Fəlsəfə Dünyası

“Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr”


 

“Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr”

“Şərq və Qərb:

ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr”

 

Şərqşünas alim Aida İmanquliyevanın 70 illik yubileyinə həsr olunan 

Beynəlxalq İbn Ərəbi Simpoziumu

9-11 oktyabr 2009-cu il, Bakı, Azərbaycan

 

9-11 oktyabr 2009-ci il tarixlərində Bakıda XX əsrin tanınmış şərq­şü­nas alimi Aida İmanquliyevanın 70 illik yubileyinə həsr olunan  “Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr” mövzusunda Beynəl­xalq İbn Ərəbi Simpoziumu keçirilmişdir. Milli Elmlər Aka­de­miyasının və Bö­yük Britaniyanın Oksford Universitetinin İbn Ərəbi Cəmiyyətinin təş­ki­lat­çılığı ilə baş tutan simpoziumun gedişində görkəmli alimin bu istiqamətdə tədqiqatları və araşdırmaları ətrafında müzakirələr aparılmışdır. Simpo­zium­da A.İmanquliyevanın yaradıcılığında Şərq-Qərb mədəniyyətlərinin qarşı­lıq­lı təsiri və əlaqələri, ortaq mənəvi dəyərləri, sivilizasiyaların yeni inkişaf mər­hələsinin mədəni təməlini formalaşdıran amillər, İbn Ərəbinin bədii, fəl­səfi yaradıcılığı ilə Azərbaycan klassik ədəbiyyatı arasında əlaqə və digər mövzularda məruzələr dinlənilmiş, bu istiqamətdə müasir dünya elmini dü­şün­­dürən problemlər ətraflı müzakirə olunmuşdur.

Simpoziumun ilk iclası Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində "Pro­fessor Aida İmanquliyevanın elmi yaradıcılığında Şərq və Qərb" möv­zu­sunda təşkil edilmiş ilk iclasa Moskva Dövlət Universitetinin Bakı fi­li­a­lı­nın rektoru, professor Nərgiz Paşayeva, akademik Aleksandr Kudelin və pro­­fessor Səlahəddin Xəlilov həmsədrlik etmişlər.

Tədbirdə akademik Aleksandr Kudelinin rus dilində, AMEA-nın müx­bir üzvü Səlahəddin Xəlilovun Azərbaycan, rus və türk dillərində çap edil­miş kitablarının təqdimatı keçirilmişdir.

İclasda professorlar Nataliya Priqarina, Vilayət Cəfər, Gövhər Baxşə­li­­yeva, Elxan Əzizov və elmlər doktoru İmamverdi Həmidovun "XIX əsrin bi­­rinci yarısında Şərq və Qərb ədəbiyyatının qarşılıqlı təsiri: yarımçıq di­a­lo­qun davamı", "Ərəb ədəbiyyatşünaslığında Şərq-Qərb ədəbi əlaqələrinin öy­rə­­nilməsi və Aida İmanquliyevanın tədqiqatları", "İbn Ərəbi və Azərbaycan ədə­­bi-fəlsəfi fikir ənənələri", "Şərq ədəbiyyatında romantizmə dair", "Gör­kəm­­li şərqşünas alim, professor Aida İmanquliyevanın Azərbaycan şərq­şü­nas­­lıq elminin inkişafında rolu", "Aida İmanquliyevanın məqalələri" və "Ba­kı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində "Ərəb ədəbiyyatı" fən­ni­nin tədrisində professor Aida İmanquliyevanın rolu" mövzularında məru­zə­lə­ri dinlənilmişdir.

Professorlar Rafael Hüseynovun və Qasım Kakainin həmsədrliyi ilə ke­çirilmiş növbəti iclasın mövzusu "İbn Ərəbi Şərqdə və Qərbdə: oxşarlıqlar və fərqlər"ə həsr olunmuşdur.

İclasda professor Rafiq Əliyev, tədqiqatçı Stefan Hirtenşteyn, elmlər dok­torları Sonya Useynova, Anar Əzimov və dosent Yelena Papçenkonın "Mə­nim eşqim şimşək və onun parıltıları üçündür: İbn Ərəbinin təlimləri işı­ğında Şərq və Qərb müzakirələri", "Sartrın ekzistensializmi və işraqilik: mü­qayisəli təhlil", "İbn Ərəbinin poetik yaradıcılığında lirik poeziyanın ənə­nə­vi motivləri və obrazları", "Qərb və Şərq təfəkküründə oxşarlıqlar və zid­diy­yətlər", "İbn Ərəbi və Meister Ekhartın Tanrısı: dinlərin Tanrısı filo­sof­la­rın Tanrısı deyil", "Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı əlaqəsi pro­se­sin­də alimin rolu" mövzularında çıxışları maraqla qarşılanmışdır.

