Fəlsəfə Dünyası

Səlahəddin Xəlilovun “Aşk və Akıl” mövzusundaki konfransı


 

Səlahəddin Xəlilovun “Aşk və Akıl” mövzusundaki konfransı

Səlahəddin Xəlilovun “Aşk və Akıl” mövzusundaki konfransı

Fevralın 23-də Gazi Universitetinin 100-ci İl Mədəniyyət Mərkəzində AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Səlahəddin Xəlilovun həmin üniversitetin iqtisadi idari elmlər fakültəsi “Akademik Düşüncələr Araşdırma Cəmiyyəti” (ADAT) tərəfindən təşkil olunan “Aşk ve Akıl” mövzusunda konfransı keçirilmişdir. Qeyd etmək lazımdır ki, tədbirdən bir neçə gün əvvəl konfransın keçirildiyi binada konfransın elanı – afişalar asılmış, internet saytlarında  konfransın mövzusu haqqında fikir müzakirələri başlamışdır. Eyni zamanda 400 nəfərlik  konfrans zalında bütün yerlərin dolması müşahidəçilər tərəfindən həm müəllifə, həm də mövzuya olan marağın təzahürü kimi qiymətləndirilmişdir.
Gazi Universiteti iqtisadi idari elmlər fakültəsi dekanı, professor Kadir Arıcı giriş sözü ilə konfransı açandan sonra fakültənin müəllimi, sosiologiya doktoru  Erdinc Yazıcı Səlahəddin Xəlilovun həyat və yaradıclığı haqqında tədbir iştirakçılarına arayış verdi və müəllifin son dövrlər “Almıla” jurnalında çap olunan “Məhəbbət və İntellekt” mövzusunda silsilə yazılarına gənclərin marağından danışdı.
Daha sonra söz Səlahəddin Xəlilova verildi.
S.Xəlilov  çıxışının əvvəlində gənclərin onun bügünkü çıxışdan bir qədər “xəyal qırıqlığına” uğramaq ehtimalının mümkün olduğunu söylədi. Məruzəçi bunun səbəbini kimi onun eşq anlayışının Şərqdə tərənnüm olunan eşq anlayışından bir çox baxımdan fərqli olması ilə izah etdi. Məruzəçi öz nitqində əsasən şərqdə məhəbbət konsepsiyasının izahı və bu konsepsiyanın sadə insanların eşq anlayışları fikri üzərində dayandı. Məruzəçi bunu Şərqdə elmi-fəlsəfi anlayışların fərqli olduğu hələ tam formalaşmaması və bədii təfəkkürdə amorf, sinkretik ifadə ənənəsinin daha güclü olması ilə izah etdi. Məruzəsində ilahi eşq məsələsinə də toxunan S.Xəlilov konkret bir qadına olan məhəbbətin ilahi eşqə aparan yolda bir vəsilə kimi dəyərləndirilməsinin də bir o qədər düzgün yanaşma olmadığını söylədi. Professor real eşqin ifrata vardırılmış eşq eyforiyasından fərqlərini izah etdi. Daha sonra suallar və məruzə ətrafında müzakirələr hissəsinə keçildi. Məruzəçiyə verilən sualları və fikir bildirənlər dinləyicilərin məruzəçinin fikrini dəstəkləyənlər olduğu kimi, məruzədə səsləndirilən bəzi məqamlarla razılaşmayanların da olduğu aydın olurdu. Axırıncılar daha çox öz fikirlərini eşqin heç bir sərhəd tanımayan bir hiss olduğu arqumenti ilə əsaslandırmaya çalışırdılar.
Tədbirin sonunda professor Kadir Arıcı mövzu haqqında öz ürək sözlərini söylədi və məruzəçiyə bu gözəl və məzmunlu nitqi üçün təşəkkür etdi.
Daha sonra  xatirə fotografları çəkildi, S.Xəlilov öz kitablarını gənc oxucular üçün imzaladı.
Oxuculara imza verərkən

 





02.03.2010    çap et  çap et