Fəlsəfə Dünyası

“Universitet və Elm” mövzusunda keçirilən simpozium


 

“Universitet və Elm” mövzusunda keçirilən simpozium

S.Xəlilov  Türkiyədə “Universitet və Elm” mövzusunda keçirilən simpoziumda xüsusi məruzə ilə çıxış  etmişdir

23-24 favral 2010 tarixləri arasında Türkiyənin Ankara şəhərində Türkiyə Elmlər Akademiyası və TOBB (Türkiyə Odalar və Borsalar Birliği) Universitetinin birgə  təşkil etdikləri “Üniversitet və Elm” mövzusunda iki günlük simpoziyum keçirilmişdir. Simpoziyumun işində Türkiyənin Yüksək Öğretim Kurulu (YÖK) başkanı, nüfuzlu universitet rektorları və Türkiyənin tanınmış elm xadimləri və ziyalıları iştirak etmişdir. Simpoziyumun açılış mərasimində çıxış edən Türkiyə Elmlər Akademiyasının prezidenti, professor Şükrü Koç və TOBB üniversitetinin rektoru Türkiyənin ali təhsil sistemi və elmi tədqiqatları istiqamətində qarşıda duran problemlərə toxunaraq, bu simpoziyumun bu problemlərin aradan qaldırılması üçün təkliflər olcağını ümid etdiklərini vurqulamışlar. Daha sonra  Türkiyənin Yüksək Öğretim Kurulu (YÖK) başkanı, professor Yusif Ziya Özcan Türkiyənin ali təhsil sistemininin mövcud vəziyyətini və aparılan islahatların mahiyyətini ehtiva edən geniş məruzə ilə çıxış etdi.
Daha sonra simpoziyum öz işini seksiyalarla  davam etdi. Seksiyalarda çıxış edən məruzəçilər arasında İlhan Tekeli, Alev Alatlı, Vedat Bilgin, Turan  ve Erdinc Yazıcının məruzələri xüsusi maraqla qarşılandı.
Simpoziyumun ikinci günü AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Səlahəddin Xəlilov xüsusi məruzə ilə çıxış etdi. Məruzənin ilk hissəsində sovet  elm  ənənəsindən və burda mövcud olan akademiya sistemindən danışan Xəlilov, bu sistemdə elm adamalarının əhatə olunduğu yaradıcılıq mühiti haqqında dinləyicilərə ətraflı məlumat verdi. Bu sistemin faydalı tərəflərindən bugün də istifadə edilməsinin zərurətini qeyd etdi.
Məruzəçi çıxışının böyük hissəsində fəlsəfə elminin problemləri üzərində durdu. Xüsusilə türk dünyası mədəni inteqrasiya prosesində filosofların üzərinə düşən vəzifələr haqqında danışdı.
Daha sonra  məruzəçi audutoriyanın çoxsaylı suallarına cavab verdi. Tədbirin sonunda söz alan Türkiyə Elmlər Akademiyasının prezidenti, professor Şükrü Koç S.Xəlilova bu məzmunlu və maraqlı mərüzə üçün təşəkkür etdi və konfransda iştirak etdiyi üçün ona Türkiyə Elmlər Akademiyasının xüsusi diplomunu təqdim etdi.

 





02.03.2010    çap et  çap et