az  |   tr
Fəlsəfə dünyası

“Ictimai halqalar" mövzusunda elmi-fəlsəfi seminar   –  [22.01.2012]

“Ictimai halqalar" mövzusunda elmi-fəlsəfi seminar

Yanvar ayının 14-də Fəlsəfə Dünyasında “Ictimai halqalar" mövzusunda elmi-fəlsəfi seminar oldu. Seminarda professor və müəllimlər, aspirant və tələbələr iştirak edirdilər.

Seminarın mövzusunu açıqlayan Səlahəddin Xəlilov  bildirdi ki, cəmiyyətin möhkəmlik şərtləri var. Bunlardan biri ictimai inkişafda hansı halqaların olması və onların bir-birinə necə bağlanması məsələsidir ki, burada da vacib amillərdən biri ilk növbədə etibardır. Yəni hərə öz öhdəsinə düşən işin öhdəsindən vicdanla gəlməli və əmin olmalıdır ki, digər insanlar da öz vəzifələrini vicdanla yerinə yetirəcəklər. Halqaların hamısı sağlam olmalıdır ki, bütövlükdə  cəmiyyət sağlam olsun.  Əgər etibar yoxdursa, bu cəmiyyət sağlam ola bilməz.  Başqa sözlə desək, cəmiyyətin sağlamlığının əsas şərtlərindən biri əmək bölgüsüdür. Avropanı Avropa edən məhz əmək bölgüsü və etibar oldu. Burada insanlar daxildəki əmək bölgüsü sistemində bir-birini tamamlayır və bir-birinə bel bağlaya bilirlər. Qlobal müstəvidə də sıx əlaqələr mövcuddur, amma ölkələrarası “zəncir” ölkədaxili “zəncir” kimi deyil. Avropa ölkələri bir-biri ilə də sıx bağlıdırlar. Burada bir ölkədə gedən inflyasiya digərlərinə də təsir göstərir. Amma bir ölkədə baş verən hadisənin nəticələrinin digər ölkəyə təsir göstərməsi mütləq deyil. Cəmiyyətdaxili müstəvidə onun sferaları arasında asılılıq özünü daha qabarıq göstərir.  Əgər daxildə bel bağlamalı insanlar yoxdursa, sağlam həlqələr yoxdursa, əgər  savadsızlar, saxtakarlar düşünülməmiş islahatlar aparırlarsa, əgər daxildə mühit yoxdursa,  onda bu, cəmiyyətin cırlaşmasına gətirib çıxarır. Belə halda ictimai inkişaf reqress istiqamətində gedəcəkdir. Bu gün elm və texnologiyanın əxlaqi aspektləri çox aktuallaşmışdır. Elm mənəvi cəhətdən saf adamların əllərində olmalıdır. Elm özlüyündə nə pozitiv, nə də neqativ hadisədir. Bəzən deyirlər ki, zaman hər şeyi həll edir. Bu, düzdür. Amma prosesin istiqamətliliyi önəmlidir. Əsas odur ki, zamanın gedişatında az da olsa bir proqress olsun. Əgər zaman tərsinə işləsə, o, heç nəyi həll edə bilməz. Biz istəyirik ki, istiqamət düzgün seçilsin, zaman müsbət əmsalla keçsin və cəmiyyət hər dəfə bir az  irəli getsin.

   Cəmiyyətin uğurla inkişafı üçün bütün halqalar birinci növbədə özünə əsaslanmalıdır. Yəni bizim öz ideyalarımız olmalıdır. Öz ideyalarımızın olması üşün dahiləri biz yetişdirməliyik, müvafiq mühit yaratmalıyıq. Lakin bu istiqamətdə bütün islahaltarı ölçüb-biçib, fəlsəfi təməl üzərində aparmalıyıq. Əgər hər hansı islahata sosial sifariş yoxdursa, onda bu cür islahattın həyata keçirilməsi ancaq ziyan verər.

Bu günün ictimai nailiyyətləri gələcək uğurlar üçün postament rolunu oynayır. Sonra bu uğurların üzərində bir mərtəbə də qurulur və bu yolla ictimai inkişaf həyata keçir. İctimai inkişafın mərhələləri halqalara bənzəyir. Sosial prosesdə bəzən “qırıq halqalara” da rast gəlinir və bu zaman insanların ictimai inkişaf üçün etdikləri hədərə çıxa bilər. Cəmiyyətdə hər hansı bir sahə (təhsil, səhiyyə və s.) sıradan çıxsa, onda cəmiyyət daxili dinamikasını və  tamlığını  itirəcəkdir.

Baxılıb: 5071    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.