az  |   tr
Fəlsəfə dünyası

Səlahəddin Xəlilovu dünyaya tanıdan dərgi   –  [15.02.2012]

Səlahəddin Xəlilovu dünyaya tanıdan dərgi



       Bu günlərdə qardaş Türkiyədən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Səlahəddin Xəlilovun ünvanına bir dərgi göndərilmişdir.

“Özne” (“Subyekt”) adlı bu dərgi ildə iki dəfə nəşr olunur. Dərginin Türkiyənin, Azərbaycanın və Hollandiyanın nüfuzlu universitetlərini və elmi araşdırma mərkəzlərini təmsil edən iyirmi nəfərdən ibarət redaksiya heyəti vardır. Bu heyətin bütün üzvləri ən azı elmlər doktorlarıdır, müxtəlif akademiyaların üzvləridir. “Özne” dərgisi özünün “Özəl sayı”nda dünyanın ən böyük filosof alimlərinin həyat və yaradıcılığını təhlil edən, beynəlxalq elmi ictimaiyyətin həmin elm adamına verdiyi qiyməti əks etdirən məqalələr dərc edir. Türkiyənin məşhur elm adamları dərginin hər nömrəsinin ərsəyə gəlməsində iştirak edirlər. Bir sözlə, “Özne” dərgisi öz etibarlılığı, elmi sanbalı və elmə, elm xadiminə obyektiv münasibəti ilə artıq beynəlxalq aləmdə qəbul edilən bir topludur.

Belə bir mötəbər toplu 2012-ci ilin fevral nömrəsini bütünlüklə Səlahəddin Xəlilovun həyat və yaradıcılığına həsr etmişdir. Dərginin bu xüsusi nömrəsində müasir Azərbaycan fəlsəfi düşüncəsinin tanınmış nümayəndəsi S.Xəlilovun həyat və yaradıcılığından bəhs edən və hər birinin müəllifi nüfuzlu insanlar olan 16 məqalə verilmişdir. Bu imzalar içərisində professor Cavad Heyətin, Abdullah Kılıcın, Orhan Araşın, amerikalı filosof, dərginin özünün qeyd etdiyi kimi, “çağdaş dönəmin ən ünlü fenomenoloqlarından biri, Dünya Fenomenoloji İnstitutunun rəhbəri, 100 cildlik “Analecta Huserliana” (“Springer”) kitab seriyasının baş redaktoru, professor Anna-Teresa Tymienieskanın, Rusiya Fəlsəfə Dərnəyinin rəhbəri, professor Aleksandr Çumakovun, müasir Türkiyə fəlsəfə dünyasının beynəlxalq aləmdə qəbul edilmiş alimləri Mustafa Günayın, Senail Özkanın və başqalarının məqalələri xüsusilə qeyd edilməlidir. 

Dərgidə müasir Azərbaycan fəlsəfə elminin dünyada sayılan-seçilən tədqiqatçısı, akademik Ramiz Mehdiyevin professor S.Xəlilovun tədqiqatları barədə sanballı məqaləsi dərc edilmişdir. Burada, həmçinin AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun əməkdaşı, elmlər doktoru, professor Əbülfəz Süleymanovun, həmin institutun fəlsəfə və sosial düşüncə tarixi şöbəsinin tədqiqatçısı, elmlər doktoru Samirə Həsənovanın, gənc filosof, fəlsəfə elmləri doktoru, professor Könül Bünyadzadənin, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin əməkdaşı, elmlər doktoru Aqil Şirinovun, araşdırmaçılardan Bəhram Həsənovun, Mehriban Qasımovanın və digərlərinin də Səlahəddin Xəlilovun yaradıcılığı ilə bağlı yazıları yer almışdır.

Bu toplunun çox böyük jurnal mədəniyyəti xüsusi maraq doğurur. İlk növbədə ona görə ki, yuxarıda adlarını çəkdiyimiz müəlliflərin əsərlərinin ümumi strukturu – ümumi mündəricatı “Səlahəddin Xəlilov kimdir?” istiqamətli fundamental bir sualı cavablandıra bilir. Dərginin üz qabığında yer alan “Səlahəddin Xəlilova ərməğan” başlığı “Mədəniyyətləri birləşdirən fəlsəfə körpüsü” kimi maraqlı bir sərlövhə ilə tamamlanır.

Dərginin baş redaktoru Mustafa Günayın kiçik həcmli, lakin böyük məna kəsb edən giriş sözündə deyilir: “Belli bir alandaki çalışmalarıyla ülke ve dünya kültürünün gelişimine katkılarda bulunmuş kişiler için “armağan” kitap ve dergilerin yayınlanması güzel bir gelenektir.

