az  |   tr
Fəlsəfə dünyası

XXI əsr: Yeni mədəniyyət məkanına inteqrasiya.   –  [01.02.2010]

Müəllif:
Rəbiyyət Aslanova

XXI əsr: Yeni mədəniyyət məkanına inteqrasiya.

Rəbiyyət Aslanova
XXI əsr: Yeni mədəniyyət məkanına inteqrasiya.


Bakı, "Nurlan" nəşriyyatı, 2007 - 440 səh.

Müasir dövrdə hər bir dövlət özünün milli inkişafına, maraq və mənafeyinə uyğun siyasətini həyata keçirir. Eyni zamanda, dünya dövlətlərinin xarici siyasətində bir umumi xətt — inteqrasiya istiqaməti də aydın sezilməkdədir.
XXI əsrdə dövlətlərarası qarşılıqlı əmakdaşlıq münasibətləri, "qloballaşma " adlandırılan çoxşaxəli, ümumplanetar proseslərlə səciyyələnir. Qloballaşmanın yalnız inkişaf səviyyəsi baxımından deyil, ən başlıcası təkrarsız və özünəməxsus mədəniyyətlərin daşıyıcısı olan ən müxtəlif ölkələri də əhatə etməsini nəzərə alsaq, hesab etmak olar ki, mədəni inteqrasiyanın mükəmməl modelinin axtarışları müasir dünyada öz həllini tələb edən taleyüklü problemlərdan biridir.
Mədəni inteqrasiya bəşəriyyətin mənəvi potensialının qorunma-sı, inkişafı va sintezini təmin etmək baxımından dünya birliyi qarşısında duran humanitar va sosial problemi kimi çıxış edir.
Fəlsəfə elmləri doktoru, professor Rəbiyyət Aslanovanın təqdim olunan kitabı yeni yüzillikdə hansı mədəniyyət məkanında yaşadığımız, inteqrasiyanm nə kimi mədəni-mənəvi faktorlarla şərtləndiyini ətraflı təsəvür etmək istəyən geniş oxucu auditoriyasına ünvanlanmışdır. Kitabda inteqrasiyanm baş verdiyi "böyük məkanlar" nəzəriyyəsi, həmçinin, onun praktiki konsepsiya kimi Avropada tətbiqi faktları ilk dəfə diqqətə çəkilir. Kitab məkanda yolgöstərən olmağa deyil, yol yoldaşı kimi məkanı birlikdə tanımaq arzusuna xidmət edir.

ISBN 978-9952-809-87-9

© Rebiyyat Aslanova, 2007
© «Nurlan», 2007

Baxılıb: 4791


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.