Fəlsəfə Dünyası

Konfutsi fəlsəfəsinin işığında


 

Konfutsi fəlsəfəsinin işığında

9 iyun 2012-ci ildə Şərq-Qərb Tədqiqat Mərkəzinin rəhbəri prof. Səlahəddin Xəlilov Bakı Dövlət Universiteti Konfutsi İnstitutunun direktoru xanım Hu Fenghuanı qəbul etmişdir. Qlobal Konfutsi İnstitutları şəbəkəsi xaricdə Çin dili və mədəniyyətinin yayılması üzrə Dövlət dəftərxanasının yaratdığı beynəlxalq mədəni-təhsil mərkəzləri şəbəkəsidir. İnstitutun missiyası dünyanı Çin və Çin mədəniyyəti ilə tanış etmək, Çinin digər ölkələrlə dostluq münasibətlərinin inkişaf etdirməkdir. Bakı Dövlət Universitetindəki Konfutsi İnstitutu kimi tədris-elmi mərkəzlər dünyanın bir çox ölkələrində fəaliyyət göstərir. Belə ki, Konfutsi İnstitutu bu gün ABŞ-da, Yaponiyada, Cənubi Koreyada, İtaliyada, Almaniyada, Fransada və Meksikada da fəaliyyət göstərir.

Görüş zamanı Bakıda Çin fəlsəfəsinə həsr edilmiş elmi konfransın təşkili barədə razılıq əldə edildi. Görüşdə BDU-nun xarici əlaqələr üzrə prorektoru Dr.Dos. Şəlalə Məmmədova və Şərq-Qərb tədqiqat mərkəzinin əməkdaşları iştirak etmişlər. Bakı Dövlət Universiteti Konfutsi İnstitutunun direktoru xanım Hu Fenghua Səlahəddin Xəlilova Çin mədəniyyəti barədə məlumat verir

 





09.06.2012    çap et  çap et