az  |   tr
Fəlsəfə dünyası

Müasir dünyada yeni düşüncəyə   –  [24.08.2009]

Müasir dünyada yeni düşüncəyə

Beynəlxalq elmi konfrans

2 may 2009-cu il,  Bakı/Azərbaycan

 

Mayın 2-də Bakıda “Avropa” mehmanxanasında Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının (AFSEA) və Türk Əməkdaşlıq və İn­kişaf Agentliyinin (TİKA) təşkilatçılığı ilə “Müasir dünyada yeni dü­şüncəyə ümumi baxış” mövzusunda beynəlxalq elmi konfrans keçirildi.

Azərbaycan, Türkiyə və Əlcəzairdən olan tanınmış filosofların iştirak et­dikləri elmi konfransda ənənəvi Şərq düşüncəsinin modernləşməsi, yeni məz­munla zənginləşməsi prosesinin aktual problemləri müzakirə olun­du.

AFSEA-nın prezidenti, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, görkəmli filosof, akademik Ramiz Mehdiyev giriş nitqində tədbirin əhəmiyyətindən və müasir mərhələdə Azərbaycan fəlsəfi fikrinin qarşısında duran başlıca vəzifələrdən danışdı.

Akademik Ramiz Mehdiyev dedi ki, müasir müstəqil Azərbaycan döv­­ləti inkişafının yeni mərhələsinə qədəm qoymuşdur və Prezident İlham Əli­yev ölkənin intellektual inkişafının təmin olunmasını milli prioritet elan et­mişdir. Azərbaycan fəlsəfi fikrinin qarşısında duran vəzifələrdən danışan aka­demik vurğulamışdır ki, qloballaşma dövründə Şərq və Qərb fəlsəfi fikir ənə­nələrinin yaxınlaşması və insanların dünyaya baxışlarının vahid kon­sep­tu­al sisteminin yaradılması üçün regional əlaqələrin inkişafına böyük ehtiyac vardır.

Qeyd edildi ki, Azərbaycan üçün bir tərəfdən Avropaya inte­qra­si­ya­nın siyasi, iqtisadi və elmi-texnoloji əhəmiyyəti getdikcə artır, digər tə­rəf­dən, MDB məkanında və türkdilli dövlətlərin əlaqələrinin inkişafında yeni pers­pektivlər açılır.

Akademik dedi: “Müstəqillik əldə etdikdən sonra Azərbaycanın ic­ti­mai-siyasi, mənəvi həyatında ən mühüm məsələlərdən biri imtina etiyi­miz kom­munist ideologiyası əvəzinə milli mahiyyətimizi və varlığımızı ifa­də edən yeni dünyagörüşünün və düşüncə tərzinin nəzəri-fəlsəfi əsaslarının mü­­əyyən edilməsi olmuşdur. Son illərdə ölkəmizdə gedən ictimai-siyasi pro­­seslərin elmi-fəlsəfi təhlili aparılır və nəinki təkcə Azərbaycanda, hətta bü­tün dünyada və regionda baş verən proseslərin ümumi meyilləri müəy­yən­ləşdirilir. Başqa sözlə desək, siyasətin fəlsəfi sahəsində müəyyən uğurlar əldə edilmişdir”.

Filosof R.Mehdiyev dedi ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına da müəyyən təsir edə bilər. Lakin ölkə iq­tisadiyyatının yalnız neft amilindən asılı olmaması və qeyri-neft sek­toru­nun sürətlə inkişaf etdirilməsi Azərbaycan rəhbərliyinin problemləri ön­cə­dən görə bilən preventiv siyasət həyata keçirməsindən xəbər verir.

Ramiz Mehdiyev türk xalqlarının fəlsəfi fikir tarixinin qarşılıqlı öyrə­nil­məsinin əhəmiyyətini qeyd edərək filosofların əməkdaşlığının vacibliyini vurğuladı.

Belə konfransların mühüm elmi-siyasi əhəmiyyətə malik olduğunu de­yən Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç bildirdi ki, Azərbayca­nın ta­nınmış filosofları Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu müasir Tür­ki­yə döv­lətinin qurulmasında xüsusi rol oynamışlar. Azərbaycan müs­tə­qil­liyini ye­ni­­dən bərpa etdikdən sonra hər iki dövlətin filosoflarının sıx əla­qə­lər qur­du­ğu­­­nu vurğulayan səfir, bunun yüksək əhəmiyyətə malik ol­du­ğu­nu qeyd etdi.

