az  |   tr
Fəlsəfə dünyası

Azərbaycanın filosof qadınları UNESCO-nun layihəsində   –  [22.02.2014]

Azərbaycanın filosof qadınları UNESCO-nun layihəsində

Bakı, 13 dekabr (AzərTAc). Parisdə UNESCO xətti ilə “Le Dictionnaire Universel des Femmes Créatrices” – “Yaradıcı qadınlar ensiklopediyası” çap olunmuş və bu nəşrin təqdimat mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, üç cilddən ibarət olan kitabda dünyanın tanınmış yaradıcı qadınları – yazıçı, jurnalist, bəstəkar, rəssam, filosof və s. haqqında məlumatlar dərc edilmişdir.

Kitabın “Ön söz”ündə layihənin rəhbəri, tanınmış fransız ictimai xadimi və psixoanalitiki Antuanetta Fukonun yazdığı kimi, “bu, bütün dünyada sivilizasiyaya öz bəhrəsini vermiş qadınlara hörmət əlaməti və öz həyat eşqini dünyadan əsirgəməmək arzusudur”.

UNESCO-nun baş direktoru İrina Bokovanın “Əsrin əlamətdar işi” adlandırdığı bu kitab keçmişdə və bu gün qadınların adlarının tarixdən silinməsinin qarşısını alan bir addım kimi dəyərləndirilmişdir.

Ensiklopediyaya Könül Bünyadzadənin filosof qadınlarımız barədə yazdığı “Azerbaidjan – Valeurs religieuses et pensee laique” – “Azərbaycanda dini dəyərlər və fəlsəfi düşüncə” başlıqlı geniş məqalə daxil edilmişdir.
Məqalədə Azərbaycanın fəlsəfi fikir tarixində qadınların rolu təhlil edilmişdir. Burada istər orta əsr və yeni dövrdə fəlsəfi düşüncənin poeziyada əks olunması, istər sovet dövründə, istərsə də müstəqilik illərində yazıb yaratmış qadın mütəfəkkir və tədqiqatçıların (Şükufə Mirzəyeva, Aida İmanquliyeva, Zümrüd Quluzadə, Elmira Zamanova, Solmaz Rzaquluzadə və s.) görüşləri təhlil edilmişdir.

Ensiklopediyada Azərbaycanın məşhur qadın şairləri Məhsəti Gəncəvi və Xurşidbanu Natəvan haqqında ayrıca məqalələr verilmişdir. Əlamətdar haldır ki, ensiklopediyada UNESCO nəzdində fəaliyyət göstərən Filosof Qadınlar Cəmiyyətinin üzvü, gənc tədqiqatçı, fəlsəfə üzrə elmlər doktoru Könül Bünyadzadəyə də ayrıca məqalə həsr edilmişdir. Məqalədə gənc azərbaycanlı tədqiqatçının elmi-fəlsəfi yaradıcılığı və beynəlxalq miqyasda təsəvvüf fəlsəfəsinin yayılması, onun müasir Qərb fəlsəfi fikir kontekstində yenidən araşdırılması sahəsində xidmətləri işıqlandırılmışdır.

Baxılıb: 3451    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2017, № 2  (41) Dünya getdikcə daha çox fəlsəfəsizləşir və sanki göylər yerə enir. Amma fəlsəfi düşüncələr və polemikalar səngimək bilmir və “Fəlsəfə” jurnalı da hələ çıxmaqda davam edir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.