Fəlsəfə Dünyası

İsveçdə XVII Ümumdünya Sosiologiya Konqresi keçirilmişdir


 

İsveçdə XVII Ümumdünya  Sosiologiya  Konqresi keçirilmişdir
11-17 iyul 2010-cu il tarixlərində İsveçin Qöteburq şəhərində XVII Ümumdünya Sosiologiya Konqresi keçirilmişdir. Beynəlxalq Sosiologiya Assosiasiyası (ISA) və İsveç Sosiologiya Assosiasiyasının birgə təşkil etdikləri  konqresin işində dünyanın müxtəlif ölkələrindən 5007 elm adamı  iştirak edirdi.
Konqresin əsas mövzusu kimi  təşkilatçılar tərəfindən “ Sosiologiya Hərəkətdə” adı seçilmişdi.
Beynəlxalq Sosiologiya Assosiasiyasının nəzdində daimi fəaliyyət göstərən əlliyə yaxın elmi-tədqiqat qruplarının sessiyalarında dinlənilən məruzələr arasında müasir cəmiyyətdə baş verən sosial və mədəni dəyişikliklər, mədəni plüralizm və relyativizm, müasir cəmiyyətlərin struktur-funksional sistemlərinin və  əhalisinin yaşlanması problemləri, qloballaşma kontekstində sağlamlıq və xəstəlik mövzusu ,  qloballaşma və qlo-lokal münasibətlər, mədəni müxtəliflik və dialoq mövzusu, modernləşmə və post modernizm, miqrasiya proseslərinin etnik  və mədəni müxtəlifliyə təsiri problemləri, təhsil islahatları və ekoloji problematika üstünlük təşkil edirdi. Xüsusilə ekoloji problemlər gündəmin ilk sıralarına yüksəldi. Konqresin həm plenar iclaslarında, həm də tədqiqat qruplarının sessiyalarında tədqiqatçılar əgər qabaqlayıcı tədbirlər vaxtında görülməzsə dünyanın təsisatlanmış canlı mühitini dəyişdirə biləcək mega-risklər və təhlükələr astanasında olduğu qeyd olunmuşdur.
Konqresin işində azərbaycanlı alimlər (Süleymanlı Ə., Quliyev R., Quliyeva S.) də iştirak etmişlər. Şərq-Qərb Tədqiqat Mərkəzinin əməkdaşı, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutun  aparıcı elmi işçisi, Azərbaycan Sosioloqlar Birliyinin icraçı direktoru Əbülfəz Süleymanlı “23-cü elm və texnolologiya Əbülfəz Süleymanlısosiologiyası” tədqiqat qrupunun sessiyasında “Liberallaşma kontekstində müasir cəmiyyətlərdə elm adamları, tələbələr və universitet arasında qarşılıqlı münasibətlər” məruzəsi ilə çıxış etmişdir.
Konqresdə bir sıra təşkilati məsələlər də müzakirə edilmişdir. Növbəti dörd il üçün həm tədqiqat qruplarında, həm də Beynəlxalq Sosiologiya Assosiasiyasının idarə heyətinə yeni seçimlər keçirilmişdir. Amerikalı sosioloq Maykl Buravoy növbəti dörd il üçün Beynəlxalq Sosiologiya Assosiasiyasının prezidenti postuna seçilmişdir. Növbəti konqresin Yaponiyanın Yakohama şəhərində keçirilməsi qərarlaşdırıldı.

 





09.08.2010    çap et  çap et