arasında təsdiqləmək istədiyi mən-i. Puşkin təsadüfən öz yaradıcılığı ilə özünə bir abidə ucaltdığını demir:

Yox, mən ölməyəcəyəm, cismim torpaq olsa da,

Rübabımın səsində ürəyim döyünəcək.

Bircə şair qalsa da qədim, ulu dünyada,

Əbədi şöhrətimlə mənəm yaşayan demək. 

Məşh ruhunun yaradıcılıq eşqidir ki, Ülvini öz cığırını ulu sələflərinin yollarına qatmağa ­vəsləndirir:

Mübarizə aparır,

Milyon-milyon «şairlər»

Bu yola çatmaq üçün.

Öz açdığı cığırı

Bu yola qatmaq üçün.

Beləliklə, bu gənclərin özləri və sözləri bir fəlsəfə çatdırır: ülvi gəncliyin fəl­­fəsipak, təmiz ruhun mübarizəsi, ilahi aləmlə qo­­vuş­ma­, digər həmyaşıdlarında nöqsan sayıla biləcək bir key­­­fiyyəti ən ülvi mərtəbəyə qal­dı­rıb, onun kamil forma­­ ­ma­yiş etdirmək bacarığı, ən qısa ömürdə hikmətli söz demək qüd­rəti.

 

Könül Bünyadzadə

fəlsəfə elmləri doktoru

Baxılıb: 2812    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2017, № 2  (41) Dünya getdikcə daha çox fəlsəfəsizləşir və sanki göylər yerə enir. Amma fəlsəfi düşüncələr və polemikalar səngimək bilmir və “Fəlsəfə” jurnalı da hələ çıxmaqda davam edir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.