az  |   tr
Fəlsəfə dünyası

“Fəlsəfə günü”-nə həsr olunmuş elmi-fəlsəfi seminar   –  [25.11.2011]

“Fəlsəfə günü”-nə həsr olunmuş elmi-fəlsəfi seminar

 

 

Noyabr ayının 17-də Fəlsəfə Dünyasında “Fəlsəfə günü”-nə həsr olunmuş elmi-fəlsəfi seminar oldu. Seminarda professor və müəllimlər, aspirant və tələbələr iştirak edirdilər.

Seminarı giriş sözü ilə açan Prof. Dr. S.Xəlilov bildirdi ki, Bu gün Avropanın ən böyük potensialı olan intellektual, mənəvi potensialı tükənməkdədir. Burada sürətlə ruhsuzlaşma gedir. O, uçurum qarşısında durur. Avropanı Avropa edən məhz onun yüksək mədəniyyəti, rasionalizmi idi. Həmin o rasionalizm ki, təməlini R.Dekart qoymuşdu. Dindən ayrılan Avropa nəyə nail olmuşdusa, Şərqin lazımınca istifadə edə bilmədiyi rasionalizmin gücü hesabına nail olmuşdu. Rasionalizmin təməli üzərində Avropa öz vətəndaşları üçün rahat güzəran, rifah təmin etdi. Lakin tədricən avropalılarda zəhmətsiz, əməksiz maddi rifaha meyllər, mənəviyyatsızlaşma geniş vüsət alır. Yunanlar deyilənlərə ən bariz nümunədir. Onlar hazıra nazir olmaq, Avropa xalqları kimi yaşamaq istəyirlər. Halbuki onlar Avropada ən geri qalmış xalqdır, çünki işləmək istəmirlər. Düzdür, onlar özlərini antik fikrin, antik sivilizasiyasının varisləri hesab edirlər. Amma onların tarixi kəsilib. Mənim tarixin kəsilməzliyi prinsipimə görə, onlar antik fəlsəfənin varisləri deyillər. Misirlilər də piramidanı tikib bununla fəxr edir və turistlərin hesabına yaşamaq istəyirlər. Azadlıq ideyasını irəli sürən edən Avropa fəlsəfəsində və ictimai şüurunda azadlıq mənəviyyatdan azad olma, instinktlərə yol vermək kimi başa düşülürdü. Freyd fəlsəfəsinin Avropada meydana gəlməsi də heç təsadüfi deyil. Bir sözlə, Qərb maddini yüksəltməyi, ruhu azaltmağı tərənnüm edirdi. Demoqrafik durum da Qərbdə çox ağırdır. Qadınlar öz qadınlığından, analıq missiyasından imtina ediblər. Düzdür, Qərb ideoloqları bunu ört-basdır edirlər. Burada yüksək idealları tərənnüm edən mənəviyyatlı incəsənət nümunələri də qalmayıb. Bunu, onların kinofilmlərindən, uşaqlar üçün multiplikasiya filmlərindən izləmək olar.

İndi Qərb öz gücünü yönəldib o biri ölkələrə. Marksın dövründə istismar ölkə daxilində gedirdisə, başqa səviyyədə. Əvvəllər bu, müharibə yolu ilə həyata keçirilirdisə, bu gün - danışıqlar yolu ilə realizə olunur. Vampirlik ideyasını araşdırarkən mən bir məqalədə yazdım ki, bu, Freydin təhtəl şüuru ilə bağlıdır. Qeyri-şüuri olaraq vampirlik incəsənət səviyyəsində, dövlət səviyyəsində də baş verir. Fərdi səviyyədə vampirlik yoxdur. Geridə qalmış ölkələrdən həm sərvətlər axıb gedir, həm də sənayenin ağır, çirkli sahələri burada yerləşdirilir, ən ağır işlər də işçi qüvvəsi ucuz olduğundan burada görülür. Hətta bəzi mütəfəkkirlərin, məsələn, Sultan Qaliyevin fikrinə görə, millətlər iki növə bölünür: burjua və proletar millətlər. Onların fikirlərinə görə, mübarizə də bu cür getməlidir. Üçüncü dünya ölkələri vampir siyasətində donor rolunu oynayırlar. Təbii ki, yaranmış vəziyyəti qərblilər qorumağa çalışırlar.

