Fəlsəfə Dünyası

Azərbaycan filosoflarının Beynəlxalq Konqresdə iştirakı


 

Azərbaycan filosoflarının Beynəlxalq Konqresdə iştirakı

 

 

27 iyun – 1 iyul 2011-ci ildə Türkiyənin İstanbul Kültür Universitetində “Fenomenologiya və İnsanın Kosmosda Mövqeyi – Həyat, Dünya, Təbiət, Yer” mövzusuna həsr olunmuş 61-ci Beynəlxalq Fenomenologiya Konqresi keçirildi. Dünya Fenomenologiya İnstitunun prezidenti prof. Anna-Tereza Timinieçkanın rəhbərliyi və İstanbul Kültür Universitetinin təşkilatçılığı ilə baş tutan konqresdə Amerika Birləşmiş Ştatları, Türkiyə, Almaniya, İtaliya, Belçika, Norveç, Macarıstan, Rumıniya, Argentina, Cənubi Afrika Respublikası, Latviya, Gürcüstan, Polşa, Rusiya və s. ölkələrdən gəlmiş nümayəndə heyətləri təmsil olunurdu. Plenar iclasda Azərbaycanm nümayəndə heyətinin başçısı AMEA-nın müxbir üzvü, prof. Səlahəddin Xəlilov Konqresin Rəyasət Heyətinə üzv seçildi.

Beş gün davam edən konqresdə tanınmış filosof və alimlər fenomenologiyanın bir sıra aktual məsələlərini müzakirə edib fikir mübadiləsi apardılar.

Elmi tədbirdə professor Səlahəddin Xəlilovun “Ağıl və hiss həyat məbədinin karkası və arakəsmələri kimi” və fəlsəfə elmləri doktoru Könül Bünyadzadənin “Həqiqət yolu: Mütləqdən reallığa, nöqtədən çevrəyə” mövzularında məruzələri böyük maraqla qarşılandı. BDU-nun baş müəllimi Dr. Mehriban Qasımova və AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun elmi işçisi Dr. Samirə Həsənova da müzakirələrdə fəal iştirak etdilər.

 Yekun iclasda Fenomenologiya Konqresinin növbəti forumlarından birinin Bakıda keçirilməsi qərara alındı.

 





07.07.2011    çap et  çap et