Fəlsəfə Dünyası

Alimlərimiz Vaşinqton Konqres kitabxanasında


 

Alimlərimiz Vaşinqton Konqres kitabxanasında



         Şərq-Qərb Tədqiqat Mərkəzinin əməkdaşları Dr. Aqil Şirinov və Dr. Bəhram Həsənov Amerika dövlət departamentinin və Konqres kitabxanasının təşkilatçılığı və maliyyə dəstəyi ilə may ayının 4-dən 14-nə qədər dini tolerantlıq problemi ilə bağlı Vaşinqtonda və Los Ancelsdə səfərdə olublar. Vaşinqtonda Konqres kitabxanasında keçirilən görüşdə Şərq-Qərb Tədqiqat Mərkəzinin rəhbəri AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilovun və Mərkəzin icraçı direktoru Prof.Dr. Könül Bünyadzadənin kitabları kitabxanaya hədiyyə edilib.

Səfər çərçivəsində alimlərimiz Amerikadakı müxtəlif dini cəmiyyətlərdə və dini tədqiqat mərkəzlərində, o cümlədən Cənubi Kaliforniya İslam Mərkəzində və Kaliforniya Universiteti Dini Tədqiqatlar Departamentində  görüşlər keçirilib.

Bəhram Həsənov

 





23.05.2011    çap et  çap et