az  |   tr
Fəlsəfə dünyası

Yeni siyasət: inkişafa doğru   –  [02.02.2010]

Müəllif:
Ramiz Mehdiyev

Yeni siyasət: inkişafa doğru

Ramiz MEHDİYEV
Yeni siyasət: inkişafa doğru. 2 cilddə. I cild.

Bakı, «Azərbaycan» qəzeti, 2008, 581 səh.
Ön sözün müəllifi: f.e.d., prof. R.Aslanova.

«Yeni siyasət: inkişafa doğru» kitabı Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri, həqiqi dövlət müşaviri, akademik Ramiz Mehdiyevin 2006-2008-ci illərdə «Azərbaycan» qəzetində dərc edilən əsərlərinin və onlara həsr edilən rəylərin məcmusudur. Azərbaycanın müstəqillik dövrünün fundamental salnaməsi olan bu əsərlərdə ölkəmizdəki sosial-iqtisadi tərəqqi, baş verən mütərəqqi siyasi dəyişikliklər, aparılan hüquqi-demokratik islahatlar konseptual şərh edilmiş, Heydər Əliyev irsinin milli inkişaf strategiyasına çevrilməsi və bu siyasi xəttin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi əsaslandırılmışdır. Tanınmış elm xadimlərinin, ziyalıların, mütəxəssislərin rəylərində isə Azərbaycanın son 15 illik dövrünü əhatə edən intibah mərhələsi məhz bu araşdırmaların kontekstində təhlil olunmuşdur.
«Azərbaycan» qəzetinin «Azərbaycanın özü qədər əbədi» silsiləsindən nəşr etdirdiyi bu növbəti kitab elmi ictimaiyyət, geniş oxucu kütləsi və Heydər Əliyev irsinin tədqiqatçıları üçün dəyərli töhfədir.    

Yeni siyasət: inkişafa doğru. 2 cilddə. II cild.
Bakı, «Azərbaycan» qəzeti, 2008, 343 səh.

Kitab Azərbaycanın seçdiyi inkişaf yolunun təməl prinsiplərinin müasir müasir dövrün tələbləri baxımından elmi-nzəri cəhətdən araşdırılmasına həsr olunmuşdur. Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş bu prinsiplər ölkəmizin hazırkı tərəqqi mərhələsində də milli inkişaf strategiyasının əsasını təşkil edir. Dörd bölmədən ibarə olan kitabda Azərbaycan şəraitində iqtisadiyyatdan demokratiyaya, sabitlikdən modernləşməyə doğru tranzitin xüsusiyyətlərindən bəhs edilir, güclü dövlət, modernləşmiş iqtisadiyyatvə azad vətəndaş cəmiyyəti quruculuğu yolunda Prezident İlham Əliyevin qarşıdakı dövr üçün fəaliyyətinin gündəliyinin ümumi mənzərəsi verilir.
Kitab ictimai elmlər sahəsində çalışan mütəxəssislər, siyasətçilər, ali məktəblərin humanitar fakültələrinin tələbələri, ümumiyyətlə, kütləvi oxucular üçün nəzərdə tutulmuşdur.

Baxılıb: 4039


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.