Fəlsəfə Dünyası

Beynəlxalq Konfrans: “Postmodernizm sonrası İslam Düşüncəsi”


 

Beynəlxalq Konfrans: “Postmodernizm sonrası İslam Düşüncəsi”



        18-20 Oktyabr tarixində Malayziyanın paytaxtı Kuala Lumpurda Beynəlxalq İslam Düşüncəsi və Sivilizasiyası İnstitutu (The International Institute of Islamic Thought and Civilization (ISTAC)) və Beynəlxalq İslam Universiteti “Postmodernizm sonrası İslam Düşüncəsi” mövzusunda Beynəlxalq Konfrans keçirtdi. Konfransın əsas ideya xətti postmodernizm və İslam düşüncəsinə yenidən baxış, postmodernizmin mahiyyətinin və əsas elementlərinin, ideyalarının, İslam düşüncəsi ilə parallel və zidd sahələrinin təyini və təhlili idi.

Üç gün davam edən beynəlxalq konfransda tədqiqatçı və filosoflar postmodernizm və İslam düşüncəsinin bir sıra aktual məsələlərini müzakirə edib fikir mübadiləsi apardılar.

Elmi tədbirdə fəlsəfə elmləri doktoru Könül Bünyadzadənin “Düşüncələrin kəsişməsi: qeyri-ənənəvi dialoq və ya monoloq” mövzusunda məruzəsi böyük maraqla qarşılandı və müzakirə olundu. Beynəxalq konfransda həmçinin BDU-nun baş müəllimi Dr. Mehriban Qasımova “İqbal fəlsəfəsində insan, Mən və Cəmiyyət” və AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun elmi işçisi Dr. Samirə Həsənova "İslam hüquq düşüncəsində adət və ənənə anlayışının məsləhət (cəmiyyətin yararı) kontekstində tədqiqi və Postmernizmin təsiri" adlı məruzələrlə ölkəmizi təmsil etmişdirlər.

 





01.11.2011    çap et  çap et