“1 sual 7 cavab”
Müsabiqəsinin ilk sualı Hegeldən idi: “Kim mücərrəd düşünür?” Elektron poçtuna daxil olan 23 cavabdan bəyənilən 7-si internet səhifəsində yerləşdirilmişdir. Bunlardan ən yaxşı 3 cavabın müəllifləri isə mükafata layiq görülmüşdür.
I yer – Kamal Adıgözəlov: “Mücərrəd düşünməyi bacarmayanlar”.
II yer – Fərid Mustafayev: “Mücərrəd düşünə bilmək bir istedaddır. Maddiyyata ilişib qalmayanlar,əslində qeyri-maddi olan "mahiyyəti" dərk edə bilənlər mücərrəd düşünə bilər.”
III yer – İlkin Abdullayev: “Filosoflar. Çünki onlar digərlərinin düşünə bilmədiklərini düşünə bilirlər.”
Qaliblər mükafatlandırılmaq üçün dekabr ayının 4-də saat 15.00-da Fəlsəfə Dünyasına dəvət edilirlər.