Fəlsəfə Dünyası

M Ü S A B I Q Ə


 

Fəlsəfə tədqiqatçılarının nəzərinə!

AFSEA Azərbaycanda fəlsəfə sahəsində aparılan tədqiqatların
stimullaşdırılması və dəyərləndirilməsi məqsədi ilə
M Ü S A B I Q Ə
elan edir.

Müsabiqəyə milli-fəlsəfi fikrin aktual problemləri, fəlsəfə tarixi, ontologiya, epistemologiya, antropologiya və digər fəlsəfi istiqamətlərdə tədqiqat işlərinin nəticələri: məqalə, kitab, monoqrafiya (çap olunmuş və ya əlyazma şəklində) təqdim oluna bilər.

Müsabiqədə yer tutan əsərlər AFSEA tərəfindən nəşr ediləcəkdir.

Müsabiqədə yaşından və elmi dərəcəsindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşları iştirak edə bilərlər.
Əsərlər müsabiqəyə müvafiq elmi-tədqiqat institutlarının, kafedraların və tanınmış alimlərin təqdimatı əsasında qəbul olunur.
Əsərin özü və müəllif haqqında arayış
Əsərin özü  müəllif tərəfindən şəxsən təqdim edilməlidir.
Əsərlər 20 aprel 2010-cu ilə qədər qəbul edilir.

Əsərin elmi-fəlsəfi dəyəri Münsiflər Heyəti tərəfindən müəyyən edilir.
  I yer   – 5 000 man
 II yer   – 3 000 man
           III yer    – 1 000 man (3 yer)

Münsiflər Heyəti:
                Sədr:               akademik Ramiz Mehdiyev    
                Sədr müavini: professor Səlahəddin Xəlilov          
                Üzvlər:  akademik Fuad Qasımzadə, prof. Rəbiyyət Aslanova, prof. Bəxtiyar Əliyev, prof. Seyfəddin Qəndilov, fəl.e.d. İlham Məmmədzadə, fəl.e.d. Rəfiqə Əzimova, fəl.e.d. Könül Bünyadzadə  (məsul katib)

Təqdim olunan əsər üçün yeganə texniki şərt yazının normal oxuna bilməsidir.

Ünvan: Bakı ş. Bül-bül prospekti, 33 (Heydər Əliyev Sarayının kassalarının yanı).
Telefon: (+99412) 498 17 45
Fax:        (+99412) 598 13 01
E-mail     [email protected]

Təşkilat Komitəsi

 

 





18.02.2010    çap et  çap et