Konfransın əhəmiyyətindən danışan AFSEA-nın idarə heyətinin sədri, pro­fessor Səlahəddin Xəlilov bildirdi ki, fəlsəfə elmi sahəsində qarşı­lıq­lı əlaqələrin inkişafı, aparılan elmi tədqiqatlar barədə fikir mübadilələri bu el­min inkişafına mühüm təsir göstərir. Türkiyə ilə Azərbaycan filosofları ara­sın­da qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin daha da inkişaf et­di­ril­məsi məq­sə­di ilə ortaq fəlsəfə terminologiyasının yaradılmasının, ortaq çap məhsulunun nəş­rinə başlanmasının, fəlsəfi araşdırmalarla məşğul olan qu­rumları öz ətra­fın­da birləşdirəcək assosiasiyanın təsis edilməsinin va­cibliyi vurğuladı.

Öz işini iclaslarda davam etdirən konfransda azərbaycanlı filosof alimlər, Milli Məclisin deputatları – İnsan hüquqları komitəsinin sədri Rə­biy­yət Aslanovanın, Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əli­ye­vin, Fazil Mustafayevin, türkiyəli alimlər Kənan Gürsoyun, Korkut Tu­na­nın, Sənail Özkanın, əlcəzairli alim Zaim Khenchelaouinin və başqalarının mo­dernləşmə və qloballaşma dövründə fəlsəfi fikrin və yeni düşüncə tər­zi­nin formalaşmasına təsir edən amillər, milli düşüncənin inkişafı, modern­ləş­mə fenomeni və təfəkkürün transformasiyası, informasiya cəmiyyətinin mo­dern düşüncəyə təsiri və digər aktual mövzularda məruzələri dinlənilib, mü­zakirələr aparıldı.

Baxılıb: 5001    Çap et    Dostuna göndər


 
 Fəlsəfi Diskurs

Hörmətli iştirakçılarımız!

Fəlsəfi Diskurs öz müzakirələrini və fəlsəfi seminarlarını müəyyən müddətə qədər təxirə salır.
 
Yeni tədbirlərimiz barədə məlumatlar veriləcək!

Cavabla
 
  Elmi konfranslar və faydalı linklər
 
 JURNAL
Fəlsəfə və sosial-siyasi elmlər – 2020, № 2 Hər ötən il bizi sürətlə, hızlı bir şəkildə müəmmalı bir gələcəyə daşıyır. Bəşəriyyət/insanlıq sanki yeni bir başlanğıcın bəkləntisindədir. Fəlsəfi fikir də özünün hadisələri qabaqlamaq missiyasında uğurlu ola bilmir. Çünki dünya/cahan bir tərəfdən, elmin/bilimin bəlirlədiyi hakim düşüncə tərzinin yedəyində gedir, digər tərəfdən, elm bu missiya üçün yetərli olmadığından dolayı, sükan sahibsiz qalmış və sükana “siyasi liderlər” yiyələnmişdir.
Ətraflı
 KİTAB
İnsan: kamilliyin arxitektonikası Kitabda kamillik problemi əvvəlcə bir ideya və ruh hadisəsi kimi fəlsəfə tarixi kontekstində, daha sonra isə ictimai bir hadisəsi kimi so­sial fəlsəfə kontekstində araşdırılır.
Ətraflı
Həyatın özü və görünən üzü Kitabda ictimai həyatın müxtəlif sahələri, konkret hadisələr insan həyatının mənası ilə, daxili yaşantılarla qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Ətraflı
Həyatın özü və görünən üzü Müəllifin publisistik əsərlərindən ibarət ikicildliyin ikinci cildinə ölkəmizdə elm və təhsilin vəziyyəti, aktual problemləri, həmçinin, dil, din, millət, fəlsəfənin milli özünüdərkdə rolu, ziyalı məsuliyyəti haqqında məqalələr daxil edilmişdir.
Ətraflı
"swfobject.js"

© 2010 Fəlsəfə dünyası - Müəllif hüquqları qorunur. Saytdakı məlumatlardan istifadə etdikdə istinad vacibdir. Sayt Elshad100 tərəfindən hazırlanıb.