Cümə günü gecə (6-7 iyun 2014) dünyanın ən məşhur filosoflarından biri, Azərbaycanın və bütün İslam dünyasının böyük dostu Anna-Teresa Timiniçka haqq dünyasına qovuşmuşdur.
Prof.Dr. Anna-Teresa Timiniçka müasir dövrdə fenomenologiyanın canlı klassiki, həyat fenomenologiyasının yaradıcısı, Qərb-Şərq Fəlsəfə dialoqunun təşəbbüskarlarından biri, Ümumdünya Fenomenologiya İnstitutunun təsisçisi və prezidenti, “Husserliana” məcmuəsinin baş redaktoru idi.
Prof.Dr. Anna-Teresa Timiniçka 2004-cü ildə Azərbaycanda olmuş, Şihabəddin Yəhya Sührəvərdinin 850 illik yubiley mərasimində iştirak etmişdir.
Azərbaycaanda fenomenoloji tədqiqatların aparılmasına dəstək vermiş, Azərbaycan fəlsəfəsinin dünya miqyasında təmsil olunmasına şərait yaratmışdır.
AFSEA adından dünya fəlsəfə ictimaiyyətinə bu ağır itki münasibəti ilə dərin hüznlə başsağlığı veririk.
On behalf of the Association of Philosophy and Social-Political Sciences of Azerbaijan and East-West Research center, I would like to express our most sincere condolences for the very sad news that the President of the World Phenomenology Institute, founder of the Doctrine Phenomenology of Life, famous philosopher Professor Anna-Teresa Tymieniecka passed away on 7th June 2014.
We will keep Professor Tymieniecka in our memory forever. May her soul rest in eternal piece!
Once again, please accept our very sincere condolences.
With best wishes,
Professor Salahaddin Khalilov
Chairman of the Association of Philosophy and Social-Political Sciences of Azerbaijan
Salahaddin Khalilov (Baku, Azerbaijan)