Fəlsəfə Dünyası

Azərbaycan fəlsəfəsi “Springer”də


 

Azərbaycan fəlsəfəsi “Springer”də

 

 

2013-cü ilin ilk nömrəsində “Springer” nəşriyyatının çap etdiyi “Analecta Husserliana” (Cild CXIII) məcmuəsində Azərbaycan filosoflarının məqalələri dərc edilmişdir. “Ağıl və hiss həyat məbədinin karkası və arakəsmələri kimi” adlı bölmədə AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilov qədim dövrdən indiyədək fəlsəfə tarixində əsas müzakirə mövzularından biri olan “ağıl və hiss” problemini fenomenoloji metodologiya əsasında işıqlandırmışdır.    

“Həqiqət yolu: mütləqdən nisbiyə, nöqtədən çevrəyə” adlı bölmə isə Fəlsəfə, Sosiologiya və Hüquq institutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru Könül Bünyadzadə tərəfindən yazılmışdır. Müəllif təsəvvüf və fenomenologiya arasında müqayisə apararaq, “nöqtə” anlayışını hər iki fəlsəfi prizmadan təhlil etmişdir.

 

 

http://download.springer.com/static/pdf/784/bfm%253A978-94-007-4801-9%252F1.pdf?auth66=1364912718_fb678bd1d08ee511078a3801458302ce&ext=.pdf


 





18.03.2013    çap et  çap et