Qərbin müstəmləkələri tədricən güclənir və söz sahibinə çevrilirdilər. Məsələn, əvvəllər müstəmləkə olan, bu gün isə sürətlə inkişaf edən Hindistanın təcrübəsi bunu göstərir. Hansı yolla o, buna nail ola bilməmişdir? O dövrdə mənimsədiyi qərb sivilizasiyasının üstünlüklərinin hesabına.

Bizim də üstünlüklərimiz var. Qərbdə olmayan nə var bizdə? Şərq insanları ruhunu saxlayır, haqqını-ədalətini saxlayır. Onlar həm də ürəklə işləyirlər. Biz ürəklə başın sintezini yaratmalıyıq. Amma Qərb bizim ən böyük sərvətimiz olan ürəyimizi əlimizdən alırlar. Budur həmin o vampirlik siyasəti. Və biz bu üstünlüyümüzlə keçməliyik qabağa, onları ötməliyik. Əks təqdirdə biz ancaq Qərbin dalınca gedəcəyik. Deməli, biz maarifçilikdən başlamalıyıq. Maariflənmə bəşəriyyətin əldə etdiyi biliklərə yiyələnməkdir. Gərək əvvəl böyük, güclü olasan, bunun isə yolu maarifçilikdən keçir, kitaba, müəllimə, biliyə məhəbbətdən keçir. Qərbi qabaqlamaq üçün biz texnologiyaların mexanizmini, istehsal üsullarını öyrənib ürəyimizlə çalışmalı, işləməliyik. Qərbdən texnologiyanı alıb özümüz istehsal etməliyik, özü də Qərbdəkindən daha keyfiyyətlisini. Bu, tək-tək nümunələr səviyyəsində yox, kütləvi şəkildə, cəmiyyət səviyyəsində həyata keçməlidir. Niyə Qərb Şərq alimlərini dəvət edir? Çünki Şərq xalqları hələ sağlamdır. Yeri gəlmişkən, məni də Pitsburqa elm fəlsəfəsindən mühazirələr oxumağa dəvət ediblər. Mənəviyyatı sürətlə pozulmaqda olan Avropaya uçuruma düşməməkdə maddini ruha tabe etdirən, ruhun yüksəkliyini tərənnüm edib Şərq yardımçılıq edir. Amma bununla belə Şərq yenə də Qərbi bir ideal kimi götürür. Onların 300 ilə əldə etdiklərini biz 10 ilə əldə etmək istəyirik.

Müğənni kultu, komediya kultu bizdə bir xəstəlikdir. Bayağı yumor insanı düşündürmür. Bizə insanları düşündürən incəsənət nümunələri, yüksək idealları təlqin edən əsərlər lazımdır. Komediya eybəcərlik aşılayır, faciə gözəllik aşılayır. Komediyada ən bəsit, heyvani cəhətlər ortaya çıxır. Komediya ilə milləti inkişaf etdirmək olmaz. Komediya ilə milləti sürükləyə bilərik. Təəssüf ki, bir çox ali məktəblərdə etika və estetika fənlərini tədris etmirlər. Gözəllik nədir, eybəcərlik nədir, bilmirik. İnsanlar şounun dalınca qaçmamalı, bir elmin, diskursun dalınca qaçmalıdır. Adamların 99 faizi amma özünü tanımadan yaşayır. Biz öz iç qatımızı açmalıyıq. İnsan vərəq-vərəq açılır. Bunun üçün oxumalısan. Başqalarını da oxumalısan.

         Daha sonra Fəlsəfi Diskursun qalibləri təyin edildi və cavablar müzakirə edildi.

