Fəlsəfə Dünyası

“Вопросы философии” jurnalının baş redaktoru prof. B.İ.Prujinin "Fəlsəfə Dünyası"nda


 

“Вопросы философии” jurnalının baş redaktoru prof. B.İ.Prujinin "Fəlsəfə Dünyası"nda

 

 

26 noyabr 2011-ci il tarixdə “Вопросы философии” jurnalının baş redaktoru prof. Boris İsayevic Prujinin “Fəlsəfə dünyası”nın qonağı oldu. AFSEA-nın “Fəlsəfə” jurnalının baş redaktoru AMEA-nın müxbir üzvü, prof. Səlahəddin Xəlilov Assosiasiyanın və jurnalın fəaliyyəti barədə məlumat verdi və “Вопросы философии” ilə daha sıx əməkdaşlığın zəruriliyini vurğuladı.  

Görüşdə iştirak edən Milli Məclisin Komitə sədri, BDU-nun Fəlsəfə tarixi kafedrasının müdiri, prof. Rəbiyyət Aslanova, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru f.e.d. İlham Məmmədzadə, direktor müavini Roida Rzayeva, İqtisad Universitetinin Fəlsəfə kafedrasının müdiri, prof. Zakir Məmmədəliyev, həmin kafedranın dosenti Dr. Lətafət Hümmətova və s. çıxış edərək ümumiyyətlə Rusiya və Azərbaycan filosofları arasında əməkdaşlığın bundan sonra daha konkret və ardıcıl surətdə davam etdirilməsi, məqalə və kitabların qarşılıqlı surətdə dəyərləndirilməsinin əhəmiyyətini qeyd etdilər.

Yaxın aylarda Bakıda “Вопросы философии” jurnalının Redaksiya Heyətinin Azərbaycan filosoflarının iştirakı ilə Dəyirmi Masasını keçirilməsi qərara alındı.  

 





03.12.2011    çap et  çap et