Fəlsəfə Dünyası

Amerikalı professorla görüş


 

Amerikalı professorla görüş


Mart ayının 6-da ABŞ-ın Filadelfiya ştatında yerləşən Templ Universitetinin professoru, Dinlərarası, Mədəniyyətlərarası, Millətlərarası Dialoq Institutunun təsisçi-direktoru,
Journal of Ecumenical Studies – jurnalının həmtəsisçisi və redaktoru Leonard Svidler Şərq-Qərb Tədqiqat Mərkəzinin qonağı oldu.

 

Görüşdə prof. L. Svidler və prof. S.Xəlilov sivilizasiyalar və dinlərarası dialoq, eyni zamanda dialoqun öz mahiyyəti haqqında fikir mübadiləsi apardılar. Problemin müzakirəsinin daha geniş auditoriyaya çıxarılmasının zamanın tələbi olduğunu qeyd edən filosoflar bu məqsədlə Ecumenical Studies jurnalı ilə Fəlsəfə və Sosial-Siyasi elmlər jurnalı, həm də iki tədqiqat mərkəzi arasında geniş əməkdaşlığın zəruri olduğunu vurğuladılar. Qərara alındı ki, may ayında dinlərarası dialoq mövzusunda beynəlxalq konfrans keçirilsin.

Leonard Swidler, Səlahəddin Xəlilov 














Görüşdə iştirak edən Prof. Dr. Könül Bünyadzadə, Dos.Dr. Lətafət Hümmətova, Dr. Bəhram Həsənov və Xəzər Universitetinin Şərq dilləri və Dini Tədqiqatlar kafedrasının müdiri Dr. Elnurə Əzizova və digər əməkdaşları çıxış edərək islam, xristianlıq və digər dinlərin əsasən eyni amala xidmət etdiklərini, amma bəzən xırda fərqlər üzündən qarşıdurmaların yaranması ilə əlaqədar öz mülahizə və təkliflərini irəli sürdülər.

 

Görüş haqqında geniş məlumat Fəlsəfə və Sosial-Siyasi elmlər jurnalının növbəti nömrəsində veriləcəkdir.

Görüş iştirakçılarından bir qrup

 





06.03.2011    çap et  çap et