– Aysel Əliyeva

Безусловно, да! Я считаю, что те люди, которые говорят, что они не прислушиваются к своему внутреннему голосу, либо просто хотят скрыть это, либо просто не совсем точно понимают что это. Но этого же не надо стыдиться, это же мы, люди, и все мы одинаковые в том, что мы всегда рассуждаем, сопоставляем данные, поступающую информацию, и этот весь процесс происходит у нас внутри. Ну согласитесь, если у вас был очень насыщенный событиями день, вы что-то успевали, а что-то нет, Вы приходите домой вечером и начинаете независимо от Вас обдумывать, что у Вас произошло, какие Вы промахи допустили, или их авось и не было, что Вы упустили, а что нет... Вы как бы анализируете все, что с вами было... Выводите ошибки, плюсы, и если есть какие-то противоречия, а они всегда должны быть, ведь без них не может быть и развития, ваш внутренний голос действует, либо он оправдывает вас, либо наоборот ругает, что мол не так ты сделал. Я считаю, что внутренний голос играет достаточно большую роль в развитии личности , в её становлении. Человек, рассуждая анализируя самого себя, свой характер, всегда узнает совершенно новое о себе... Лично я считаю, что несомненной почвой для развития и превалирования внутреннего голоса у человека, является недостаточно хорошая социальная обстановка, среда в которой он находиться. Каждый день человек сталкиваться со множеством не правды, лжи, не справедливости, обмана, разочарованием, разрушением его иллюзий...Складывается такая ситуация что общество в котором ты находишься возможно не так понимает тебя и человек уходит в себя он рассуждает о себе, в первую очередь, он думает что проблема в нем, на самом деле, я считаю, что это и так, но частично... Все люди разные, и если у тебя определённый подход к общению, то многие этого не принимают...но все же те люди которые Вас окружают должны относиться с пониманием, чтоб понять другого необходимо стать на его место...Человек должен всегда подстраиваться под то общество в котом он живет, иначе он просто задохнется в нем... Изменяться должны все, не только тот кого не поняли, а их несчитанное число, а все люди... Разбирая любой вопрос или обдумывая что-то, человек всегда пытается найти что-то схожее в себе, сравнить это со своим внутренним миром, соответствует ли тот или иной вопрос его внутреннему состоянию, его стереотипам, установкам , мотивам, он смотрит на мир через свою призму взглядов. Возможно ли измениться, говоря со внутренним голосом? Ну согласитесь, что мы каждый день это и делаем...И если человек с окружающей его аудиторией может и "слукавить", то со внутренним голосом, то бишь с самим собой, он предельно честен. Мы пытаемся найти выход, сопоставляем все, думаем, что в нас не так, что надо изменить, чтобы все встало на круги своя и все это наш внутренний голос...И не надо скрывать, и не надо считать, по-моему, что человек говоря со внутренним голосом замыкается. Совершенно нет. Это естественный процесс, который происходит в психике человека... Смело прислушивайтесь к своему внутреннему голосу и у Вас все несомненно получиться!!

 

– Günay Zeynalova

Ağıllı insan ömrü boyu özünü öyrənməyə, özü haqqında yeni bir şeylər kəşf etməyə çalışır, yəni ağlı başında olan ve ən azından buna cəhd etməyən bir insanı təsəvvür etmək fikrimcə çox çətindir. Biz öz daxili aləmimiz haqda bilgiləri ya ətrafdakı insanlara münasibətdə və ya ətrafımızda baş verənlərə qarşı reaksiyalarımızda da əldə edə bilərik lakin necə deyərlər dünya bir səhnədir və burada çox zaman insanlar isteyerek ve ya istemeyerek "artistlik"edirler(eslinde mecburi hec ne yoxdu yəni insanlara hec kim ve hec ne artistlik etmeyi mecbur etmir ama neyse...) riyakarliq,özü ikən özgəsi olmaq istəyi - mencə bu xüsusiyyetlər insan tebiətinin ayrilmaz keyfiyyetleridir az ve ya cox derecede hamida bunu muşahide ede bilerik.lakin insan ozü ilə olanda -təkliyə çəkiləndə ,özü ilə danışanda eger ozünü olduğu kimi görməkdən qorxmursa mehz bu zaman o çox vaxt özünün belə fərqinə varmadiğı keyfiyyətləri görə bilər.bəzən insan hec kimə etiraf etmədiklərini özü ilə ,öz vicdanı ilə,öz ruhu ilə,öz Allahı ilə baş-başa qaldıqda dərk edə bilir.mehz bu baxımdan insanın özü onu-insanı ən doğru göstərən "ayna"dır.lakin bezen düzü əyri,əyrini düz göstərən aynalar da olur ancaq bu artıq insanın vicdanına baglı olan bir şeydi.eger insanda vicdan yoxdusa,o özü ilə deyil lap Allahla belə danışsa da xeyri olmayacaq ve o hec ne oyrənməyəcək cunki bu tip insanlar neinki cahil olur ve hetta özlerini en kamil hesab edirler .

