Fəlsəfə Dünyası

“Dəyişiklik və Güclənmə” Beynəlxalq Multidisiplinar Qadın Konqresi


 

“Dəyişiklik və Güclənmə”

Beynəlxalq Multidisiplinar Qadın Konqresi

13-16 oktyabr 2009-cu il, İzmir, Türkiyə

 

13-16 oktyabr 2009-ci il tarixlərində Türkiyənin İzimir şəhərində Bey­nəl­xalq Multidisiplinar Qadın Konqresi keçirilmişdir. “Dəyişiklik və Güc­lən­­mə” ümumi başlığı altında təşkil olunan konqresin əsas məqsədi qadın təd­qiqatları mövzusundaki son yenilikləri dəyərləndirmək, bu sahədə çalışan elm adamları arasında ünsiyyət və əlaqələri inkişaf etdirmək olaraq mü­əy­yən olunmuşdur.

Dünyanın 50-dan çox ölkəsindən olan mindən çox elm adamı, siya­sət­çi və sənət adamlarının iştirak etdiyi konfransda 18 əsas mövzu ətrafında 1500 məruzə dinlənilmişdir. Beynəxalq konfransda ölkəmizi AMEA-nın müx­bir üzvü, fəlsəfə elmləri doktoru, professor Səlahəddin Xəlilov “Şərqdə və Qərbdə qadının ailə və cəmiyyətdə vəzifələrinə fərqli yanaşmalar”, fəl­sə­fə elmləri doktoru Könül Bünyadzadə “Şərqdə və Qərbdə qadın: ideallar və ger­çəklər”, AMEA Fəlsəfə, Sosiologiya və Hüquqi Tədqiqatlar İnstitutu so­si­ologiya şöbəsinin böyük elmi işçisi, sosiologiya elmləri namizədi Əbülfəz Sü­leymanov “İşçi miqrasiyasının Azərbaycan qadınlarına təsiri” mövzuları ilə təmsil etmişdirlər.

Konqresin sonunda hər bir iştirakçıya sertifikat və konfransın ma­te­ri­al­ları əsasında hazırlanan konfransın tezislər kitabı təqdim olunmuşdur.
 





13.02.2010    çap et  çap et