az  |   tr
Fəlsəfə dünyası

Moskvada Azərbaycanın görkəmli alimi Səlahəddin Xəlilovun
«Aforizmlər» kitabının təqdimatı keçirilmişdir   –  
[30.03.2012]

Moskvada Azərbaycanın görkəmli alimi Səlahəddin Xəlilovun «Aforizmlər» kitabının təqdimatı keçirilmişdir


 

Rusiya Elmlər Akademiyasının (REA) Fəlsəfə İnstitutunun konfrans zalında Azərbaycanın görkəmli alimi, fəlsəfə elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Səlahəddin Xəlilovun "Aforizmlər. Seçilmişlərdən seçilmişlər" adlı kitabının təqdimatı olmuşdur. Geniş oxucu dairəsi üçün nəzərdə tutulmuş nəşrə görkəmli şərq və qərb mütəfəkkirlərinin aforizmləri, o cümlədən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin kəlamları daxil edilmişdir. Aforizmlərin yarısından çoxu Rusiya oxucusuna ilk dəfə təqdim edilir.

Təqdimat mərasimini Rusiya Fəlsəfə Cəmiyyətinin vitse-prezidenti, Maliyyə Akademiyasının fəlsəfə kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Aleksandr Çumakov aparmışdır. O, məcmuəni və onu tərtib edən tədqiqatçı filosof S.Xəlilovun gərgin əməyini yüksək qiymətləndirmişdir. A.Çumakov demişdir ki, bu nəşr fəlsəfə sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının genişləndirilməsi yolunda atılan addımdır və yaradıcılıq əlaqələrinin inkişafının uğurlu nümunəsidir. Alim xüsusilə qeyd etmişdir ki, Azərbaycan elmi yaradıcılıq həyatının fəal iştirakçısıdır və dünya elminin inkişafına çox böyük töhfə verir. Azərbaycan filosofları Rusiyanın elmi nəşrlərində daim çap olunur, kitab nəşrində, filosofların konqreslərinin işində iştirak edirlər. A.Çumakov həmçinin Heydər Əliyev Fondu ilə, Leyla xanım Əliyevanın simasında onun Rusiyadakı nümayəndəliyi ilə səmərəli əməkdaşlıqdan razı qaldığını bildirmiş və bu fondla birgə layihələrin həyata keçirildiyini qeyd etmişdir.

Tədbirdə çıxış edən fəlsəfə elmləri namizədi, REA-nın Fəlsəfə İnstitutunun doktorantı, Rusiya Fəlsəfə Cəmiyyətinin vitse-prezidentinin beynəlxalq işlər üzrə müavini Ariz Gözəlov kitabın müəllifi S.Xəlilovun səmərəli elmi və maarifçilik fəaliyyətindən söhbət açmışdır. O bildirmişdir ki, REA-nın Fəlsəfə İnstitutunda Azərbaycan aliminin kitabının təqdimatı iki ölkənin filosofları arasında qarşılıqlı əlaqələrin inkişaf edib möhkəmləndiyini göstərir. Ariz Gözəlov həmçinin qeyd etmişdir ki, "Aforizmlər" kitabı müdrik fikirlər dəryasıdır və hər bir kəsin stolüstü kitabı olmağa layiqdir.

Fəlsəfə elmləri doktoru, professor Anna Qudıma elmi cəmiyyəti Azərbaycan alimini dünya fəlsəfi fikrinin ən qiymətli cəhətlərini özündə təcəssüm etdirən bu əsərinin çapdan çıxması münasibətilə təbrik etmişdir. A.Qudıma demişdir: "Tərtibçi hər şeyin əsasında ruh, əxlaq və mənəviyyatın durduğunu təsdiq edən kəlamlara diqqət yetirmişdir. Bu, kitabın geniş oxucu kütləsinə tövsiyə edilməsinə böyük əsas verir. Kitabı oxumaq çox xoşdur, burada harmoniya, fikir sərbəstliyi hiss olunur".

REA-nın Fəlsəfə İnstitutunun aparıcı elmi əməkdaşı, fəlsəfə elmləri doktoru, professor Konstantin Uxov demişdir: "Səlahəddin Xəlilovun aforizmlər məcmuəsi bütün sivilizasiyaların ən dərin fikirlərini özündə cəmləşdirmişdir  və bu məcmuə təkcə filosofların deyil, bütün cəmiyyətin həyatında mühüm hadisədir". Onun fikrincə, Məhəmməd peyğəmbərin "İnsanın ən böyük qələbəsi onun öz üzərində qazandığı qələbədir" kimi müqəddəs kəlamı ilə və dünyanın bütün müqəddəs dini kitablarından götürülmüş digər belə aforizmlərlə başlanan kitab oxucunu düşünməyə vadar edir. K.Uxov demişdir: "Bu məcmuənin üstünlüyü ondadır ki, kitabda bütün dövrlərə aid ən mühüm aforizmlər və fəlsəfi fikirlər toplanmışdır. Hər bir düşünən insan üçün böyük hadisə olan bu kitab son dərəcə böyük əhəmiyyətə malikdir".

 

http://www.azerbaijan-news.az/index.php?mod=3&id=8492

http://www.youtube.com/watch?v=GxCJxBH2vYA
 

Baxılıb: 6013    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.