az  |   tr
Fəlsəfə dünyası

Prof. S.Xəlilovun "Elm haqqında elm" kitabının təqdimat mərasimi oldu   –  [17.05.2011]

Prof. S.Xəlilovun "Elm haqqında elm" kitabının təqdimat mərasimi oldu

 

 

2011-ci il mayın 17-də saat 10.30-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Rəyasət Heyətinin binasında AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilovun “ELM haqqında ELM” kitabının (elmi redaktoru və ön sözün müəllifi – akademik Ramiz Mehdiyev, rəyçilər – akademik Mahmud Kərimov və akademik Arif Mehdiyev) təqdimat mərasimi oldu.

Mərasimi açan AMEA-nın Prezidenti akademik Mahmud Kərimov ulu öndər Heydər Əliyevin: “Yaranmış elmi potensialı qorumalı, sax­­la­ma­lı, ondan indi və gələcəkdə müstəqil Azər­baycanın inkişafı naminə daha səmə­rə­li istifadə etməliyik” fikirlərini yada salaraq qeyd etdi ki, S.Xəlilovun təqdimatı keçirilən kitabı da əsasən bu ideyaya xidmət edir. Kitab müəllifin son ildə elmşünaslığa dair yazdığı sayca dördüncü və məzmunca ümumiləşdirici, yekun əsəridir. Bundan öncə çap olunmuş “Azərbaycanda elm və onun təşkilati formaları”, “Elm adamları elm haqqında” və “Elmşünaslığa giriş” kitabları bu yekun əsər üçün bir növ hazırlıq mərhələləri hesab oluna bilər. Akademik M.Kərimov onu da qeyd etdi ki, adı çəkilən ilk kitabda müəllif məhz Azərbaycanda elmin vəziyyəti və qarşıda duran vəzifələrdən, “Elm adamları elm haqqında” adlandırdığı kitabda türk-islam dünyasında elmə münasibət məsələlərindən bəhs edirdisə, “Elmşünaslığa giriş” kitabında bütün dünya miqyasında elmin və ona münasibətin formalaşması tarixindən və bu sahədə aparılan tədqiqatlardan söhbət açmış, elmşünaslığın müstəqil bir fənn kimi səciyyəsini vermişdir. Burada həmçinin müasir dünya elmşünaslığına ümumi nəzər salınmış, bu sahədə aparılan tədqiqatlar barədə müfəssəl məlumat verilmişdir. Təqdimatına toplandığımız “Elm haqqında elm” kitabı isə müəllifin neçə illər ərzində elmşünaslıq sahəsində apardığı şəxsi tədqiqatlarını da əhatə edir və bu sahədə ensiklopedik bir əsər olmaqla yanaşı, həm də sanballı bir monoqrafiya kimi dəyərləndirilə bilər.

Daha sonra mərasimdə çıxış edən Ali Attestasiya Komissiyasının sədr müavini, AMEA-nın müxbir üzvü Vəli Hüseynov, Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Dr. Elçin Babayev, “Xəzər” Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı, millət vəkili, Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli, AMEA-nın müxbir üzvü, professor Vaqif Abbasov, BDU-nun professoru Şahlar Əsgərov və s. alimlər kitabda öz əksini tapmış əsas ideyaları işıqlandırmaqla yanaşı,  belə bir qənaəti də vurğuladılar ki, fəlsəfi dünyagörüşü və elmi metodologiyaya yiyələnmədən, fundamental elmi tədqiqatlar sahəsində böyük uğur qazanmaq mümkün deyil.

Ön sözdə akademik Ramiz Mehdiyevin qeyd etdiyi belə bir cəhət də vurğulandı ki, bu kitab nəinki Azərbaycanda, bütün İslam Şərqində elmşünaslıq sahəsində yazılmış ilk fundamental tədqiqat əsəridir. Belə ki, müəllif indiyədək dünya elmşünaslığında məlum olan məsələləri şərh etməklə yanaşı, həm də yeni konsepsiya ilə çıxış etmişdir. Müəllif elmin inkişafının tarixi, sosial, elmimetrik və epistemoloji aspektlərini ortaq məxrəcə gətirməklə elmin vahid sistemli təlimini yaratmağa nail olmuşdur.

Müzakirələr göstərdi ki, prof. S.Xəlilovun təqdim etdiyi əsərlər Azərbaycanda elm sahəsində aparılan islahatların vahid metodoloji təməl üzərində qurulmasına və daha optimal şəkildə həyata keçirilməsinə imkan açır. Ona görə də çıxış edənlərin əksəriyyəti elmi müəssisələrin idarə olunması və elmi kadrların hazırlanmasında kitabda irəli sürülən tövsiyələrin nəzərə alınması zərurətini qeyd etdilər.

 

Baxılıb: 5690    Çap et    Dostuna göndər

Aşağıdakı şəkillərə həm də foto qalereyada Elm haqqında elm qovluğunda baxa bilərsiniz


















 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.