 

– Şölət Zeynalov

Zaman və ya dövr əslində heç vaxt mürəkkəb və ya müxtəlif olmur. Mürəkkəbliyi və ziddiyyəti yaradan insan özüdür. Belə ki, o daima nə isə yaratmağa, yeni situasiyalar qurmağa can atdığından özü və ətrafı üçün hansısa cərçivələr yaratmış olur. Sonra özü də həmin çərçivədən ya qurtulmağa yaxud o çərçivənin sərhədlərini keçib başqa yeni, müxtəlif və maraqlı aləmlər axtarmağa başlayır. O mütəmadi, həyatı boyu gah uğur qazanır gah da məyusluğa düşür. Hadisələrin əhatəsindən yaxa qurtaranda isə o özünün daxilinə nəzər salmağa macal tapır. Bu həm məna həm də əbədi bir insan və şüur problemidir. Lakin bu əbədi görünən yol heç də hamı üçün həm praktik yaşantıda, eyni zamanda mənəvi –intellekt ölçülərdə bir olmadığından bu məsələ hər bir fərdin bəlkə də dəyərləndirə bilmədiyi mahiyyətdir. Bu mahiyyətin heç zaman parıltısı bərq vurmadığından onu duymaq və ya ona qovuşmaq hamıya qismət olmur. Lakin bütün bu təzadlara baxmayaraq insan KİMliyindən asılı olmayaraq şüur və düşüncəyə malik olduğu üçün o, heç olmasa ömründə bir dəfə də olsa özü –özü ilə danışmağa məhkumdur. Ancaq bu danışma və ya söhbət hər bir insan üçün fərdi olduğundan onun sual verəni və cavablandıranı da elə özüdür. Burada iki MƏN ilk dəfə olaraq üz –üzə , göz –gözə, qarşı- qarşıya gəlir və hesab, əsl sorğu anı başlanır. Bu zaman birinci MƏNlə ikinci MƏNin dialoqunun nəticəsi heyrətləndirici dərəcədə dramatik, romantik, qeyri- səlist və ya hormonik ola bilərək ya insanı mükafatlandıra yaxud cəzalandıra bilər. Əlbəttə, bunlar hamısı fərdin həyat tərzindən yaşam formasından intellekt və mənəviyyatının səviyyəsindən, vicdani ,insani hisslərinin səmimiliyindən asılı olaraq təzahur edən bir proses olduğu üçün nəticə də şüur və özünüdərkin nəticəsindən –MƏNin praktik mənəvi vəziyyətindən və keçdiyi yolundan asılıdır. Cavablandırmada milyonlar iştirak etsələr də mükafatlandırılanlar imtahandan üzü ağ çıxanlar va hesabatın vacibliyini anlayaraq dərkə doğru can atanlar olurlar. ”Göstər pisi deyim yaxşı nədir”.
İnsanın özü ilə danışması iki anlamda başa düşülə bilir. Birinci anlam pisixi çatışmazlıq və ya həyat probleminin çözümü baxımından qiymətləndirilə bilən hal olsa da ikinci anlam bizim sualın tam özəyini təşkil edən insanın öz “MƏN” ilə söhbətini və ya bilavasitə kontakta can atmasını nəzərdə tutur. Hər halda sualın həqiqi mənasını mən belə başa düşürəm. Qeyd etdiyimiz kimi insan özü ilə söhbət edə bilər lakin baxır o bu dialoqu “kiminlə”, hansı məsələ barədə hansı səbəbdən edir və ya onu etməyə çalışır. Bu prinsipdən yanaşıldıqda fikrimcə sualı cavablandırmaq çox cətin və mürəkkəb işdir. Bəlkə də belə sualların cavablandırılması müasir, daha cox texnogenləşmiş, hissi həyatdan uzaq düşmüş ,özünü həyatın yalnız rasionallğına fəda etmiş, öz maddi ətrafının, yaratdıqlarının əsirinə çevirilən müasir insan üçün çətindir. Lakin istənilən halda sözün ikinci mənasında nəzərdə tutulan “söhbət” insan MƏNini ələkdən keçirdiyi, onu nura istiqamətləndirməyə cəhd etdiyi üçün alqışlara və mükafata layiqdir. Lakin bu dialoq və onun uğurlu gedişi insan MƏNinin həqiqi səviyyəsindən, intellektindən, həyat tərzinin yönündən, mənəvi