Fəlsəfə Dünyası

Qalib gələcəkmi cahanda kamal!?


 

Qalib gələcəkmi cahanda kamal!?

Bu dəfə Fəlsəfi Diskursda iştirakçılar Səməd Vurğunun “Qalib gələcəkmi cahanda kamal!?” sualına cavab axtardılar. Diskursda 23 cavab dəyərləndirildi və 11 bəyənilən cavab saytda yerləşdirildi. Bunlardan 3 ən yaxşı cavabın müəllifi mükafata layiq görülmüşdür.

I yer – Züriyə Babayeva: “Qaliblər kamil olan zaman, kamal qalib olacaq.”


II yer – İlkin Abdullayev:
“ Kamal ən yüksək dəyərdir! Kamal mükəmməllikdir! Kamal bilikdir! Kamal ən böyük fəzilətdir..! Cəmiyyətimizdə kamal o zaman qalib gələr ki, dinimizə, dilimizə, mədəniyyətimizə, mənəviyyatımıza mühafizəkar olmaqla bərabər, öz biliklərimizi və intellektimizi artırmaqla kamilləşə bilərik. Bu proses isə cəmiyyətin hər bir üzvünə, yəni uşaqdan böyüyə hər bir kəsə aid edilməlidir. Məhz bu yolla inkişafa, qalibiyyətə doğru addımlar atmaq olar.”


III yer – Fidan Məcidli:
 “Kamal artıq qalibdir, min illər boyu hər zaman kamalın qalibiyyəti istər gizli, istərsə də açıq şəkildə özünü göstərmişdir, əks təqdirdə cahan yox olub gedərdi, hələ tam dərk edilməyən kamal əbədi qalibdir!”


Qaliblər mükafatlandırılmaq üçün yanvar ayının 4-də saat 15.00-da Fəlsəfə Dünyasına dəvət edilirlər.

 





01.01.2011    çap et  çap et