Fəlsəfə Dünyası

Səlahəddin Xəlilovun fəlsəfə haqqında mühazirəsi


 

Səlahəddin Xəlilovun fəlsəfə haqqında mühazirəsi

Əziz dinləyicilər! Bu gün biz sizinlə fəlsəfə haqqında söhbət açacağıq. Fəlsəfə haqqında danışmaq fəlsəfədən kənarda dayanaraq danışmaq mənasını verir. Amma fəlsəfədən kənarda dayanaraq fəlsəfəni dərk etmək mümkün deyil. Fəlsəfənin dərk etmək üçün onun abu-havasına daxil olmaq və onu içəridən duymaq lazımdır. Bizim sizinlə birinci şərtimiz səmimiyyətdir. Aramızda səmimiyyət olmasa, mənim dediklərimi siz anlamasanız, öz etiraz və ya razılıq ifadələrinizi bəyan etməsəniz, anladığınızı gizlətməyə çalışsanız, bizim danışığımız alınmayacaq. Fəlsəfə elmlərdən biri deyil, riyaziyyatdan, fizikadan mühazirə deyil ki, sadəcə mən sizə müəyyən bilikləri verim və siz onları mənimsəyəsiniz, götürəsiniz. Fəlsəfə bizim birgə yaşantımızıdır. Fəlsəfə yaradıcılqdır, mənəvi-emosional yaşantıdır. Fəlsəfəni duymadan dərk etmək mümkün deyil.
Mühazirənin tam mətni (4 hissədə) burada:
1. http://www.youtube.com/watch?v=_vm6zXq8ixc
2.http://www.youtube.com/watch?v=yGQ1pQfEXl0&feature=relmfu
3.http://www.youtube.com/watch?v=aV6ugZFjliw&feature=relmfu
4.http://www.youtube.com/watch?v=YtbDnSJnDwA&feature=relmfu


 





21.04.2012    çap et  çap et