Fəlsəfə Dünyası

"Eşq ağıl və ehtiras kontekstində" elmi seminar keçirildi


 

"Eşq ağıl və ehtiras kontekstində" elmi seminar keçirildi




       Yanvar ayının 22-də Fəlsəfə Dünyasında “Eşq ağıl və ehtiras kontekstində” mövzusunda elmi seminar keçirildi.

Tədbirdə Prof. Dr. Səlahəddin Xəlilov, Prof. Dr. Şahlar Əsgərov, Prof. Dr. Fərman İsmayılov, rəssam-şair Məmməd Dəmirçioğlu, Dos. Dr. Rüstəm Kamal, Dos. Dr. Nuridə Novruzova, Prof. Dr. Könül Bünyadzadə, Dos. Dr. Lətafət Hümmətova, Dr. Mətanət Abdullayeva, Dr. Eltac Yüzbaşov, Dr. Bəhram Həsənov, Fəranək Bəvardeh, Türkiyə və İrandan gəlmiş qonaqlar, aspirant və magistrlər iştirak edirdilər.

Səlahəddin Xəlilov, Şahlar Əsgərov, Fərman İsmayılovSeminarı giriş sözü ilə Prof. Dr. Səlahəddin Xəlilov açdı. Öncə terminlərin düzgün müəyyənləşdirilməsinin vacibliyini vurğulayan və cavablardakı müxtəlifliyin də elə məhz  terminlərin fərqli mənalarda işlədilməsindən irəli gəldiyini qeyd edən S.Xəlilov ağlın da, ehtirasın da iki fərqli mərtəbəsi olduğunu və bundan asılı olaraq eşqin bu iki məntəqədən məsafəsinin də dəyişkən olduğunu bildirdi. Yəni eşq bu dünyada ancaq bir cür olmur. Bəzən ehtiras bol olur və ağıl sıxışdırılır. Bəzən də əksinə. Hər halda ağıl sadəcə ölçüb-biçmək mənasında deyil, kamillik kimi başa düşüləndə, o, məhəbbətin davamlı olmasını təmin edən əsas şərtlərdən biridir. S.Xəlilov qeyd etdi ki, cavab verənlər əsasən ya ağlı tamamilə istisna edən ehtiras məqamını, ya da hər cür ehtirası istisna edən soyuq ağıl məqamını önə çəkmiş və eşqin özünün kamillik üçün bir şərt olduğunu nəzərdən qaçırmışdılar. Bununla belə professor cavablar arasında çox qiymətli fikirlər olduğunu qeyd etdi.

  Daha sonra prof. Ş.Əsgərov müasir gəncliyin ümumi dünyagörüşünün aşağı olmasından və onların hərtərəfli inkişafı üçün ziyalıların üzərinə böyük məsuliyyət düşməsindən bəhs etdi və “Fəlsəfə Dünyası”nın  keçirdiyi bu tədbiri yüksək qiymətləndirdi.

Prof. F.İsmayılov Qərb fəlsəfəsində eşq konsepsiyasının xeyli dərəcədə fərqli olduğunu və Z.Freydin təliminin böyük əhəmiyyətini vurğuladı. Bununla belə ən düzgün yolun Qərb və Şərq baxışlarının sintezində axtarılmalı olduğu ilə razılaşdı. Sərraf Balaxan, Nuridə Novruzova, Bəhram Həsənov

Mətanət Abdullayeva, Sevda Sadıqova, Əbülfəz SüleymanovTənqidçi-alim Rüstəm Kamal, Dr. N.Novruzova, Dr.M.Abdullayeva çıxış edərək Şərq ədəbiyyatında qəbul olunmuş eşq konsepsiyasının üstün cəhətlərindən, ilahi eşq təlimindən bəhs etdilər. Bununla yanaşı gənclərimiz üçün praktik həyatda istiqamət verə biləcək təlimlərə də ehtiyac olduğunu vurğuladılar.
          Tədbirdə iştirak edən şair M.Dəmirçioğlu, gənc şairə Göyərçin məhəbbət mövzusunda yeni şeirlərini oxudular, Dr. S.Sadıqova özünün "Kainatın naxışları" adlı yeni illüstrasiyalar kataloqunu nümayiş etdirdi. Günay Piriyeva, Kəmalə Mahmudova, Fəranək Bəvardeh, Səlahəddin Xəlilov

Rüstəm Kamal, Məmməd Dəmirçioğlu, Asif BayramovTələbə və aspirantlar onları maraqlandıran məsələlərlə bağlı suallar verdilər,  mövzu ətrafında geniş müzakirə aparıldı.

Seminarın sonunda Fəlsəfi Diskursun qaliblərinə diplomlar və mükafatlar verildi, xatirə şəkilləri çəkildi.
Məmməd Dəmirçioğlu, Əyyub KərimovSəlahəddin Xəlilov, Sərraf Balaxan



















Səlahəddin Xəlilov, Elçin CəfərovVəfa Camalova, Səlahəddin Xəlilov
 





22.01.2011    çap et  çap et