Fəlsəfə Dünyası

“Mədəniyyətlər ittifaqına Asiya cəmiyyətlərindən gedən yol” Asiya Fəlsəfə dərnəyinin IV Beynəlxalq Konfransı


 

“Mədəniyyətlər ittifaqına Asiya

cəmiyyətlərindən gedən yol

 

Asiya Fəlsəfə dərnəyinin IV Beynəlxalq Konfransı

4-6 noyabr 2009-cu il Cakarta, İndoneziya

 

4-6 noyabr 2009-cu il tarixdə İndoneziyanın paytaxtı Cakarta şə­hə­rin­də Asiya Fəlsəfə dərnəyinin 4-cü Beynəlxalq Konfransı (ICAPA 2009) ke­çi­ril­mişdir. Türkiyənin Fatih Üniversiteti və Cənubi Koreyanın  Daedong Ko­re Fəlsəfəcilər Birliyinin birgə səyləri nəticəsində gerçəkləşən konfransda  İn­doneziya Üniversiteti ev sahibi qismində iştirak edirdi. Konfransın işində əsa­sən Asiya ölkələrindən olmaq üzərə 60-dan çox elm adamı iştirak edirdi.

 “Mədəniyyətlər  ittifaqına Asiya cəmiyyətlərindən gedən yol” ümumi başığı altında keçirilən beynəlxalq konfransın əsas mövzularını, Asiya qitəsində “regional qloballaşma” (glocalism), insan elmləri, dəyərlər və mədəniyyətlər dialoqu mövzuları ətrafında dissksiyalar aparılmışdı.

Beynəxalq konfransda AMEA müxbir üzvü, fəlsəfə elmləri doktoru Sə­lahəddin Xəlilov “Şərq və Qərb sivilizasiyası: dini aspekt və tolerantlıq”, fəl­səfə elmləri doktoru Könül Bünyadzadə “Şərq və Qərb: iki qütbün vəhdət anı”, AMEA Fəlsəfə, Sosiologiya və Hüquqi Tədqiqatlar İnstitutu so­sio­lo­gi­ya şöbəsinin böyük elmi işçisi, sosiologiya elmləri namizədi Əbülfəz Süley­ma­nov “Türk dünyasında düşüncə problemləri və sosial elmlər” adlı mə­ru­zələrlə ölkəmizi təmsil etmişdirlər.

Konfransın açılış mərasimində qonaqlara İndoneziya sənətçiləri ifa­sın­da xüsusi konsert proqramı təqdim olunmuşdur. Konfransın sonunda isə hər bir iştirakçıya sertifikat və konfransın materialları əsasında hazırlanan kon­fran­sın məruzələr kitabı təqdim olunmuşdur.
 





13.02.2010    çap et  çap et