Fəlsəfə Dünyası

Istanbulda Beynəlxalq Simpozium: Üç Dəniz Hövzəsi Ölkələri Müştərək İdarəetmə Mədəniyyəti və Yenidən Formalaşma Problemləri


 

Istanbulda Beynəlxalq Simpozium: Üç Dəniz Hövzəsi Ölkələri Müştərək İdarəetmə Mədəniyyəti və Yenidən Formalaşma Problemləri



          13-16 Oktyabr tarixində Türkiyənin İstanbul şəhərində Dövlət Araşdırmalar Fondu İstanbul Aydın Universiteti ilə birgə Üç Dəniz Hövzəsi Ölkələri Müştərək İdarəetmə Mədəniyyəti və Yenidən Formalaşma Problemləri mövzusunda beynəlxalq elmi simpozium keçirtdi. 4 gün davam edən 42 seksiyadan ibarət olan simpoziumda Balkanlar, Orta Asiya və Qafqazda Bölgənin Dinamikası və Sovet Sonrası Proseslər, Yaxın Şərq və Şimali Afrika adlı 3 plenar iclas keçirilmişdir. Simpoziumda Aralıq dənizi, Qara dəniz və Xəzər dənizi hövzələrində yerləşən ölkələrin siyasi, mədəni və iqtisadi vəziyyəti ilə bağlı geniş müzakirələr aparıldı. Dünyanın 40 ölkəsindən siyasətçilər və elm xadimləri simpoziumda iştirak edirdilər.

Prof.Dr. Səlahəddin Xəlilov simpoziumun “Orta Asiya və Qafqazda Bölgənin Dinamikası və Sovet Sonrası Proseslər” adlı plenar iclasa rəhbərlik etmiş və giriş nitqi ilə çıxış etmişdir.  

         Simpoziumda Azərbaycanı təmsil edən digər iştirakçılardan Cavid Vəliyev – “Orta Asiya və Qafqazda Bölgənin Dinamikası və Sovet Sonrası Proseslər”; Dos. Dr. Rəcəb Rəhimli – Azərbaycanda Dövlət İdarəetməsində Həyata Keçirilən İslahatlar; Araz Qədiməliyev – Günümüzdə Parlament Nəzarətinin Əsas Formaları və Azərbaycan Modeli; Tehran Hüseynova – Keçmişdən Günümüzə Azərbaycan – Körfəz Ölkələri Arasında Əməkdaşlıq; Fikrət Alma – Azərbaycanda İdarəetmə Strukturunun Transformasiyası; Ərəstun Baxşəliyev – Mübahisəli Ərazilər Siyasəti Kontekstində Dağlıq Qarabağın Ermənistana Birləşdirilməsi Cəhdləri və Bunun Əsl Mahiyyəti; Aygün Əsgərzadə – Üç Dənizi Birləşdirən Qara dəniz İqtisadi Əməkdaşlığı Çərçivəsində Azərbaycan-Türkiyə Əməkdaşlığı mövzusunda çıxış etmişlər.
 





31.10.2011    çap et  çap et