az  |   tr
Fəlsəfə dünyası

"Damla öz damcı həyatını yaşasa yaxşıdı, yoxsa dəryaya qatılıb
itsə yaxşıdı?!   –  
[01.02.2011]

"Damla öz damcı həyatını yaşasa yaxşıdı, yoxsa dəryaya qatılıb itsə yaxşıdı?!

 

Fəlsəfi Diskursda bu dəfə Mövlana dəryasının bir damlası üzərində düşünüldü: “Damla öz damcı həyatını yaşasa yaxşıdı, yoxsa dəryaya qatılıb itsə yaxşıdı?” Suala 26 iştirakçı cavab vermiş və 22 bəyənilən cavab saytda yerləşdirilmişdir. Bunlardan 5 ən yaxşı cavabın müəllifi mükafata layiq görülmüşdür.

       Tofiq Əhmədov: “Mövlana fəlsəfəsi kontekstindən bu diskursu əslində fərqli bir kontekstindən də nəzərdən keçirmək lazım gəlir. Damlaları insanlar, dəryanı isə tamlığın, bütövlüyün, biliyin, kamilliyin obrazı kimi qiymətləndirmiş olsaq damlaların dəryaya hər zaman ehtiyacı var. Burada dərya damlaların toplusu deyil, əksinə, damlalar dəryadan qidalanıb, onun həqiqətini özündə daşıyan kiçik bir varlıqdır, varlıqlardır. Damlalar məhz damla olaraq yaşamalıdır. Çünki onlar damla olaraq yaradılmışlar. Kiçik, məhdud bir damcı miqyası onun taleyi və qismətidir. Amma dəryadan, tam olandan, bütöv bir mahiyyətdən ayrı qaldıqca damlalar ondan qidalanmaq, zənginləşmək imkanından da məhrum olur. İnsanı yaradarkən Allah öz nəfəsindən üfürdü ona, yəni, ona ruh verdi – deyirlər. Beləliklə, insan əslində bilik və düşüncə qabiliyyətinə malik bir varlıq oldu, kamil ruhun bir zerrəsinə, daşıyıcısına çevrildi. Lakin bu ruhun təmizlənməsi, zəginləşməsi, kamilləşməsi üçün damlaların zaman-zaman dəryaya baş vurması lazımdır. Dəryaya baş vurmaq, onu seyr etmək, yaxud da onda itmək... və yenidən geri dönmək damlaların alın yazısıdır. Dərya isə o qədər gözəl olur ki, ona baş vuran damlalar ondan bir daha ayrılmaq istəmir, onda itmək, onda ərimək, onun bir hissəsi olmaq istəyir.

 

       Samirə Həsənova: “Əslində hər şey bir tərəfdən damlanın nə istədiyinə bağlıdır. Əgər o, sonsuz sevgi istəyirsə dəryanı istəyəcək, əgər o həsrət istəyirsə təkliyi seçəcək, əgər o, ömür istəyirsə dəryanı istəyəcək, əgər o, yox olmaq istəyirsə təkliyi istəyəcək... Amma hər halukerde damlanin qədəri yenə dəryadadır. Ya o, dəryadaykən buxarlanar yenidən dəryaya qayıdar başqa şəkildə, ya da torpaqdan sovrular yenə dəryaya qayıdar başqa şəkildə... Dəryanın başlanğic istəyi, yəni səbəbi onu məhkum olduğu qədərindən, yəni nəticədən qurtara bilmir...”.

 

       Kəmalə Mahmudova: “Damla damcı halında yaşasa faydası az olar. Amma bir bahar, sübh çağı qızılgül ləçəyində, yaşıl yarpaq üzərində, yaxud yamyaşıl çəməndə otlar üzərində şeh damcısı şəklində düşsə, gözəldir. Damla səssiz süzülən göz yaşında da gözəldir. Damla bir bahar sorağıyla hündürlüklərdən damcı-damcı əriyib tökülən buz damcısında da gözəldir. Damlanın dəryaya qovuşmağı ona olan cazibəsindəndir. Damla gah şahə qalxan, gah da səssiz dalğalanan ümman sularında da gözəldir. Qoy, damla harada istəyir orada da qalsın.

 

       Elçin Məmmədzadə: “Unutmaq olmaz ki, hər bir dərya damcılardan ibarətdir, damcılar birləşərək dəryanı yaradır. Deməli, damcılar olmadan dərya yarana bilməz. Dərya isə böyük, ucsuz-bucaqsız bir aləmdir. Damcı tək yaşasa o, damcıdır, dəryaya qarışsa, artıq öz mövcudluğunu itirəcək. Digər damcılarla birlikdə dəryada bəlkə də, əbədi mövcud olacaq, amma, daha damcı olmayacaq. Dəryaya qatılmayan damcı isə zaman keçdikcə ya torpağa hopub yox olacaq, ya da digər damcılarla birləşib özü dəryaya çevriləcək. Amma hər ikisində də eyni nəticə alınacaq: Damcı tək mövcud ola bilməz. Onun dəryaya qarışmağı özü bir zərurətə çevriləcək.

 

       Turan Babazadə: “Məncə hər şey situasiyadan asılıdır. Bəzən elə məqamlar olur ki, o məqamlarda mütləq fərdi fəaliyyət göstərməli olursan (yəni damcı olursan). Elə məqamlara da rast gəlirsən ki, həmin məqamlar səndən `sən` olmağı deyil, `onlar` olmağı tələb edir (yəni dəryaya qatılıb digər damcılara qarışmağı tələb edir).

 

 

        Qaliblər mükafatlandırılmaq üçün fevral ayının 5-də saat 15.00-da Fəlsəfə Dünyasına dəvət edilirlər.

 

 

 

Baxılıb: 5874    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.