az  |   tr
Fəlsəfə dünyası

Azərbaycanda humanitar və ictimai elmlər sahəsində yaranmış
vəziyyətə həsr olunmuş müşavirə   –  
[14.02.2010]

Azərbaycanda humanitar və ictimai elmlər sahəsində yaranmış vəziyyətə həsr olunmuş

M Ü Ş A V İ R Ə

21 noyabr 2009-cu il, Bakı, Azərbaycan

Noyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Döv­lət İdarəçilik Akademiyasında Prezident Administrasiyasının rəhbəri, aka­de­mik Ramiz Mehdiyevin sədrliyi ilə ölkədə humanitar elmlərlə məşğul olan alim, müəllim, elm və təhsil ocaqlarının rəhbərləri, təhsil naziri, Milli Elm­lər Akademiyası prezidentinin iştirakı ilə müşavirə keçirilmişdir. Mü­şavirə­də Azərbaycanda humanitar və ictimai elmlər sahəsində yaranmış vəziyyətlə bağ­lı məsələ müzakirə olunmuşdur.

Prezident İlham Əliyevin ictimai elmlər sahəsində yaranmış və­ziy­yət­dən narahatlığını diqqətə çatdıran Ramiz Mehdiyev demişdir: "İlk növbədə qeyd etmək istərdim ki, bizim toplantı cənab Prezident İlham Əliyevin bila­va­­­sitə tapşırığı əsasında keçirilir. Prezident hesab edir ki, müzakirə üçün çox­­­lu problemlər yığılıb qalıb. Onlar haqqında ətraflı söhbətə ehtiyac var­dır".

Prezident Administrasiyasının rəhbəri qeyd etmişdir ki, Azərbaycanın iq­­tisadi yüksəlişi və iqtisadiyyat sahəsində keçid mərhələsini başa çatdır­ma­sı yeni hədəflər müəyyənləşdirmişdir. "Danılmaz faktdır ki, bu gün Azər­bay­­can dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. İnkişafın bu­gün­kü səviyyəsinə çatmaq üçün xalqımız çox çətinliklər dəf etmiş, çox sı­naq­lar­dan keçməli olmuşdur. Bu müddət ərzində biz mürəkkəb, eyni zamanda şə­rəf­li yol keçmişik. Bu yol bizə möhkəm əsaslar üzərində dövlətçilik for­ma­laş­dırmaq imkanı vermişdir".

Akademik Ramiz Mehdiyev 90-cı illərin ideologiyasızlığı və ori­yen­ta­si­yasızlığının artıq arxada qaldığını vurğulayaraq demişdir ki, milli mədəni-mənəvi oriyentasiyanın olmaması, xarici dövlətlərin stereotip inkişaf model­lə­rinə kor-koranə riayət edilməsi hökmən millətin öz simasını itirməsi ilə nə­ticələnir. Ancaq Azərbaycanda cəmiyyəti səfərbər etmək mümkün ol­muş­dur. Bu məsələdə ulu öndər Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayan aka­demik demişdir: "Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyən­ləş­dirmiş ümummilli lider Heydər Əliyev bütün cəmiyyəti səfərbər edərək onu düzgün yola istiqamətləndirdi. Bu gün 90-cı illərin çətinliklərini artıq ge­­ridə qoymuşuq. Biz müasir Azərbaycan dövlətinin inkişafında yeni mər­hə­lə yaşayırıq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, iqtisadi sahədə ke­çid dövrü artıq başa çatmışdır. Ölkəmizdə inkişafın yüksək sürəti təmin edilmişdir. İndi möhtəşəm və məsuliyyətli vəzifələrin öhdəsindən gəlmək üçün dövlətimizin kifayət qədər potensialı və təcrübəsi vardır. Dünyanı bü­rü­müş indiki maliyyə və iqtisadi böhran şəraitində bu, çox böyük nailiy­yətdir".

Prezident Administrasiyasının rəhbəri indiki şəraitdə fəlsəfənin və ümu­­miyyətlə ictimai elmlərin aktuallığının artdığını qeyd edərək demişdir ki, bu salonda əyləşənlər qarşısında daha bir mühüm vəzifənin həlli məsələsi da­yanır. Bugünkü müşavirə ictimai elmlərdə yaranmış vəziyyətə və təhsil sahəsində qarşıda duran problemlərin qısa zamanda həlli yollarının mü­əy­yən olunmasına həsr edilmişdir. Əsas məqsədimiz ondan ibarətdir ki, yaxın il­lərdə təhsildə, elmdə və ümumən intellektual sahələrdə ciddi dönüş yara­dıl­malıdır.

Akademik Ramiz Mehdiyev mövcud problemlərin həlli istiqamətində atı­lan addımlar sırasında Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunu xü­su­si qeyd etmişdir. Fondun əsas məqsədi elmin müxtəlif sahələrində apa­rı­lan araşdırmaların səmərəliliyinin artırılmasını və dünya elm məkanında Azə­­­r­baycan elminin layiqincə təmsil olunmasını təmin etməkdir. Bundan əv­­­vəl isə dövlətimizin başçısı elmin inkişaf strategiyasının əsas müd­də­a­la­rı­nı təsdiq etmişdir.

