az  |   tr
Fəlsəfə dünyası

"Kamillik" mövsusunda elmi seminar keçirildi.   –  [06.01.2011]

"Kamillik" mövsusunda elmi seminar keçirildi.

Yanvar ayının 4-də Fəlsəfə Dünyasında “Kamillik” mövzusunda elmi seminar keçirildi.
Tədbirdə Prof.Dr. Səlahəddin Xəlilov, Prof.Dr. Cavad Heyət, Prof. Dr. Fərman İsmayılov, Prof. Dr. Aydın Şirinov, Prof. Dr. Könül Bünyadzadə, Dos.Dr. Lətafət Hümmətova, Dos.Dr. Vəsilə Hacıyeva, Dr. Eltac Yüzbaşov, Dr. Bəhram Həsənov, Dr. Rəşad İlyasov, Amerika, Türkiyə və İrandan gəlmiş qonaqlar, Seminar iştirakçılarıaspirant və magistrlar iştirak edirdi. 
Seminarı giriş sözü ilə Prof.Dr. Səlahəddin Xəlilov açdı və fərdi kamilliklə ictimai yetkinliyin əlaqəsindən bəhs etdi. Belə ki, iki fərqli proses bir-birini tamamlamalıdır. Bir tərəfdən, ayrı-ayrı insanlar kamilləşməli, intellektual və mənəvi keyfiyyətlərin vəhdətinə nail olmalıdırlar. Digər tərəfdən də, ictimai təşkilatlanma səviyyəsi elə yüksək olmalıdır ki, əhalinin bir millət olaraq formalaşması həyata keçsin.  
İnsanı səciyyələndirən keyfiyyətlərdən çoxu, onun maddi ehtiyacları, intellekti, bilik və əməli vərdişləri ümumbəşəri səciyyə daşıyır. Əsrlər boyu əvvəlki nəsillərin fəaliyyəti ilə yaranmış elm və texnologiya, maddi-texniki sərvətlər bütün insanlar üçün ünvanlanmışdır. Lakin bu və ya digər millətə mənsub olan adamlar müəyyən dildə danışır, müəyyən adət-ənənələri qoruyub saxlayırlar. Lakin əsas birləşdirici amil milli ideya, milli fəlsəfi fikirdir. Milli fəlsəfi fikir dövlətçiliyin təməl daşlarından biridir. Özünü dərk etməyən xalqın Vətən idealı ola bilməz.
Səlahəddin Xəlilov
Vətənə şüurlu sevgi, milli özünüdərk və fərdi fəaliyyətlərin bu kontekstə salınması tələbi hər bir adamın üzərinə ağır yük qoyur. Və bunu hər bir adamdan tələb etmək də düzgün deyil. Yəni, hər bir adam əvvəlcə filosof olub sonra fəaliyyət göstərə bilməz. Millətin, vətənin elmi-fəlsəfi özünüdərk konsepsiyası bütün millətlər deyil, milli intellektin səfərbər olunması sayəsində, milli filosoflar, ictimai-siyasi liderlər tərəfindən işlənib hazırlanmalı və geniş kütlələrin sərəncamına verilməlidir. Lakin elmi-fəlsəfi dildə yox, elmi-kütləvi, fəlsəfi-publisistik, poetik dildə, bədii obrazlar vasitəsilə, ədəbiyyatın, sənətin, kütləvi informasiya vasitələrinin bütün mümkün imkanlarından istifadə etməklə!
Sonra S.Xəlilov Fəlsəfə Dünyasının qonağı olan Prof.Dr. Cavad HeyətCavad Heyəti fərdi kamilliyə bir nümunə kimi göstərdi və onun haqqında çıxmış “Kamillik zirvəsi” kitabını seminar iştirakçılarına təqdim etdi.
Söz Cavad Heyətə verildi və o, öz şəxsi fəaliyyəti timsalında bir həkim-mütəxəssis kimi gördüyü işlərlə yanaşı, öz milləti üçün, onun tarixinin, ədəbiyyatının tədqiqi və təbliği naminə gördüyü işlərdən bəhs etdi. İranda Azərbaycan dilində çap olunan ilk jurnal olan “Varlığın” necə yaranmasından, bu jurnalın əsas məqsədlərindən danışdı. Və hər bir millətin özünüdərk səviyyəsinə gəlib çatması üçün ana dilinin,  ədəbiyyatın böyük əhəmiyyəti ilə yanaşı, milli fəlsəfi fikrin də zəruri olduğunu əsaslandırmağa çalışdı.
Daha sonra Prof.Dr. Fərman İsmayılov və Prof.Dr. Aydın Şirinov cəmiyyətin mənəvi həyatında milli fəlsəfi fikirlə yanaşı, elmi biliklərə, böyük filosofların əsərlərinə yiyələnməyin də mühüm rol oynadığını vurğulayaraq bir sıra tarixi faktlar və ibrətamiz hadisələr üzərində dayandılar. F.İsmayılov müasir Avropa mədəniyyətinin formalaşmasında Qərb fəlsəfi fikrinin təməl kimi çıxış etdiyini və bütün diğər xalqların da özünüdərk mərhələsində klassik fəlsəfi fikrə müraciət etməli olduqlarını göstərdi.

Fərman İsmayılovAydın Şirinov
 




















Tələbə və aspirantlar onları maraqlandıran məsələlər barədə suallar verdilər və mövzu ətrafında geniş müzakirə aparıldı.
Seminarın sonunda Fəlsəfi Diskursun qaliblərinə mükafatlar verildi, xatirə şəkilləri çəkildi. 

Züriyə Babayeva, Səlahəddin Xəlilov, Cavad Heyətİlkin Abdullayev, Səlahəddin Xəlilov, Cavad Heyət















Seminar iştirakçıları 

Baxılıb: 8926    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.