Fəlsəfə Dünyası

YUNESKO nəzdində Filosof qadınlar Cəmiyyətinin I Assambleyası


 

YUNESKO nəzdində Filosof qadınlar Cəmiyyətinin I Assambleyası

YUNESKO nəzdində
Filosof qadınlar Cəmiyyətinin
I Assambleyası

14-15 dekabr 2009-cu il, Paris, Fransa

14-15 dekabr 2009-cu il tarixdə Parisdə YUNESKO-nun nəzdində yaradılmış Filosof qadınlar cəmiyyətinin ilk Assambleyası keçirildi.

YUNESKO-nun sponsorluğu ilə fəaliyyət göstərəcək Filosof qadınlar cə­miyyəti 2007-ci ilin mart ayında təsis olunub və dünyanın 5 regionundan (Af­rika, Latın Amerikası və Karib hövzəsi, Asiya, Avropa və Şimali Ameri­ka və Ərəb dövlətləri) 71 dövləti təmsil edən 1304 üzvü birləşdirir.

Fəlsəfə tarixində filosof adlana biləcək çox az qadının adı bəllidir. Fi­lo­­sof qadınlar cəmiyyəti bir növ tarixdəki bu boşluğu doldurmaq məqsədi da­­şıyır və ilk addım kimi qadın filosoflar haqqında «Kim kimdir» (Who is who) məlumat kitabını və internet səhifəsini hazırlamışdır. Cəmiyyət yeni ya­­ransa da çox geniş planları var və bunların sırasında fəlsəfi konfrans və sim­poziumların təşkili, qadın filosofların tədqiqatlarının, ideyalarının bütün dün­yada ingilis və fransız dillərində yayılması, hətta Nobel mükafatına təq­dim edilməsi kimi maraqlı proyektlər də var. Ümumiyyətlə isə məqsəd – dün­­ya fəlsəfəsində qadının, qadın təfəkkürünün də öz yerinin olduğunu bir da­ha təsdiqləməkdir.

İki gün davam edən Assambleyada birinci gün cəmiyyətin strukturu, gə­ləcək fəaliyyəti, planları müzakirə edildi.

İkinci gün iclas «Kişi filosoflar qadın filosoflar haqqında nə düşünür­lər» mövzusuna həsr edilmişdi. Birləşmiş Ştatlardan və Fransadan dəvət olun­muş kişi filosofların «Qadın kimdir? Kişi kimdir? – Meyarsız əminlik haq­qında», «Qadın – filosof: mahiyyət nədir» və s. kimi məruzələri din­lə­nil­di və fikir mübadilələri oldu.

80-dən çox nümayəndənin iştirak etdiyi I Assambleyada Azərbaycan Respublikasını fəlsəfə elmləri doktoru Könül Bünyadzadə təmsil etmişdir.

 

 





14.02.2010    çap et  çap et