Fəlsəfə Dünyası

Antik fəlsəfənin canlanması


 

Antik fəlsəfənin canlanması



60-cı Beynəlxalq Fenomenologiya Kongresi

10-13 avqust, 2010-cu il, Bergen, Norveç

 

      10-13 avqust 2010-cu il tarixində Norveçin Bergen şəhərində tanınmış filosof Anna-Teresa Tymienieckanın rəhbərlik etdiyi Dünya Fenomenologiya İnstitutu Norveçin Bergen Universitetində “Fenomenologiya / Ontopoesis, Antik fəlsəfənin canlanması” mövzusunda 60-cı Beynəlxalq Fenomenologiya Kongresi keçirmişdir.
      Üç gün davam edən kongresdə dünyanın 10-a yaxın ölkəsindən tanınmış filosof və tədqiqatçılar iştirak edirdilər. Seksiyalar üzrə işini davam etdirən kongresdə
fenomenologiyanın bir sıra problemləri haqqında maraqlı məruzələr dinlənildi, problemlər ətrafında elmi diskussiyalar və fikir mübadilələri aparıldı.
      Azərbaycandan olan professor Səlahəddin Xəlilovun “Aristoteldən Platona qayıdış yolunda nurlanma effekti” və f.e.d. Könül Bünyadzadənin “Platon ideyalarına qayıdış” mövzusundakı məruzələri proqrama daxil edilmişdi.
 

 





28.08.2010    çap et  çap et