Selahattin Halilovun Türk düşünce dünyasında ortaya koyduğu eserler ve aynı zamanda akademik faaliyetlerle önemli bir yeri ve kimligi mevcuttur. Halilovun felsefe alanında ortaya koyduğu birikim ve özellikle Doğu ve Batı kültürleri arasında felsefi köprüler ve bağlantılar/diyaloglar kurmaya yönelik eserleriyle hiç hürnesiz böyle bir armağanı hak etmektedir”. Bu abzasın sonuncu sözləri – “hak etmektedir” ifadəsi professor S.Xəlilova sanki ilahi bir sevgi ilə qələmə alınmışdır. Mustafa Günayın bu sözləri, bir tərəfdən məndə öz həmvətənimə qürur hissi yaratdı, digər tərəfdən də qəribə bir nigarançılığa səbəb oldu: Türkiyə, Hollandiya, Amerika, Rusiya kimi ölkələrin alimlərinin yaxşı tanıdıqları və yaradıcılığına ən yüksək qiymət verdikləri belə bir alimi özümüzünkülərə, Azərbaycan ictimaiyyətinə tanıtmaq təşəbbüsündə olmuşuqmu? Məni ağrıdan bu suala verilən “yox” cavabıdır. Elm adamları, elmi ictimaiyyət bir yana, bəs dünyanı eninə-boyuna araşdıran, uzaq ellərin alimlərini daha ürəkdən təbliğ edən jurnalistlərimiz – milli mediamız haradadır? Mən müsəlman dünyasının Nobel mükafatçılarını qiymətli bir əsərində Azərbaycan oxucusuna təqdim edən və bu sırada böyük alim Xudu Məmmədovun elmi portretini yaradan, onun niyə Nobel mükafatına layiq görülməməsinin acı səbəblərini ortaya qoyan S.Xəlilovun bu kitabı barədə bir müddət əvvəl yazdığım kiçik bir məqaləmdə də bu sualı qoymuşdum: jurnalistikamız belə bir böyük alimi xalqa niyə yetərincə tanıtmır? O zamandan bu günə hələ də açıq qalan bu suala “Özne” dərgisi cavab verdi. 
      Tale mənim qəlbimdə Türkiyəyə elə bir məhəbbət yaradıb ki, oradan səslənən hər sözü, hər fikri doğma Azərbaycanımdan səslənən fikir kimi qəbul edirəm. “Özne” dərgisi bu böyük alimin – filosofun yaradıcılığını ortaya qoydu və həm də Türkiyə türkcəsinin elə aydın üslubunda ortaya qoydu ki, mənim universitet tələbələrim də onu anlayacaqlar. “Dost, aydın, filosof”, “Bilgi, tefekkür və nezaket eri”, “Professor Selahaddin Halilova göre Doğu və Batı», “Türk dünyasının bir düşünce madeni olarak Salaheddin Halilov”, “Yeni aydınlamanın müjdeçisi”, “Manaviyyatın öncelligi”, “Çağdaş dünya kültür – medeniyet düzleminde”, “Milli ruhtan evrensel ideale”, “Aşk metafizigi və S.Halilovun aşk felsefesini takdım” və s. və i.

Bu məqalələr özündə nəyi cəmləşdirir? Üç geniş bölmədən ibarət dərginin birinci bölməsi S.Xəlilovun həyatı, əsərləri, fəlsəfə dünyasında yerini, ikinci bölməsi alimin əsərlərinin təhlilini, üçüncü bölməsi isə dünyanın məşhur alimlərinin bu böyük filosofun yaradıcılığı ətrafındakı fikirlərini təqdim edir. Məqalələrin hər birinin ruhunda Azərbaycan filosofunun dünya fəlsəfi düşüncəsinə verdiyi əvəzolunmaz yaradıcılıq töhfələrinin geniş və obyektiv təhlili dayanır.
     Səlahəddin Xəlilovdan çox Azərbaycan ictimaiyyətinə ərməğan edilən bu özəl nömrəsinə görə “Özne” dərgisinin dəyərli əməkdaşlarına sonsuz təşəkkürümüzü izhar etməkdə çətinlik çəkirəm.

 

Könül Niftəliyeva

Bakı Dövlət Universiteti jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müəllimi, fəlsəfə doktoru

 http://azertag.gov.az/node/917104

Baxılıb: 5490    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.