aləminin səviyyəsindən və bir çox başqa məsələlərdən asılı olan işdir. Burada A. Bakıxanovun “ toyuq məsələsi” istər istəməz adamın xatirinə gəlir. Yəni hamını aldatmaq olar həqiqət isə sadəcə aldanışdan məhrumdur. Əks halda o heç həqiqət olmazdı. Sizcə dahi və cinayətkar vicdan və ya ALLAH yaxud MƏN qarşısında hayatını, etdiklərini, ətrafa yaşatdıqlarını eyni dərəcədə səxsi MƏNi ilə mühakimə, müzakirə edə bilərmi? Başqa formada ifadə edəriksə, həyatı boyu rəzalət içində çabalayan birisi ilə müdrik birisinin öz “MƏN”i ilə söhbətləri nə dərəcədə “MƏN”lə dialoqda eyniləşdirilə bilər?! Onlar MƏN və cəmiyyət qarşısında eyni statusda qəbul edilə bilərmi? Əlbəttə MƏNlə dialoq fərdin intellektə və ya mövcudluğun mahiyyətinə nəzər salma cəhdidir. Mütamadi axtarış haçansa mütləq, ola bilər ki, qismən və ya tam olaraq mükafatlandırılacaqdır. Lakin bu haçansa bəzən insan ömrünün zamanına sığa bilmir. Belə ki, o ömrü boyu calışır, vuruşur və zirvə deyilən yerə, böyük məqsədə çatır və beləcə o əslində elə zirvədə olduğunu dərk etmədən yaxud bilərək və ya bilməyərəkdən daha yeni nəyinsə axtarışında olur, məna və mənasızlıq dilemması özünü belə situasiyada daha aktual olaraq onun düşüncəsində hakim kəsilir. Bu andan isə həqiqi dialoqun baş tutmasına ehtiyac insan mənini axtardığı MƏNlə üz-üzə qoya bilir və sözün həqiqi mənasında dərk etmə söhbəti başlanır. Bəlkədə Sokrat “özünü dərk et” deyərkən elə bu məqamı nəzərdə tuturdu. Fikrimcə insan özü ilə dialoqun mahiyyətini dərk etməyə başladığı anı, əslində, gecikmiş bir hal kimi qəbul etdiyindən o sanki özünü və əsl mahiyyətini dərk etmədən dünyadan köç etdiyindən onun həqiqi qiymətini başqaları, sonra gələn “dərk edən”lər verir. (Müəyyən istisnalar olmaqla). Lakin bir cox hallarda praktik həyatda öyrəndiklərin, dərk etdiklərin isə səninlə birgə köç edir.Təəssüf ki, bu gün müasir insan texnoloji nailiyyətlərin praktik əhəmiyyətini insanın mənasından, onun hissi aləminin mahiyyətindən,mənəvi dünyasının çırpıntılarından o qədər üstün tutur ki, sözün həqiqi mənasında onun özü ilə söhbəti, dialoqu anlaşılmazlıq, yaxud qeyri-real görünür . Bu da praktiki həyatda insanlar,cəmiyyətlər və hətta sivilizasiyalar arasında anlaşılmazlığa, başa düşülməməyə, qəbul edilməməyə, kütləvi yanılmalara,birinin digərini inkarına səbəb olur. Bu baxımdan sözün mənfi anlamında özü-özü ilə danışanların sayının çoxalması bəşər insanının və bəlkə də deyərdim ki,bəşəriyyətin qlobal problemlərindən birinə çevirilməkdədir. Burada istər- istəməz Z. Freydin dahiliyi bir daha özünü sübut etmiş olur. Şür və şüursuzluq bir-biri ilə mübarizə apardıqca insan hansına daha çox meyillənərsə o elə özünü orada tapar, özünü ifadə edər. Mənim fikrimə görə elə insanın dəyişməsi onun öz şüurunda oturmuş, ona hakim kəsilən MƏN ilə uzlaşaraq təzahür edir.

         Seminarın sonunda mükafatlar təqdim olundu. Fəlsəfi Diskursun qaliblərinə diplom və mükafatlar təqdim edildi və xatirə şəkilləri çəkildi.

Baxılıb: 6000    Çap et    Dostuna göndər

Aşağıdakı şəkillərə həm də foto qalereyada Fəlsəfə Günü qovluğunda baxa bilərsiniz








 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.