az  |   tr
Fəlsəfə dünyası

Görkəmli filosof Səlahəddin Xəlilovun kitablarının təqdimatı
olmuşdur   –  
[03.05.2012]

Görkəmli filosof Səlahəddin Xəlilovun kitablarının təqdimatı olmuşdur



           Bakı, 2 may (AzərTAc). Mayın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda (AMEA) AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilovun kitablarının təqdimatı olmuşdur.

AzərTAc xəbər verir ki, tanınmış alim və mütəxəssislərin iştirak etdiyi tədbirdə institutun direktoru, akademik Telman Əliyev bildirmişdir ki, fəlsəfə elmləri doktoru, professor, görkəmli filosof, elmşünas alim Səlahəddin Xəlilovun elmi yaradıcılığı müasir milli elmi-humanitar, hətta ictimai-mədəni mühitimiz üçün əlamətdar hadisədir. Səlahəddin Xəlilov Azərbaycan elmşünaslığının inkişafında ciddi rol oynamışdır. Alimin müasir Azərbaycan fəlsəfi düşüncəsinin inkişafında, xüsusən son dərəcə mürəkkəb bir sahə olan elmşünaslığın Azərbaycanda təşəkkülündə, təkamülündə və formalaşmasında xidmətləri böyükdür. 

Tədbirdə Milli Məclisin deputatı Asəf Hacıyev, professor Knyaz Məmmədov, fəlsəfə doktoru İlqar Məmmədov və başqaları çıxış etmişlər. Bildirilmişdir ki, Azərbaycanın ən yeni fəlsəfi dünyagörüşünün fəal nümayəndələrindən biri kimi tanınan Səlahəddin Xəlilov özünün məhsuldar elmi və publisistik əsərləri ilə müasir elmi-ictimai fikrin diqqət mərkəzindədir. Dünya klassik fəlsəfi konsepsiyalarının müasir mahiyyətini xüsusi diqqətdə saxlayan, milli fəlsəfi fikrin inkişafı prosesinə təkan verən Səlahəddin Xəlilov bu böyük missiyanı gerçəkləşdirmək yolunda bir çox ciddi əsərlər ortaya qoymaqdadır. 

Qeyd edilmişdir ki, müasir fəlsəfi fikrin, elmi fəlsəfi əsərlərin müəllifi kimi S.Xəlilov oxucuların daha çox və daha inamla müraciət etdiyi alimlərimizdəndir. Onun Azərbaycanda elmin müasir sivilizasiya kontekstində inkişafını təsdiq edən əsərləri artıq bir sıra istiqamətlərdə öz səmərəsini göstərməkdədir.

Səlahəddin Xəlilovun 40 illik elmi araşdırmaları görkəmli filosof, akademik Ramiz Mehdiyevin redaktorluğu ilə nəşr olunmuş “Elm haqqında elm” kitabında fundamental milli elmşünaslıq konsepsiyasına çevrilmişdir. 

“Əbu Turxanın hikmət dünyası” kitabında min illərin sınağından çıxmış, bu gün həqiqət yolunu nişan verən, düzü əyridən, haqqı nahaqdan seçməkdə bizə bələdçi olan müdrik fikirlər toplanmışdır.

İnsan həyatının müxtəlif sahələrinə aid olan hər bir fəslə giriş mətni yazılmış, mövzular sadəcə aforizmlər vasitəsilə deyil, həm də fəlsəfi təhlil səviyyəsində işıqlandırılmışdır. 
“Seçilmişlərdən seçilmişlər” adlı aforizmlər kitabında Şərqin və Qərbin tanınmış mütəfəkkirlərinin dərin fəlsəfi məna kəsb edən aforizm və kəlamları daxil edilmişdir. Aforizmlərin böyük əksəriyyəti oxucuya ilk dəfədir ki, təqdim olunur. Kitab tanınmış bir filosofun tələbkar münasibəti və ciddi meyarları əsasında tərtib olunmuş, minlərlə aforizmdən yalnız ən dəyərliləri seçilmişdir. Kitabın üstün cəhətlərindən biri də bundan ibarətdir ki, burada şəxsi həyat, məişət mövzularından daha çox, dövlətçilik, Vətən, millət, şəxsiyyət və cəmiyyət məsələləri önə çəkilmişdir. Böyük dövlət xadimləri Mark Avreli, Siseron, Napoleon, Ruzvelt, Çörçill və digərlərinin fikirləri ilə yanaşı, ulu öndər Heydər Əliyevin 30-a yaxın müdrik fikrinin də kitaba daxil edilməsi kitabın sanbalını daha da artırmışdır. Rusiya alimləri Azərbaycan alimi Səlahəddin Xəlilovun “Aforizmlər” kitabını yüksək qiymətləndirmişlər.

Səlahəddin Xəlilov tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirmişdir. Bu görüşün çox əlamətdar hadisə olduğunu qeyd edən alim demişdir ki, belə tədbirlərin keçirilməsi Azərbaycanın elmi və elmi fəlsəfi fikri üçün yeni bir ənənənin başlanğıcıdır. Maraqlı odur ki, düşüncə tərzinin, təfəkkürün iki əks qütbləri sanki bu görüşdə birləşir. Bu mənada riyaziyyatçıların fəlsəfəyə, xüsusən hikmətli fikirlərə maraq göstərməsi mənim üçün çox əhəmiyyətlidir. Bu, təsadüfi deyildir. Çünki indiki dövrdə Azərbaycanda iqtisadi nailiyyətlər, cəmiyyətin bütün sahələrdə əldə etdiyi inkişaflar kontekstində elmi fikrin inkişafına, kitaba münasibətin dəyişməsinə böyük ehtiyac vardır. Təəssüflər olsun ki, son onilliklərdə Azərbaycanda kitaba maraq xeyli dərəcədə azalmışdır. Artıq yeni bir tendensiya, yenidən kitaba qayıdış mərhələsi başlanır. 


http://azertag.gov.az/node/947701

Baxılıb: 5643    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.