az  |   tr
Fəlsəfə dünyası

I Beynəlxalq Təhsil Sosiologiyası Simpoziumu   –  [19.05.2012]

I Beynəlxalq Təhsil Sosiologiyası Simpoziumu

 

 

10-11 May 2012-ci il tarixdə Türkiyənin Ankara şəhərində I Beynəlxalq Təhsil Sosiologiyası Simpoziumu keçirilmişdir. Atatürk Kültür Mərkəzinin dəstəyi ilə Ankara Universitetində baş tutan tədbirdə təhsildə önə çıxan yeni yanaşmalar və konsepsiyalar, paradiqma və nəzəriyyələr, yeni cəmiyyət və yeni qlobal sosial problemlər müzakirə edilmişdir. Yeni cəmiyyət, təhsildə dəyərlər sistemi, gələcəyin təhsil sosiologiyası, gəncliyin mədəniyyəti və problemləri və s. 18 təməl problem üzərində qurulmuş simpoziumda 13 əsas mövzu ətrafında məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır. Avropa və Türk dövlətlərindən 200-ə yaxın iştirakçının qatıldığı tədbirdə Azərbaycanı tanınmış alim və gənc tədqiqatçılardan ibarət 12 nəfərlik nümayəndə heyəti təmsil etmişdir.

Simpoziumun təntənəli açılış mərasimində professor Səlahəddin Xəlilov təhsildə və elmdə göstərdiyi xidmətlərinə görə Ankara Universitetinin xüsusi mükafatı ilə təltif edilmişdir.

İki gün davam edən tədbirin ilk bölmə iclasına rəhbərlik edən prof. S.Xəlilov giriş sözündə bütün türk dünyasında təhsil islahatının vahid elmi mərkəzdən istiqamətləndirilməsinə ehtiyac olduğunu bildirdi. Bu bölmədə Dos. Dr. Şəlalə Məmmədova və Dr. Kəmalə Qəhrəmanovanın “Küreselleşme Sürecinde Azerbaycan Eğitim Sisteminde Değerler Sorunu” mövzusunda məruzəsi diqqəti cəlb etdi və geniş müzakirə olundu.

Digər bölümlərdə də təmsil olunan azərbaycanlı iştirakçıların məruzələri maraqla qarşılandı. Prof. S.Xəlilovun “Türk dünyasında təhsil sisteminin müasirləşməsində Şərq və Qərb təcrübəsi”, Dr. Gülər Əhmədovanın “XXI əsrdə Uşaq mədəniyyəti və uşaq haqları”, Dos. Dr. Əbulfəz Süleymanovun “Yüksek Lisans Öğrencilerinin Bilimsel Yeterlilik Düzeyi ve İş Olanakları Bakımından Değerlendirilmesi”, Dr. Cəsarət Valehovun “21-ci Yüzyıl Çağdaş Değerler Sisteminde Yüksek Eğitim” adlı məruzələrində, habelə gənc tədqiqatçılardan Aynur Bünyatovanın, İlkin Ağayevin, Gülşən Hüseynovanın da çıxışlarında bir sıra dəyərli təkliflər irəli sürüldü.  

Mayın 11-də Simposiumun işinə yekun vuruldu. Plenar iclasda Azərbaycan nümayəndə heyəti adından təşkilat komitəsinin üzvləri Prof. S.Xəlilov və Dos.Dr. Ə.Süleymanov çıxış edərək gələcəkdə türk dünyasında təhsil sistemində aparılan islahatların elmi əsaslarla həyata keçirilməsi və bu sahədə daimi fəaliyyət göstərən Elmi Komuissiyyanın yaradılması barədə təklif verdilər.

Ankarada keçirilən I Beynəlxalq Təhsil Sosiologiyası Simpoziumu həm təhsilşünaslığa bir töhfə olmaq, həm də türk dünyasının bu sahədə də vahid mövqedən fəaliyyətinin təmin olunmasına xidmət baxımından bu sahədə atılan ilk mühüm addım kimi dəyərləndirilə bilər.

 

www.egitimsosyolojisi2012.org

Baxılıb: 6444    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.