"İbn Ərəbi irsi və təsəvvüf" mövzusuna həsr edilmiş iclasa isə profess­sor Stanislav Prozorov və akademik Ağamusa Axundov həmsədrlik et­miş­lər.

Professorlar Hasan Kamil Yılmaz, Zaim Xenşelaui, Könül Bünyad­za­də, elmlər doktorları Nə­sib Göyüşov, T.Yermakova, Klara Tacikova və təd­qi­­­qatçı Andrey Lukaşev "İbn Ərəbinin düşüncə modelini müəyyənləşdirən əsas aspektlər", "Sankt-Peterburq şərqşünaslığının XIX-XX əsrlərdə dünya din­lərinin tədqiqi metodologiyasının töhfəsi", "İbn Ərəbi ənənələri təsəvvüf fəl­səfəsində", "İbn Ərəbi: "Vəhdəti-vücud" konsepsiyası bəşəri sistemin əx­laq problemi kimi", "Məhəmməd peyğəmbər təsəvvüf ənənəsində Tanrıya mis­­tik sevginin kamil təcəssümü kimi", "Konəvinin "Qırx hədis"ində İbn Ərə­­bi", "Mahmud Şəbüstərinin "Sirlər gülüstanı" poemasında qeyri-islami sim­­volun ontoloji əsasları" mövzularında məruzələrlə çıxış etmişlər.

 

***

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində "İbn Ərəbi və klassik Azər­baycan ədəbiyyatı" mövzusunda keçirilmiş iclasa akademik Vasim Məm­mədəliyev və professor Mahmud Erol Kılıc həmsədrlik etmişlər.

Tədbirdə professorlar Denis Qril, Teymur Kərimli, Seyid Hüseyn Nəsr, elmlər doktorları Sesiliya Tvinç, Afaq Əsədova və Lalə Əlizadənin "La­­məkan", "İbn Ərəbi və türk düşünürləri", "Azərbaycan ədəbiyyatı və su­fizm", "Xaqaninin "Şiniyyə" qəsidəsi və ona yazılan nəzirələr", "İbn Ər­ə­bi­nin baxışlarında nurun dönməsi", "Mistisizm və ədəbiyyat: dünən, bu gün və sa­bah", "Azərbaycan məktəbi və onun bugünkü əhəmiyyəti" mövzularında məruzələri dinlənilmişdir.

Akademik Nailə Vəlixanlının və doktor Mehmet Rıhtımın rəhbərlik et­­­dikləri "İbn Ərəbinin hərf simvolizmi, hürufilik və işraqilik təlimləri"nə həsr edilmiş iclasda professorlar Azadə Musayeva, Əliyar Səfərli, elmlər dok­­torları Pərvanə Bayram, Möhsün Nağısoy, Yanis Esots və Səadət Şı­xı­ye­va­nın "Seyid Nigaridə İbn Ərəbi təsiri və vəhdəti-vücud", "Azərbaycan tə­səv­­vüfündə İbn Ərəbi təsiri və Seyid Yəhya Bakuvidə hərf-ədəd simvolu", "Zey­nalabdin Şirvani və onun "Bustanül-arifin" əsəri", "İbn Ərəbi və Süh­rə­vər­dinin düşüncəsində kosmik təxəyyül", "İbn Ərəbinin hərf simvolizmi və hü­rufilik təlimi", "Nəsiminin elmi tərcümeyi-halı və nəsimişünaslığın du­rumu" mövzularında çıxışları dinlənilmişdir.

Professor Ceyms Morris və akademik Bəkir Nəbiyevin rəhbərlik et­dik­­ləri bölmə iclasının mövzusu isə "İbn Ərəbi və fəlsəfə"yə həsr edilmişdir.

Tədbirdə professorlar İlham Məmmədzadə, Bəkri Əlaəddin, Zümrüd Qu­luzadə, elmlər doktorları Klod Addas, Əkrəm Dəmirli, Qalya Kurmanqa­li­yeva "İbn Ərəbinin "Əhli-Beyt" anlayışı", "İbn Ərəbinin ağlı tənqidi: tən­zih və təşbih arasında Allahı bilmə", "Müasir dünya tarixinin və keçmiş irsin in­teqral dünyagörüşü", "İbn Ərəbi düşüncəsinin müasir cazibəsi", "Fəlsəfə ta­rixində İbn Ərəbinin tədqiqi kontekstində metodologiya haqqında", "Fü­tu­ha­tül-Məkkiyyə"də əsas fikirlər" və "İbn Ərəbinin fəlsəfi irsinin şərhi haq­qın­da" mövzusunda məruzələr etmişlər.

Müzakirələrdən sonra bölmə iclaslarına yekun vurulmuşdur.

 

AzərTAc
 





14.02.2010    çap et  çap et