az  |   tr
Fəlsəfə dünyası

Aktual mövzu
İtirilmiş maarif, yoxsa türk sivilizasiyası?!
Bəli, XI əsrdə türkün sözünün: fikrinin, hikmətinin, bəşər sivilizasiyasında rolunun öz ana dilində səslənməsinə Mahmud Kaşğari yol açdı, XXI əsrdə isə bunları Frederik Starr ingilis dilində dünyaya bəyan edir. Bizə qalan isə min ilin təbəddülatlarını, uğur və tənəzzül məqamlarını araşdırmaq, enerji potensialımızın gerçək mənbəyini dərk etmək, gələcəyə məhz öz üstün cəhətlərimizə əsaslanaraq üz tutmaqdır. Istər-istəməz sual ortaya çıxır ki, bu böyük intellektual enerjinin mənbəyini nədə axtarmaq lazımdır? Əgər dinin aparıcı rolu inkar edilirsə, onda bəlkə bölgənin iqtisadi və mədəni inkişaf səviyyəsi buna yol açmışdır? Lakin türklərin köçəri həyatı və bölgədə oturuşmuş təsərrüfat sisteminin olmaması bu versiyanı mümkünsüz edir. Digər tərəfdən, türk alimləri və mütəfəkkirlərinin üstünlüyü təkcə öz bölgələrində deyil, o dövrün inkişaf etmiş başqa bölgələrində, o cümlədən, elmi və mədəni mərkəz sayılan Bağdad şəhərində də özünü göstərirdi. F.Starr qeyd edir ki, Bağdada toplaşmış mütəfəkkirlərin böyük əksəriyyəti də məhz Orta Asiya mənşəli idi. Bu paradoksu hər halda necə izah etmək mümkündür? Əlbəttə, müəllif bunu türklərin hansı isə genetik üstünlüyü ilə izah etmir. Çünki türklər üçün səciyyəvi olan daha çox döyüş ruhu, hərbi şücaət idi. Lakin bu, məsələnin dünya tarixçiləri tərəfindən yekdilliklə qəbul olunan tərəfidir. Onların intellektual gücü və elmi xidmətləri isə məsələnin bir qayda olaraq, “unudulan”, qəbul edilməyən tərəfidir.

 
 
Yeniliklər
Həyat bir körpüdür" mövzusunda seminar Həyat bir körpüdür" mövzusunda seminar
"Həyat bir körpüdür" mövzusunda 2-ci seminar "Həyat bir körpüdür" mövzusunda 2-ci seminar
Fəlsəfə Dünyasında hikmət ağacı Fəlsəfə Dünyasında hikmət ağacı
F ə l s ə f ə D ü n y a s ı bütün fəlsəfə və hikmət sevənləri Dünya azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2014-cü il münasibəti ilə təbrik edir və arzu edir ki, illərin dəyişməsi ilə düşüncələrdəki aydınlıq da artsın, həmrəylik həm ürəklərdə və ideya qatında, həm də əməldə yaşansın.
Allah rəhmət eləsin, ANNA-TERESA TYMIENIECKA Allah rəhmət eləsin, ANNA-TERESA TYMIENIECKA
Cümə günü gecə (6-7 iyun 2014) dünyanın ən məşhur filosoflarından biri, Azərbaycanın və bütün İslam dünyasının böyük dostu Anna-Teresa Timiniçka haqq dünyasına qovuşmuşdur. Prof.Dr. Anna-Teresa Timiniçka müasir dövrdə fenomenologiyanın canlı klassiki, həyat fenomenologiyasının yaradıcısı, Qərb-Şərq Fəlsəfə dialoqunun təşəbbüskarlarından biri, Ümumdünya Fenomenologiya İnstitutunun təsisçisi və prezidenti, “Husserliana” məcmuəsinin baş redaktoru idi. Prof.Dr. Anna-Teresa Timiniçka 2004-cü ildə Azərbaycanda olmuş, Şihabəddin Yəhya Sührəvərdinin 850 illik yubiley mərasimində iştirak etmişdir. Azərbaycaanda fenomenoloji tədqiqatların aparılmasına dəstək vermiş, Azərbaycan fəlsəfəsinin dünya miqyasında təmsil olunmasına şərait yaratmışdır. AFSEA adından dünya fəlsəfə ictimaiyyətinə bu ağır itki münasibəti ilə dərin hüznlə başsağlığı veririk.
Azərbaycan aliminin yeni beynəlxalq uğuru Azərbaycan aliminin yeni beynəlxalq uğuru
Bu əsər Könül Bünyadzadənin Springer nəşriyyatında çap olunan artıq 4-cü məqaləsidir və əməkdaşlıq davamlı xarakter daşıyır. Bundan öncə gənc filosofun ABŞ-da nəşr olunan nüfuzlu “Philosophy study” jurnalındakı məqaləsi də beynəlxalq fəlsəfi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdı. Təsadüfi deyil ki, Parisdə nəşr olunan Yaradıcı Qadınlar haqqında ensiklopediyada da Könül Bünyadzadə müasir fəlsəfi fikrin tanınmış nümayəndələrindən biri kimi təqdim edilir.

 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.