Fəlsəfə Dünyası

“Fərd və toplum” mövzusunda elmi-fəlsəfi seminar


 

“Fərd və toplum” mövzusunda elmi-fəlsəfi seminar

 

 

Fevral ayının 5-də Fəlsəfə Dünyasında “Fərd və toplum” mövzusunda elmi-fəlsəfi seminar keçirildi.

Tədbirdə Prof. Dr. Səlahəddin Xəlilov, Prof. Dr. Rəbiyyət Aslanova, Prof. Dr. Fərman İsmayılov, Prof. Dr. Cahangir Məmmədli, Prof. Aydın Şirinov, Prof. Dr. Könül Bünyadzadə, Dos. Dr. Lətafət Hümmətova, Dr. Eltac Yüzbaşov, TEDx-ın  Bakı təmçilçiləri, Türkiyə və İrandan gəlmiş qonaqlar, aspirant və magistrlər, jurnalistlər iştirak edirdilər.

Seminarı giriş sözü ilə Prof. Dr. Səlahəddin Xəlilov açdı. O, qeyd etdi ki, bugünkü seminarın mövzusu Fəlsəfi Diskursda qoyulan “damla, ya dərya” dilemmasının beş mümkün həll variantından biridir. Aydın Şirinov, Fərman İsmayılov, Səlahəddin Xəlilov, Rəbiyyət Aslanova, Cahangir MəmmədliDamla öz siması və mənası olan müstəqil bir varlıq kimi başa düşüləndə və dərya da sonsuz deyil, sonlu, lakin çox böyük tərəf kimi götürüləndə, fərd-toplum münasibəti də damla-dərya münasibətinin xüsusi halına çevrilir. Fəlsəfi Diskursda qoyulan suala müvafiq olaraq soruşmaq olar ki, fərd cəmiyyətdə itsə yaxşıdır, yoxsa öz fərdiyyətini qoruyub saxlasa yaxşıdır? Bu halda sanki fərdi azadlıq və ictimai mütəşəkkillik, yaradıcı və normativ düşüncə, orijinallıq və ənənəvilik qarşılaşdırılmış olur. İki kənar hal var: ya tamamilə tərki-dünya olmaq, asketlik, guşənişinlik, ya da tamamilə cəmiyyətdə itib-batmaq, “palaza bürünüb, elnən sürünmək” – hər iki hal ifrat dərəcədə birtərəflidir. Məqsəd şəxsi həyatla ictimai həyatın, fərdi yaradıcılıqla şablon təfəkkürün ortaq məxrəcə gətirilməsi, “qızıl orta”nın tapılmasıdır.

Aydın Şirinov, Fərman İsmayılovRəbiyyət Aslanova, Cahangir Məmmədli, Fəranək Bəvardeh, Xəyalə İbrahimovaProf. Dr. Rəbiyyət Aslanova “palaza bürünüb, elnən sürünmək”, yaxud “el üçün ağlayan iki gözdən olar” və s. bu kimi kəlamların ziyanlı məqamlarından bəhs etdi. Avropada fərdi azadlığa və yaradıcı düşüncəyə daha çox önəm verildiyini və bizim düşüncə tərzimizə xas olan mühitə tez uyğunlaşmaq, necə deyərlər “başını girləmək” kimi cəhətlərin yolverilməzliyini vurğuladı.   Müzakirə zamanı

Müzakirə zamanıProf. Aydın Şirinov, Prof. Cahangir Məmmədli və Prof. Fərman İsmayılov da müzakirəyə qatılaraq öz mövqelərini bildirilər. Daha sonra gənclər də çıxış edərək müasir dövr üçün aktual olan bir sıra məsələləri önə çəkdilər. Dr. Samirə Həsənova, TEDx-n Bakı təmsilçisi İdris Heydərli, tələbə və aspirantlardan Fəranək Bəvardeh, Xəyalə İbrahimova, Günay Piriyeva, Osman Hacıyev onları maraqlandıran məsələlərlə bağlı fikirlərini bildirdilər, suallar verdilər,  mövzu ətrafında geniş müzakirə aparıldı.
Səlahəddin Xəlilov, Elçin MəmmədzadəSamirə Həsənova, Səlahəddin Xəlilov

Seminarın sonunda Fəlsəfi Diskursun qaliblərinə diplomlar və mükafatlar verildi, xatirə şəkilləri çəkildi.
Turan Babazadə, Səlahəddin Xəlilov

 

 





07.02.2011    çap et  çap et