Bildirilmişdir ki, Prezident İlham Əliyevin YUNESKO-nun Baş direk­to­­ru Koişiro Matsuura ilə əldə etdiyi razılıq əsasında beynəlxalq ekspertlər qru­pu Azərbaycan elminin idarə edilməsi, maliyyələşdirilməsi və təşkilinə da­ir hazırlıq işləri aparır. Bu ilin sonuna yekun hesabat və təkliflər təqdim olu­nacaqdır.

Akademik Ramiz Mehdiyev diqqətə çatdırmışdır ki, milli-mənəvi də­yər­lərin qorunması indi ən ümdə vəzifələrdən biridir. Lakin milli dəyərlərin qo­runub saxlanmasından danışarkən biz heç də onların konservasiyasını nə­zər­də tutmuruq. Biz daim irəliyə, gələcəyə baxmalı, insani, maddi və mə­nə­vi resurslarımızı səfərbər etməliyik. Millətin tarixi keçmişi onun gələcəyə doğ­ru uğurla addımlaması üçün həm zəmin, həm də ibrət dərsidir. Yeni in­ki­şaf yolunu müəyyən edən strategiyada, sözsüz ki, varisliklə novatorluq vəhdət təşkil etməlidir.

Prezident Administrasiyasının rəhbəri elm sahəsində vəziyyəti ciddi təh­lil etmişdir. Onun sözlərinə görə, Milli Elmlər Akademiyasında və ali mək­təblərdə müxtəlif sahələr üzrə kifayət qədər elmlər doktoru və elmlər na­mizədi hazırlanmışdır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonrakı dövr­də isə belə bir vəziyyət müşahidə olunur ki, həmin potensial zəruri təd­qi­qatların aparılmasından uzaqdır və ümumən ölkənin gələcək inkişaf stra­tegiyasının elmi əsaslandırılması baxımından bir növ istifadəsiz qalmışdır. Bu gün elmə gələn bəzi insanların əksər hallarda şəxsi keyfiyyətləri, təhlil qa­biliyyətləri dünya standartlarından çox-çox uzaqdır. Beynəlxalq tərkibli el­mi şuralar yoxdur. Mövcud elmi şuralar öz iclaslarında elmin müxtəlif sa­hə­lərinə həsr olunmuş xüsusi müzakirələr keçirmirlər. Müdafiə şuraları sə­viy­yəsiz araşdırmalara, dissertasiyaların müxtəlif yollarla yazılmasına və mü­dafiəsinə, elmdən uzaq adamlara elmi adların verilməsinə ciddi və tə­ləb­kar­lıqla yanaşmır, nöqsanlara göz yumurlar. Müdafiə olunan dis­serta­si­ya­la­rın böyük bir qisminin sanballı elmi tutumu və yeni elmi ümumiləşdirmələri yoxdur. Çox təəssüf ki, belə faktlar var və onların sayı azalmır, əksinə, artır.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev çıxışının so­nun­da konkret təkliflərə də toxunmuşdur. Qeyd olunmuşdur ki, Milli Elmlər Aka­demiyasının hər bir institutu və ali məktəblərin müvafiq qurumları ic­ti­mai və humanitar elmlərlə bağlı öz inkişaf konsepsiyasını və fəaliyyət pro­qra­mını altı ay ərzində hazırlayıb Elmin İnkişafı Fonduna təqdim etməlidir.

İkincisi, Milli Elmlər Akademiyası 2010-2015-ci illərdə həyata ke­çi­ri­lə­cək tədqiqatların ümummilli proqramını hazırlamalıdır. Belə bir real, öl­kə hə­yatı ilə bağlı proqramın maliyyələşməsini Azərbaycan dövləti təmin edə bilər.

Üçüncüsü, gənc tədqiqatçılar üçün kiçikhəcmli qrantlar sistemi tərtib olunmalı və bununla yanaşı, gənclərin elmə cəlb edilməsinə dair konkret təkliflər işlənib hazırlanmalıdır. Bu işi Təhsil, Gənclər və İdman nazirlikləri öz üzərlərinə götürə bilərlər.

Dördüncüsü, Azərbaycan üçün ictimai və humanitar elmlər üzrə prio­ri­tet sahələr müəyyən edildikdən sonra xaricdə təhsil proqramı çərçivəsində el­mi kadrların magistratura və doktoranturada hazırlığı müvafiq qurumların verdiyi təkliflər əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Təh­sil üzrə Komissiya tərəfindən həyata keçirilə bilər.

Nəhayət, Milli Elmlər Akademiyası Dağlıq Qarabağ problemi ilə bağlı kon­septual materialların hazırlanması, tədqiqatların və monoqrafiyaların ça­pı üçün xüsusi qrant ayıra bilər.

Mövzu ilə bağlı keçirilən müzakirələrdə təhsil naziri Misir Mərdanov, MEA-nın prezidenti, akademik Mahmud Kərimov, akademiyanın Ədəbiyyat İn­stitutunun direktoru, akademik Bəkir Nəbiyev, filosof-alim Zümrüd Qu­lu­za­də, akademiyanın müxbir üzvləri, Nizami adına Ədəbiyyat Muzeyinin di­rek­toru Rafael Hüseynov, Səlahəddin Xəlilov və Slavyan Universitetinin rek­­toru Kamal Abdulla, MEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, pro­fes­­sor Gövhər Baxşəliyeva, Ali Attestasiya Komissiyasının sədri Arif Meh­di­yev fikirlərini bölüşmüş, təkliflərini bildirmişlər.

 

AzərTAc

Baxılıb: 4797    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.